Все об исламе

Четверг, 25.04.2024, 03:13

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18
Allaha şükürlər olsun! Dönüşümüz onadır. Nəfisimizin acizliyindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın hidayət etdiyini kimsə doğru yoldan çıxarda bilməz. Allahın qəzəbləndiyi kimsəyə də rəhm olunmaz.
Şəhadət edirəm ki, Allah birdir bənzəri yoxdur. Yenə şəhadət edirəm ki Məhəmməd (s.a.s) onun qulu və Rəsuludur.
Ey Allahın qulları!
Allahdan qorxmanızı və ona itaət etmənizi sizə vəsiyyət edirəm. 
Ey İnsanlar!
Sözlərimə yaxşı qulaq asın. Çünki bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyimi bilirəm. 
Ey İnsanlar!
Bu günün nə günü olduğunu bilirsinizmi? Bura Bəldəi-Haramdır (Məkkədir) Bu gününüz necə bir müqəddəs bir gün, ayınız necə müqəddəs bir ay, şəhəriniz necə müqəddəsdirsə, bilin ki, canlarınız, mallarınız, namusunuz, da müqəddəsdir. Bunlara təcavüz haramdır. 
Ey əshabələrim!
Nə zaman ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 921 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Peyğəmbərimiz başqası Quran oxuyarkən dinləməyi xoşlayardı.
O (s.a.s) başqasının tilavətindən təsirləndiyi üçün, səhabələrindən Quran oxumağı xahiş edərdi və özü oturub dinləyərdi. 
Bir gün Rəsulallah ibn Məsuddan Quran oxumağı tələb edir. İbn Məsud da təəccüblənir. Peyğəmbər (s.a.s) isə Ona (r.a) başqasından dinləməyi xoşladığını anladır. İbn Məsud Nisa surəsindən oxumağa başlayır. 
Qurani Kərim Peyğəmbərə (s.a.s) vəhy olunub və məhz Ona (s.a.s) nazil olsa da, O (s.a.s) həmişə Quranı dinləməyi xoşlayardı.
Bir gün də Rəslullah (s.a.s) məscidin yanından keçərkək Əbi Musa əl-Əşarinin Quran oxuduğunu görür, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah (s.a.s) Ona (r.a) deyir: "Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...” Əbi Musa da : "Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl (avazlı, təcvidli) edərd ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 780 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Qurani Kərimdə zikr olunan, israil oğullarına göndərilmiş peyğəmbərlərdən biridir. İsrail oğullarının Yahuda qəbiləsindən Yasanın səkkizinci oğludur.
Bəşəriyyət hərə dəfə yolunu azıb zəlalət bataqlığına düşdüyündə, Allah təala onları bu bataqlıqdan xilas etmək üçün peyğəmbərlər yollamışdır. İsrail oğullarına da bir çox peyğəmbər göndərilmişdir. Ümumiyyətlə onlar bu peyğəmbərlərə üsyan, hətta xəyanət edirdilər.
Musanın vəfatından sonra israil oğulları yenə üsyan və zəlalət qaranlığına qərq oldular. Onalar azğınlıq edib Musanın gətirdiyi əqidəni tərk etdilər. Allah da onların üzərinə başqa bir qəbiləni göndərdi.
Musanın (a.s.) vəfatından sonra israil oğullarınıYuşa idarə edirdi. O, onları səhralardan qurtararaq atalarının torpaqlarına yerləşdirdi. Bu torpaqlar Kənan ölkəsi olub ataları Yaqubun yaşadığı torpaqlar idi və israiloğulları üçün müqəddəs sayılırdı. 
İsr ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 893 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Adəm (a.s) ilk insan və ilk peyğəmbər, bəşəriyyətin atası idi. Allahu təala onu torpaqdan yaratdı.
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!" 
(Hud 11/61) 

Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq (Taha 20/55) 

