Все об исламе

Пятница, 19.04.2024, 01:33

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 14 » Hər gün sizdən səkkiz əməlin tələb olunduğunu bilirsinizmi?
20:30
Hər gün sizdən səkkiz əməlin tələb olunduğunu bilirsinizmi?


İmam Şafei (Allah ona rəhmət etsin!) hicri 150-ci ildə Fələstinin Qəzza bölgəsində anadan olmuş, 204-cü ildə isə Qahirədə vəfat etmişdir. İmamın həyatına diqqətlə nəzər saldığımız zaman onun elmə olan sevgisini açıq-aydın görə bilərik. 

Onu müctəhid edən də məhz elmə qarşı duyduğu sevgi və bağlılıq olmuşdur. Alimin aşağıda elm haqqında dediyi sözlər heç bir zaman unudulmamış və elm aşiqlərinin zehnində sonsuza qədər qalmışdır:

"Bir insan pul qazanmaq üçün necə hərislik edirsə, mən də elm əldə etmək üçün o cür hərislik edirəm. Öz körpəsini itirən ana onu tapdığı zaman necə sevinirsə, mən də bilmədiyim bir məsələnin cavabını tapdığım zaman o cür sevinərəm”. 

Elm dedikdə nəyin başa düşüldüyünü gözəl şəkildə izah edən imamın aşağıdakı ibrətamiz sözləri hər bir kəs üçün nümunədir:

"Elm yaşandığı, tətbiq edildiyi zaman həqiqi elmə çevrilir. Əməl edilməyən elm heç bir dəyəri olmayan pula bənzəyər; sahibinə xeyir gətirməz. Belə insan sadəcə olaraq "Elmim var!” - deyə lovğalanıb gəzər”.

Bir gün İmam Şafei (r) səhər namazından çıxıb dərin düşüncələrlə evinə qayıdarkən yolda bir nəfərlə rastlaşır. Onu belə fikirli görən həmin şəxs imama yaxınlaşıb soruşur: "Sizi həyəcanlı görürəm. Nə isə bir dərdinizmi var?”

İmam cavabında belə deyir: "Bəli, hər səhər evə qayıdarkən məndən tələb edilən əməlləri düşündüyüm üçün fikir çəkirəm”.

Həmin adam imamdan tələb edilən əməllər haqda sual edir. İmam Şafei cavabında ondan tələn olunan 8 əməli sadalayır:

"Hər gün rəbbim məndən fərzlərini tələb edir.

Peyğəmbər (s) öz sünnələrini yerinə yetriməyimi istəyir.

Ailəm məndən halal ruzi,

İmanım və ağlım məndən onlara tabe olmağımı,

Nəfsim və şeytanım onların əsirinə çevrilməyimi,

Allahın hörmətli mələkləri yalnız gözəl əməl sahibi olmağımı,

Yeni başladığım bu gün bir gün daha da yaşlandığımı düşünməmi,

Əzrail də ona bir gün daha yaxınlaşdığımı xatırlamağımı məndən tələb edir”.

Sual verən şəxs təəccüblə İmam Şafeidən soruşur: " Ey şeyx! Bu əməllər yalnız səndənmi tələb edilir?”

İmam təbəssümlə belə cavab verir: "Əgər elmin varsa, bu suala cavab tapa bilərsən”.

Həmin adam dərhal deyir: "Bəli, ey imam! Bu əməllər məndən və hər gün növbəti sabaha başlayan hər bir kəsdən tələb olunur. Amma biz bunları düşünmürüksə, bunun səbəbi onların bizdən tələb olunmamasında deyil, bizim özümüzün qafilliyimizdəndir”.

Категория: Все об Исламе | Просмотров: 738 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w