Все об исламе

Среда, 24.04.2024, 06:42

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » HƏZRƏTI LUT
13:06
HƏZRƏTI LUT
Həzrəti Lutun adı Qurani-Kərimin 27 yerində keçir. Adının zikr olunduğu surələr: Ənam 6/86; Əraf 7/80-84; Hud 11/70,74-,77-84,89; Hicr 15/58-78; Ənbiya 21/71; Şuara 26/160-175; Nəml 27/54-57; Ənkəbut 29/26, 28-35; Saffat 37/133; Sad 38/13; Qaf 50/13; Qəmər 54/33-39; Tahrim 66/10. 
Həzrəti Lutun Sodom qövmü ilə olan hekayəsi, bəzi surələrdə daha geniş izah edilmiş, bəzi surələrdə isə sadəcə adı qısaca olaraq zikr edilmişdir. 

SOYU
Qurani-Kərim Həzrəti Lutun soyu haqqında bizə heç bir məlumat vermir. Bu barədə geniş məlumat Kitabı-Müqəddəsdə yer alır. Kitabı-Müqəddəsdə Həzrəti Lutun Həzrət İbrahimin qardaşı oğlu olduğu barədə məlumatlar bütün təfərrüatı ilə anladılır. Bütün bunlar İsrailiyyat qaynaqlı məlumatlar olduğu üçün burada onlardan danışmayacağıq. 

Qurani-Kərimdən Həzrəti İbrahimlə Həzrəti Lutun eyni dövrdə yaşadıqlarını və eləcə də Lutun İbrahimə iman etdiyini [Ənkabut 29/26], onunla birlikdə hicrət etdiyini [Ənbiya 21/71] öyrənirik. 
Quranın bizə kamil bir şəxsiyyət olaraq tanıtdığı - elçilərdən biri, sadiq, səbrli, seçilmiş - Lut peyğəmbər hicrətdən sonra İbrahim peyğəmbərdən ayrılmış, Sodom qövmünün ərazisində məskunlaşmışdı. Qurandan anlaşılan odur ki, Həzrəti Lut məskunlaşdığı Sodom qövmündən olan bir qadınla evlənmiş və ondan övladları olmuşdur. Biz onun ailəsinin neçə nəfərdə ibarət olduğunu bilmirik, bildiyimiz sadəcə qızlarının olmasıdır ki, bu da ayələrdən bəllidir. Mələklər onun evində müsafir olarkən qövmün azğınları onlara təcavüz etmək istədiklərində Həzrəti Lut qonaqlarını qorumaq məqsədi ilə qövmünün sakinlərinə qızlarını təklif edir. "... Ey qövmüm! Baxın, qızlarım, onlar sizin üçün daha təmizdir! Artıq Allahdan qorxun, məni qonaqlarımın yanında utandırmayın; aranızda ağlı başında olan biri yoxdurmu?” Biz bu ayəni "qızlarımla evlənin, doğru olanda budur” şəklində anlamalıyıq. Bir peyğəmbər heç bir halda zinanı qanuni görməz və göstərməzdi. Həzrəti Lutun məqsədi bəllidir: azğın qövmü əxlaqsızlıqdan [homoseksuallıqdan] çəkindirib, əxlaqa və təbii olana dəvət etmək. 

HİCRƏTDƏN HİCRƏTƏ
Həzrəti Lutun ilk hicrəti Həzrəti İbrahimlə birlikdə olmuş, İbrahimə ilk iman edənlərdən olduğu üçün onunla birlikdə hicrət etmişdir. Daha sonra Həzrəti İbrahimdən ayrılmış və Sodom qövmünün məskunlaşdığı əraziyə getmişdir. O, məskunlaşdığı qövmü əxlaqsızlıq və çirkab, inkarçılıq bataqlığından xilas etməyə səy göstərsə də qövmün mənsubları onu yurdlarından çıxaracaqları ilə hədələmişlər. "Ey Lut! əgər buna bir son verməsən, şübhəsiz ki, sürgün edilənlərdən olacaqsan.” [Şuara, 167] Onları buna şövq edən səbəb isə Lutun və ona inananların əxlaqi təmizliyi idi: "...Lutu [və] yaxınlarını ölkənizdən çıxarın! Bəlli ki, onlar çox təmiz [!] insanlarmış!” [Nəml, 56]. Məhz bu fikir onların ağılsızlığının, əxlaqsızlığının bariz nümunəsidir. 