Və Allah sizi (atanız Adəmi) yerd ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 1020 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Bir nəbi (peyğəmbər) və ya vəli (saleh bir qul) olduğu barədə ixtilaf vardır. Ancaq əksər alimlərə görə hikmət sahibi bir şəxsiyyətdir. 
Qurani Kərimdə "Loğman” (a.s.) adı iki yerdə- Loğman surəsinin 31/12,13- cü ayələrində zikr olunur. Bu söz həmçinin Məkkədə nazil olmuş bir surənin adıdır. Bu surənin nazil olmasının səbəbi qureyşlilərin Rasulullahdan (s.a.v.) Loğman (a.s.) haqqında soruşmaları idi. 
Loğmanın adı zikr olunan iki ayənin mənası belədir; 
Həqiqətən, Loğmana: "Allaha şükür et!" (deyə) hikmət verdik. Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!) 

(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 920 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Salavat və salam aləmlərə rəhmət olaraq göndərilmiş peyğəmbərimiz Məhəmmədə, ailəsinə və onun bütün əshabələrinə olsun.

Yusif surəsinin əvvəlindəki Quranın şənini yüksəldən ayə barəsində söhbət açdıq. Həmin surədə Allah buyurur: "(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.” (Yusif, 3)

Həmçinin imam İbn Kəsirin Qurani Kərim haqqında dediyi dəyərli sözləri qeyd etdik.

Yusifin əleyhissalamın hekayəsi ilə bizə çatdırılan bir qadağanı xatırlamağımıza söz verdik. Bu, müsəlman əxlaqına zidd olan həsəddir. Məhz həsəd insanın nemətlərdən məhrum olmasına gətirib çıxarır. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurur: "Həqiqətən, od ağacı yandırıb məhv etdiyi kimi həsəd də yaxşı əməlləri y ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 808 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Allah-Təalanın xəlq etdiyi, yaratdığı insanın anadan olduğu vaxtdan başlayaraq təhsil və tərbiyəsinə, onun şəxsiyyətinin formalaşmasına təsir edən xeyli amil mövcuddur. İnsan oğlu, onun dilini, düşüncəsini, dinini, əqidəsini, zehniyyətini, şuurunu, tərbiyəsini, əxlaqi xüsusiyyətlərini, milli və mənəvi dəyərlərini, vərdişlərini və həyatını yönləndirən, istiqamətləndirən bütün fikir, inanc və fəaliyyətini həmişə onun üçün göstərilən nümunələrə əsasən və onlardan aldığı təəssüratlarla formalaşdırır. Qeyd etmək lazımdır ki, şəxsiyyətin bu cür formalaşmasında insanın fitrətində mövcud olan təqlid etməyə (yəni kiməsə bənzəməyə) olan meyllilik ən mühüm amillərdən biridir. Buna görə də ilk öncə in ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 842 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Aləmlərin Rəbbi olan Allaha həmd–sənalar olsun. Salavat və salam peyğəmbərlərin və elçilərin ən şərəflisi peyğəmbərimiz Məhəmmədə, ailəsinə və onun bütün səhabələrinə olsun!

Həqiqətən, Allahın heç bir şeyi nəzərdən qaçırmayan Kitabında müsəlmanın dünya və axirət həyatı üçün çoxlu nəsihət və ibrətlər vardır.

Bu məqalədə tövsiyə olunan əməllərdən biri də gözəl səbir etməkdir. Belə bir xüsusiyyət yüksək əxlaq nümunəsidir. Uca Allah Öz Elçisinə buyurur: 
"(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ür ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 865 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti Adəmin qissəsi Qurani-Kərimdə əsasən 7 surədə və 25 ayədə [Əl-Bəqərə, Əraf, İsra, Kəhf, Taha, Hicr, Sad] zikr olunur. Bir çox yerdə isə Adəmoğulları deyə insanlığın hamısına müraciət edilir. 

