HƏZRƏTİ İDRİS - 18 Февраля 2011 - Блог - Добро пожаловать

Все об исламе

Воскресенье, 04.12.2016, 11:08

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » HƏZRƏTİ İDRİS
13:08
HƏZRƏTİ İDRİS
Həzrəti İdrisin adı Qurani-Kərimdə yalnız iki surədə keçir. Ənbiya və Məryəm surələrində.

"İsmayılı, İdrisi və Zülkifi də xatırla. Onların hər üçü səbrli idilər.” [Ənbiya 85]

"Bu kitabda İdrisi də xatırla! Əlbəttə o da doğruluq və dürüstlük abidəsi bir peyğəmbərdir. Və Biz ona da uca bir mövqə bəxş etmişdik.” [Məryəm 56, 57]

İdris peyğəmbərin nə zaman və harada yaşadığı məlum deyil. İbn Məsud, İbn Abbas, Mücahid və Dahhaq İdrisin Saffat surəsi 123-də adı zikir olunan İlyas peyğəmbərin başqa bir adı olduğu fikrini irəli sürmüşdülər. Müfəssirlərin çoxu isə bu fikri dəstəkləmirlər və Məryəm surəsi 58-ci ayədə "Adəmin nəslindən” deyilməsi, Həzrəti İdrisin İlyas peyğəmbərdən çox-çox əvvəl yaşadığını düşünənlərin qənaətini doğrulayır. 

"İdris İlyasdır” qənaətində olan klassik şərhlərə istinad edən "yenidən doğuluş” fikri də öz təsdiqini tapmır. Bu şərhlər onun Əski Ahiddəki Hanokla eyniləşdirilməsindən qaynaqlanır. İdris adı "dərs, bilik, məlumat” mənalarına gəlir. Dövrümüzün bəzi müfəssirləri İdrisin misirlilər tərəfindən sonradan tanrılaşdırılan elmli bir şəxs olan Osirisin ərəbləşmiş şəkli olduğu qənaətindədirlər. Lakin əlimizdə bu qənaəti dəstəkləyəcək heç bir dəlil yoxdur. Bu halda onun da səbrdə fərqli nümunələri olan, misal çəkiləcək insanlardan olduğunu, buna görə də Allahın əbədi kitabında ondan bəhs edilməyi haqq etdiyini bilməyimiz önəmlidir. 

Başqa bir qənaət isə İdrisin Hermes olduğu fikridir. Qədim hikmətin atası olduğu bilinən Hermesin Həzrəti İdris olduğu qənaətini sanki adının daşıdığı məna da təsdiqləyir. Məryəm surəsi 57-ci ayədə zikr olunan uca məqam da, Həzrəti İdrisin sanki hikmətin atası olmasını vurğulayır. Tabərinin "Tarix” kitabında Allah Rəsulundan "qələmi ilk yonanın” İdris peyğəmbər olduğuna dair bir rəvayət var. [I, 174]

"Və Biz ona da uca bir mövqe bəxş etmişdik” ayəsi ilə bağlı başqa rəvayətlər də mövcuddur. 
1) Dördüncü qat səmadır. Bu fikri qəbul edənlər, Buxari ilə Müslimin "Səhih”lərində olan bir hədisə istinad edirlər [əl-Buxari, Mənakıbu'I-Ənsar, 42; Müslim, İman, 264]. Bu hədisdə Həzrəti Peyğəmbər Mirac gecəsində İdrisi dördüncü qat səmada görmüşdür. 
2) Altıncı qat səmadır;
3) Cənnətdir. Bəzilərinə görə bu rəvayət birinci ilə birləşər. Çünki Cənnətin dördüncü qat səmada olduğu söylənilir [İbnu'l-Cevzi, Təfsir, V, 241.]; halbuki Ali İmran surəsinin 133-cü ayəsində, "Cənnətin eninin göylər və yer qədər olduğu" bəyan edilir. 
Beləliklə, Cənnətin dördüncü qat səmada olmasında söz belə gedə bilməz. 
4) Yeddinci qat səmadır.

Allah ən doğrusunu bilir. 

Həzrəti İdrisin ölüm mələyi ilə dost olaraq göyə çıxması ilə bağlı olan rəvayətlər isə tamamilə israiliyyat qaynaqlı olduqlarına görə bu rəvayətlərə yer vermədik. Müfəssirlərimiz də belə rəvayətlərə ehtiyatla yanaşmışlar. Doğrusunu "Allah bilər” deyərək təfsirlərində bu kimi rəvayətlərə istinad etməmişlər.
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 390 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 104

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w