Əxlaqsızlığın belə əxlaq normaları var. Lut qövmü onlardan öncə kimsənin etmədiyi [Əraf, 80; Ənkəbut, 28] bir əxlaqsızlığı edir və onlarla olmayan, təmiz olanlara qarşı da mübarizə aparır, onları yurdlarından çıxaracaqları ilə hədələyirlər. Ayələrdən onu da anlayırıq ki, bu qövm əxlaqsızlığı ümumi bir yerdə, camaat içində [Ənkəbut, 29] icra edirmiş. Bu əsl mənada əxlaqsızlığa dəvət mənasını daşıyır: "Bəli, kişilərə [şəhvətlə] yanaşan və [təbii olan] yolu bağlayan; üstəlik bu çirkinliyi cəmiyyətə açıq yerlərdə, gündüz vaxtı qrup halında işləyən siz deyilmisiniz?” Qapalı bir yerdə zina etmək əxlaqsızlıq, açıq bir yerdə, gözlər önündə zina etmək isə bu əxlaqsızlığa dəvətdir. Lut qövmü məhz bunu edirdi. [1] Bundan bir ibrət alsınlar deyə Lut qövmünə göndərilən əzabın qalıqları günümüzə qədər gəlib çatmışdır. Bəlkə ibrət alan olar deyə...

Sodom qövmü o qədər əxlaqsızlaşmışdı ki, Allah bu azğın və inkarçı qövmə bəla göndərib: "...göydən daşlaşmış palçıq yağdırdıq” [Saffat 31], "bir-birinin ardınca püskürtü halında daşlar yağdırdıq” [Hud, 82]...deyir. Bu qövmü həlak edən bəlalar o qədər şiddətli bir əzabdan bəhs edir ki, insanın nitqi kəsilir. Bu fəlakətə bir daha məruz qalmamaq üçün Allaha asi olmaqdan, onun haram buyurduqlarını etməkdən qorxur.

Bu fəlakətin və qövmünün qiyamətindən sonra Həzrəti Lut yenidən hicrət yoluna düşür. İlk dəfə inkar edən və bütlərə tapan qövmünə qarşı mücadilə verən Həzrəti İbrahimə iman edərək onunla birlikdə hicrət yolçuluğuna çıxmışdır. İkinci dəfə isə göndərildiyi qövmü Allaha və əxlaqa dəvət etmiş, bu yolda böyük bir səbr göstərərək mücadiləsini davam etdirmişdir. 

ALLAHIN YARDIMI
"Doğrusu [Lut] Bizim gücümüzə qarşı onları xəbərdar etmişdir; fəqət onlar bu xəbərdarlıqlara həmişə şübhə ilə yanaşmış, daha betəri isə onun müsafirlərinə yaxınlaşmaq üçün onunla mübarizəyə girişmişdilər. Buna görə biz də gözlərini kor etdik; "Madam xəbərdarlığımı [nəzərə almadınız], o halda əzabımı dadın!” dedik” [Qəmər, 36-37]

Təbii ki, burda bizə anladılan kor olmaq hadisəsi fiziki mənada anlaşılmamalıdır. Allah bir quluna yardım etmək istərsə, o qulun diləmədiyi və təxmin etmədiyi yerlərdən Rəbbi ona mütləq yardım edəcəkdir. Buna görə də qul öz vəzifəsini sonuna qədər icra etməli, "bitdim" nöqtəsinə qədər əzm və səy göstərməlidir. Ayələrdən də anlayırıq ki, Lut öz qövmünün sakinləri ilə mübahisə etmiş, qonaqlarını qorumaq üçün hətta bu əxlaqsız və azğın qövmə evlənmək üçün qızlarını belə təklif etmişdir. 
Qövmünün sakinləri istəklərində israr edincə isə ilahi yardım yetişmişdir. Əvvəlcə onların gözləri kor olmuş, daha sonra sübhə yaxın kütləvi fəlakətə məruz qalaraq hamılıqla [iman edənlər xaric] həlak olmuşdular.

"Bunu ardından onu və yaxınlarını xilas etdik; yalnız həyat yoldaşı xaric. Sonunda üzərilərinə leysan [kimi bəla] yağdırdıq. Günaha dalıb gedənlərin sonunun necə olacağını gör!”[3
Bir qula Allah yardım edərsə, belə edər...