İslam müfəssirlərinin əksəriyyətinin qənaətinə görə Həzrəti Adəm ilk insan olduğu kimi, həm də ilk peyğəmbərdir. Həzrəti Adəmin eləcə də insanlığın atası olmasını bütün səmavi dinlər təsdiqləyirlər. Yəni bu barədə qaynaqlarda heç bir ixtilafa rast gəlinmir. Doğrudur bəzi xristian qaynaqları Adəmin günahına görə bütün insanlığı məsul görür və Həzrəti İsanın çarmıxa çəkilməsini onun insanlığı bu günahdan xilas etmək üçün etdiyi qənaətindədirlər. Lakin Qurani-Kərim bu fikri tə ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 755 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti İdrisin adı Qurani-Kərimdə yalnız iki surədə keçir. Ənbiya və Məryəm surələrində.

"İsmayılı, İdrisi və Zülkifi də xatırla. Onların hər üçü səbrli idilər.” [Ənbiya 85]

"Bu kitabda İdrisi də xatırla! Əlbəttə o da doğruluq və dürüstlük abidəsi bir peyğəmbərdir. Və Biz ona da uca bir mövqə bəxş etmişdik.” [Məryəm 56, 57]

İdris peyğəmbərin nə zaman və harada yaşadığı məlum deyil. İbn Məsud, İbn Abbas, Mücahid və Dahhaq İdrisin Saffat surəsi 123-də adı zikir olunan İlyas peyğəmbərin başqa bir adı olduğu fikrini irəli sürmüşdülər. Müfəssirlərin çoxu isə bu fikri dəstəkləmirlər və Məryəm surəsi 58-ci ayədə "Adəmin nəslindən” deyilməsi, Həzrə ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 880 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Bir yerdə ki, Allaha üsyan və tüğyan baş qaldırarsa orada tufan qaçınılmazdır. Hələ o yer Allahı tanıyaraq inkar edənlərin məkanıdırsa... Allahla əlaqə qurduqdan və bu əlaqənin çörəyini yedikdən sonra Ona xəyanət edib arxa çevrilən bir yerdirsə…

Hər yerin tüğyanı fərqli ola biləcəyi kimi, tufanı da fərqli ola bilər. Siyasi tüğyanın tufanı da siyasi olacaq. İctimai tüğyanın tufanı da ictimai olacaq. İqtisadi tüğyanın tufanı da iqtisadi olacaq. Əxlaqi tüğyanın tufanı da əxlaqi olacaq. 

Əlbəttə tufanın ola biləcəyi hər yerin Nuhu, Nuhları da olmalıdır. 
Bir yer ki tüğyanı var Nuhu yoxsa, gün gələr orada tufan qopar, lakin bu dəfə də gəmisi olmaz. 
O ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 747 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti Nuh, Qurani Kərimdə və Həzrəti Məhəmmədin hədislərində digər peyğəmbərlərlə müqayisədə daha çox məlumat verilən və "ülül-azm" olaraq adlandırılan 5 böyük peyğəmbərdən biridir. Qurani Kərimdə, 28 surədə haqqında məlumat verilmiş və 43 yerdə adı zikr edilmişdir.