İBRƏT
"Doğrusu biz ondan sonra təfəkkür edən bir cəmiyyət üçün həqiqətin açıq dəlilləri olan işarələr buraxmışıq”
 [Ənkəbut, 35]
İbn Kəsir bu ayənin təfsirində deyir ki: "Allah Lut qövmünün yaşadığı bölgəni, suyundan istifadə etmək mümkün olmayan qoxumuş göl halına gətirdi. Bu gölün ətrafındakı ərazidən də faydalanmaq mümkün deyil. Çünki ora xarab çuxur halındadır. Məhz bu vəziyyət; bir ibrət, bir öyüd və Allahın qüdrətinə və ucalığına qarşı üsyan edib nəfsinə uyan, peyğəmbəri yalanlayan və Allahın əmrinə müxalif çıxanlardan intiqam almaq barədəki qüdrətinə dəlildir.”[3

Rəvayətlərə görə Lut qövmü, İordaniyanın şərqində İraq ilə Fələstin arasında yerləşən bölgədə yaşamışdır. Lut gölü və ya digər adıyla Ölü Dənizin cənub və şərqində qalan və bu gün tamamilə kimsəsiz olan bölgədə, bir çox qədim şəhər qalığı mövcuddur. Bu qalıqlardan, bölgənin bir zamanlar çox böyük bir əhalisi olduğu qənaətini irəli sürmək mümkündür. Arxeoloqlara görə bu bölgə, inkişaf və rifahının ən yüksək səviyyəsinə çatmışdır. Lut qövmünün yurdu olaraq bilinən həmin ərazi bu gün üçün çox sayda əhalini təmin edəcək təbii xüsusiyyətlərə sahib deyil. Meşələr, məhsuldar ərazilər və su qaynaqları olduqca azdır. Ancaq, bu bölgə qədim qaynaqlarda İordaniyanın ən yaşıl və ən məhsuldar bölgəsi olaraq tanınırdı. Müasir arxeoloq və tarixçilərə görə, bu xoş və yamyaşıl bölgə, şiddətli bir sarsıntı nəticəsində, Ölü Dənizə çevrilmişdir. Araşdırmalar, Ölü Dənizin bu fəlakətdən əvvəl cənub istiqamətində günümüzdəki qədər uzanmadığını göstərmişdir. Bu gün Krek şəhərinin tam qərbində Ölü Dənizə bir dil şəklində uzanan və adını şəklindən alan "Lisan" [dil] adında kiçik bir yarımada vardır. Bu yarımadanın dəniz tərəfindən başlanğıc nöqtəsi, qədim zamanlarda Ölü Dənizin sahili idi. Yarımadanın cənubundakı, hal‐hazırda gölün suları altında qalan dayaz bölgədə, Lut qövmünün yaşadığı Sodom, Gomore, Adma, Sanbuyem və Zoğr şəhərləri varmış. Bu bölgədəki arxeoloji qazıntıları ilə məşhur olan Alman arxeoloq Verner Keller, bu barədə gəldiyi nəticəni belə açıqlayır: "Bu bölgədə bir gün çox böyük bir çökmədə partlamalar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ olmuş və Sodom vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə basdırılmışdır."

Lut gölünün cənub tərəfi, böyük bir mədəniyyətə məzar olmuşdur. Meydana gələn şiddətli zəlzələnin nəticəsi olaraq Lut qövmünün yaşadığı şəhərlər yerlə yeksan olmuş və bölgə tamamilə göl sularının altında qalmışdır. 1965-ci ildə Amerikalı arxeoloqlardan ibarət olan bir araşdırma qrupu, gölün cənub qismindəki, yuxarıda bəhs etdiyimiz Lisan yarımadasında böyük bir qəbiristanlıq aşkar etmişdir. Bu qəbiristanlıqda 20 mindən çox məzarın olduğu təsbit edilmişdir ki, bu böyüklükdəki bir qəbiristanlıq, yaxın bir ərazidə böyük bir şəhərin olduğunun bariz nümunəsidir. Bu kəşf, sözü gedən şəhərin yerlə bir olaraq dağılmasını da isbat edir. Çünki ətrafda böyük bir əhalisi olan başqa bir məkan yoxdur. 

Yuxarıda qeyd etdiyimiz Quran ayəsində Allahın əzabına uğrayan bu şəhərlərin, ibrət olmaq üzrə açıq bir əlamət və ya işarə olaraq buraxıldığı zikr edilmişdir. Bu işarələrdə Ölü Dəniz və ətrafındakı bu qalıqlar nəzərdə tutulmuş ola bilər. 