Qurani Kərimin tərtib ardıcıllığında ilk dəfə "Ali İmran" surəsinin 33 ayəsində Həzrəti Nuhun adı çəkilir: "Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini öz dövrünün insanları içindən seçərək üstün qıldı.” Ayədə 3 peyğəmbərin və bir də Həzrəti Məryəmin atası İmranın adı birlikdə zikr edilir. "Saflaşdırılaraq seçilmək” mənasındakı "istifa” kəlməsi yaradılış qanu ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 1089 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti Hud Həzrəti Nuhdan sonra göndərilən ilk peyğəmbər olduğuna görə [1, əsasən Hud qissəsi ilə bağlı olan ayələr Nuh qissəsini anladan ayələrdən sonra gəlir. Hər iki qissənin anladıldığı Əhqaf, Hud, Muminun, Şuara, Qəmər, Haqqa surələrində bunun bariz nümunəsini görürük. 
Hud qövmü Tufandan sonra bütlərə sitayiş edən və eləcə də axirəti inkar edən [Muminun 23,37] ilk qövmdür. İbn Kəsir onlar haqqında "Ad qövmünün 3 bütü vardır: 1. Sada, Səmuda, Həra” deyirdi. Səmud qövmü də Ad qövmünün varisi olaraq anılır və onun da ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 763 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti Lutun adı Qurani-Kərimin 27 yerində keçir. Adının zikr olunduğu surələr: Ənam 6/86; Əraf 7/80-84; Hud 11/70,74-,77-84,89; Hicr 15/58-78; Ənbiya 21/71; Şuara 26/160-175; Nəml 27/54-57; Ənkəbut 29/26, 28-35; Saffat 37/133; Sad 38/13; Qaf 50/13; Qəmər 54/33-39; Tahrim 66/10. 
Həzrəti Lutun Sodom qövmü ilə olan hekayəsi, bəzi surələrdə daha geniş izah edilmiş, bəzi surələrdə isə sadəcə adı qısaca olaraq zikr edilmişdir. 

SOYU
Qurani-Kərim Həzrəti Lutun soyu haqqında bizə heç bir məlumat vermir. Bu barədə geniş məlumat Kitabı-Müqəddəsdə yer alır. Kitabı-Müqəddəsdə Həzrəti Lutun Həzrət İbrahimin qardaşı oğlu olduğu barədə məlumatlar bütün təfərrüatı i ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 770 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

İbrahim adı müfəssirlərin çoxunun qənaətinə görə süryanicədən gəlir və ərəbcə "Əbun Rahimun - mərhəmətli ata” mənasını verir. Ancaq ibranicə bir kəlmə olub, ata mənasındakı "ab” ilə camaat mənasındakı "raham”dan törədildiyi və "camaatın atası” mənasını daşıdığı fikri də mövcuddur.[1]

Həzrəti İbrahimin adı Qurani‐Kərimdə 25 surədə, 63 ayədə 69 dəfə zikr olunur. [2] Qurani-Kəri ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 913 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

"Həzrəti Peyğəmbər ilk vəhyi aldığı zaman "küçəyə” deyil "evə” getdi. Çünkü ev "Haradan başlamalı?!” sualının ən doğru cavabı idi. Həzrəti Peyğəmbər də oradan başladı.”

Qurani Kərim bizə ailə modeli olaraq iki nümunə təqdim edir: İbrahimin ailəsi və İmranın ailəsi. Ali İmran surəsinin 33-cü ayəsində "Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini seçərək üstün qıldı” deyilir. İmranın ailəsi zövcəsi Hannə, qızı Həzrəti Məryəm və nəvəsi Həzrəti İsadır [Bu barədə daha geniş məlumat Həzrəti İsa bölümündə veriləcək]. 

İbrahim ailəsi isə; birbaşa birinci zövcəsi Sara, ikinci zövcəsi Həcər və ondan olan ilk oğlu ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 927 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

ALLAH
Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.
Категория: ALLAHIN GÖZƏL ADLARI | Просмотров: 1019 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

ƏL-ĞAFUR
Ya Ğafur! Ya Ğafur! Sənin qapın heç bağlanarmı günahkarlara?! Peşmanlıqlarımı kimə ərz edərəm yoxsa?!Ancaq sənin bağışlamanla ağ olar üzüm, ancaq sənin əfvinlə təmizlənər qəlbim, ancaq sənin əfvinlə bitər utancım. Ya Rəbbi, hesab günündə üzümü qara çıxarma! Ğafur olan (bağışlayan) ancaq Sənsən, bağışla məni!
Категория: ALLAHIN GÖZƏL ADLARI | Просмотров: 904 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