XAİN QADIN
"Allah küfrdə dirənənlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Bu ikisi iki saleh qullarımızın kəbini altında idilər; fəqət övrətlərinin [missiyalarına] xəyanət etdilər. [Bu iki qadına] "Atəşə girənlərlə birlikdə siz də girin!” deyildiyi [gün], iki [ərin] varlığı da, onları Allahın cəzasına uğramaqdan qoruya bilməyəcək.”

Buradakı xəyanət, ailə ismətinə deyil, Ənfal surəsinin 27-ci ayəsində istifadə edildiyi kimi, inanca və missiyaya xəyanətdir. 
İbn Kəsr də bu barədə belə deyir: "Bu iki qadının xainliyi, din mövzusundadır. Çünki bu qadınlar, ərlərinin dininə girməmişdilər. Belə ki, buradakı xainliklə onların zinakarlıq etdikləri nəzərdə tutulmamaqdadır. Çünki Allah, heç bir peyğəmbərin xanımının zina etməsini təqdir etməmişdir. Bunun əksini söyləyən, böyük bir səhv etmiş olar. [4

Onları zinada günahlandırmaq isə iftiradır. Heç kimin başqasına, - kafir olsa belə, - iftira atmağa haqqı yoxdur və bunun hesabı mütləq soruşulacaq.

SƏHƏR YAXIN DEYİLMİ?
"[Elçilərimiz]: "Ey Lut!” dedilər, "Biz Rəbbinin elçiləriyik; onlar sənə əsla toxuna bilməyəcəklər! Artıq gecənin bir vaxtında [iman] ailənlə birlikdə yola çıx! Sizdən heç kəs geri baxmasın [gözü arxada qalmasın]; təbii ki, övrətin istisnadır. O birilərinin aqibəti onun da başına gələcək. Unutma ki, onların vədəsi bu sabah bitir: [zatən] sabah yaxın deyilmi?” [Hud]

Burada ailənlə birlikdə deyilərkən təbii ki, Lutun övladları ilə birlikdə onun iman qardaşları da nəzərdə tutulur. Digər bir ayədə "biz iman edənləri belə mükafatlandırırıq” deyilir. Həzrəti Məhəmməd Salman Farsiyə o mənim əhli beytimdəndir deyirdi. Salman Farsinin Peyğəmbərlə heç bir qohumluq əlaqəsinin olmamasına baxmayaraq onun əhli beytindən sayılması təbii ki, iman qardaşlığına işarədir. Deməli, burada da əhli beyti deyilərkən Lutla birlikdə ona iman edənlər nəzərdə tutulmuş və onlar da xilas olmuşdular.

Xilas olan topluluğa bir də bir əmr verilir: "Kimsə dönüb arxaya baxmasın!” Arxada nə var idi? Təbii ki, hər birinin əzizləri, sevdikləri, bununla yanaşı malları, mülkləri... Onlar imanlarını təsdiq etmək üçün hicrət edirdilər. Hicrət yoluna çıxan isə dönüb arxaya - arxada qoyduqlarına - baxmaz. İman siratda yürüməkdir. Bu yola çıxdınsa geri yol yoxdur. Lut qövmünün iman edənlərinə də bu təlimat verilir: "arxaya baxma!”...
Ayədə ən çox diqqət çəkən məqamlardan biri də "Sabah yaxın deyilmi?” sualıdır. Müfəssirlərdən bəziləri [məsələn: Fərra] son cümlənin, azmış topluluğun gün ağararkən həlak olacağını xəbər verən elçilərə Həzrəti Lutun "İndimi?” sualına cavab olaraq söylədiyi qənaətindədirlər. Bəziləri də düşünürlər ki, Həzrəti Lut qövmünün onlara bir zərər verə biləcəyini düşünərək "İndi olsun” demiş və Mələklər də "tələsmə, sabah yaxın deyilmi?” demişdilər.
Doğrusunu Allah bilir. 

Bizim çıxarmalı olduğumuz nəticə isə budur: Sabah həqiqətən də yaxındır. Xilas olanlar isə sadəcə iman edənlərdir. Heç kimin heç kimə yardım edə bilməyəcəyi bir gün gəlməmişdən öncə biz imana gələk ki, bəlkə Rəbbimizin lütfi ilə xilas ola bilək.


[1][Hal-hazırda bəzi televiziya kanalları da bunu etmirmi?]
[2][bənzər ayələr üçün baxın: Hicr, 60; Şuara, 170-171; Nəml, 57; Saffat 135; Tahrim,10]
[3][İbn Kəsir, Müxtəsər Təfsir, 3/523]
[4][İbn Kəsr, əl-Bidayeven-Nihayə]
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 770 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w