ƏL-ƏHƏD
Ya Əhəd! Varlığımın ayinəsidir sifətim, ondan oxunur əhədiyyətin (təkliyin), sifətimin tək olması Sənin əsərindir.
Категория: ALLAHIN GÖZƏL ADLARI | Просмотров: 1043 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

İslam tarixində ümmətin vicdanını oyadan, mədəniyyətini əks etdirən bir sıra siyasi və ictimai hadisələr olmuşdur ki, əhəmiyyəti baxımından o tarixi günləri "Allahın günləri” hesab etmək olar. 
Allah-Təala buyurur:

وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُم بِأَيَّامِ اللَّهِ إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ.

"Biz Musaya: "Tayfanı [İsrail oğullarını] zülmətdən nura çıxart və Allahın [vaxtilə onlara nemət verdiyi] günlərini xatırlat. Bunda çox səbr və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” [deyib] onu möcüzələrimizlə [peyğəmbər] göndərdik.” [İbrahim, 5]

Bu ayə ... Читать дальше »
Категория: Мусульманские праздники и памятные даты | Просмотров: 682 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Rəcəb ayı Hicri təqvim aylarının yeddincisidir.
"Rəcəb” kəliməsi hər hansı bir şeydən utanmaq, qorxmaq, heybətindən çəkinərək hörmət etmək mənasını ifadə edir. Cahiliyyə dövrü ərəbləri bu ayda öz bütləri üçün qurban kəsərdilər. Ərəb ayları arasında müqəddəs sayılan bu ay "əşhurul-hurm"dan - haram aylardan biri sayılır.

Haram aylarlarda müharibə etmək ərəblər arasında qadağan sayılırdı. Bu ənənə Məkkəlilərin bu aylarda məişət ehtiyaclarını və Kəbə zəvvarlarının təhlükəsizliyini təmin etməkdən ötrü idi. Hətta bu ənənə İslamın ilk dövrlərində də tətbiq olunurdu.

Rasulullah (s.a.s) Abdullah b. Cahşın (r.a.) başçılığı ilə bir grup mühacir səhabəni Qureyş kar ... Читать дальше »
Категория: Мусульманские праздники и памятные даты | Просмотров: 688 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Assələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir.
«Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsülman olaraq can verin» (ali İmran, 3:102).
«Ey insanlar! Sizi tək bir nəfisdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadındlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən istədiyiniz Allahdan qorxun və qo ... Читать дальше »
Категория: Мусульманские праздники и памятные даты | Просмотров: 690 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Bütün islam aləminə məlumdur ki, qarşıdan Ramazan ayı gəlir. Müqəddəs sayılan bu mövsüm, Allahın ona yaxınlaşmaq istəyən qulları üçün bir fürsətdir. Ramazan, ibadətlərin qarşılığında savabların yüksək faizlə verildiyi və Allaha yaxınlaşmaq üçün bütün yolların asanlaşdırıldığı bir aydır. Allahu Təala əzəldən, hər şeyi yaradandan ilin 12 ayının bir ayını bu cür xüsusiləşdirdi.

12 aydan ibarət olan ilin bir ayı Ramazan mövsümü üçün xüsusiləşdirilib ki, Allahu Təalanın rəhməti, bərəkəti və lütfü Ona itaət edənlərə daha bol olsun.

Ramazan ayında Allah rizası üçün görülən əməllərin savabları qat-qat artıq verilir. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunur ki, belə buyurub: «Kim onda (Ramazan ayında) könüllü olaraq bir xeyir iş görərsə, sanki başqa aylarda fərz əməl görmüş kimi olar. Kim onda (Ramazanda) bir fərzi edərsə, sanki başqa aylarda 70 fərzə əməl edib.»< ... Читать дальше »
Категория: Мусульманские праздники и памятные даты | Просмотров: 1047 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w