Mir Mövsüm Ağa - 14 Января 2011 - Блог - Добро пожаловать

Все об исламе

Воскресенье, 04.12.2016, 11:10

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 14 » Mir Mövsüm Ağa
21:33
Mir Mövsüm Ağa
Mir Mövsüm Ağa

Mir Mövsüm Ağa imam Eli (e) nin neslindendir. Seyidler, ocaq sahibleri ise ALLAH istenilen dileklerin ünvanına çatdırılmasında binegüzarlıq edir. Xalq arasında Mir Mövsüm Ağa kimi tanınan Ağa Seyid Eli de Yaradana yaxın sayılan simalardan olub. Tanrı ile bize melum olmayan yollarda beledçilik edib, biçarelere çare qılmaq, xestelere şefa vermek kimi fövqelade qabiliyyeti Yaradandan alıb. Ağa Seyid Elinin (Mir Mövsüm Ağa) valideynleri haqda ne respublikanın tarix arxivinde, ne de Bakı mescidlerinin qeydiyyat kitablarında melumat yoxdur. Lakin müasirlerinin dediklerine göre, atası Mirabutalıb Mövsümzade ve anası Xedice Mirqasımova Kerbelada torpağa tapşırılıb. Nesil haqqında araşdırma aparanlar Ağa Seyid Eli Mirmövsümzadelerin Mehemmed peyğember (s) nın nesline mensub olduğu iddiasındadırlar. Ağanın soy kökü üçüncü imam Hüseyn (e) nin atası Xelife Eli İbn Abu Talıbın nesli ile bağlıdır. VI-VII esrlerde Mehemmed peyğember (s) nın eleydarları terefinden teqib olunan imam Hesen (e) ve imam Hüseyn (e) nin töremeleri Yaxın Şerq ölkelerine köçübler. Sonradan ise Ağa Seyid Eli Mir Mövsümzadenin nesli Azerbaycana köç edib. Mir Mövsümzadeler nesli İmam Hüseyn (e) soyunun bir qolu olaraq seyid sayılıblar (bele ki, İmam Hüseyn (e) nin şeceresi seyid, İmam Hesen (e) nin şeceresinden gelenler ise "şerif" sayılırlar). Tedqiqatlarda gösterilir ki, peyğember neslinden olan Mir Mövsüm Ağaya hem de, ALLAH-tealanın vergisi qismet olub. Seyid uzun iller İçerişeher Firdovsi küçesi 3-deki menzilde yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyaretgahı kimi penah yeri olub. Ağa Seyid eli 67 yaşında vefat edib. Hazırda uyuduğu ve ruhunun dolaşdığı qebirstanlıq da ziyaretgaha çevrilib. Hemin mezarıstanda Ağa ile yanaşı böyük qardaşının heyat yoldaşı Sara Seyid Musa qızı, onun övladları Hökume, Gülsüm, Tahire, Xedice, kiçik qardaşı Mirkazım Ağa, onun heyat yoldaşı Sitare xanım, övladları Seyid Ekrem uyuyur. Evveller qebrinin üstünde yalnız adı hekk olunmuş başdaşı olub. 1992-ci ilde ise Şüvelan sakinleri Hacı Nizam, Hacı Şerif ve Tahir Quliyevin teşebbüsü ile Mir Mövsüm Ağanın uyuduğu torpağın ziyaretgaha çevrilmesi üçün teşebbüs qrupu yaradılıb. Ziyaretgah emekdaşının dediyine göre, tikinti zamanı xüsusi layihe, plan hazırlanmayıb. Qesebe sakinleri terefinden Almaniyadan qiymetli rengareng ayna növleri alınıb. Gümbez ve divarlar üzerinde "Allah", "Mühemmed", "Eli" ve "Allahu Ekber" sözleri hekk olunub. Gümbezin zirvesinde ise "Allahu Ekber" eks olunmuş qızıl medalyon asılıb. Kişilerin namaz qılmaları üçün mescid tikilib. Hemçinin 8 güşeli, divarları maili hövuz inşa olunub. Ziyaretgahda "Qurbangah" adlanan xüsusi yer var. Ramazan ayı erzinde her gün iftar süfresi açılır. Meherrem ayı daxil olmaqla her gün Ağanın ehsanı olaraq çay verilir. Her şenbe günü bir internat mektebinin şagirdleri üçün nahar süfresi açılır, nezirler hesabına bir neçe internat mektebine, qocalar evine erzaq yardımı edilir. Ağanın payı kimi 5-den çox qaçqın ve mecburi köçkün ailesine her ay yardım olunur. Texmini hesablamalara göre, ziyaretgaha her gün 100-150 zevvar gelir. Meherrem ayında iee bu reqem 500-ü ötür. Bura hetta Rusiya, Almaniya, Türkiye, ABŞ, Fransadan ziyarete gelirler. Rayonlardan ve xarici ölkelerden gelenler üçün gecelemeye otaqlar var. Ziyarete gelen İçerişeher sakini 78 yaşlı Hacı Ezizin dedikleri: "Ağır xesteliye tutulmuşdum. Anam meni Ağanın yanına apardı. Elini başımdan üzüme qeder çekdi. Sonra tebessümle bacısının üzüne baxdı. Bacısı Ağanın yarımçıq qalmış çayını mene içirtdi. Anam dedi ki, Ağanın elinden öp. İki gün içerisinde sağaldım. Sonralar her ay Ağanın ziyaretine getmişem. Noyabrın 17-de torpağa tapşırıldı. Yas merasiminde 50-60 min adam iştirak edirdi. Hamı Ağaya son borcunu vermek isteyirdi". Ağanın möcüzelerinin şahidi olan Hacının sözlerine göre, ateizmin hökm sürdüyü dövrde Merkezi İcraiyye Komitesinin sedri Mir Beşir Qasımovun başına gelenleri ve Ağaya penah getirdiyini hamı bilirmiş: "Bele neql edirdiler ki, iclasların birinde Mir 
Mövsüm Ağa haqqında nalayiq sözler danışan Mir Beşirin qefilden sesi tutulub. Bayaqdan gur-gur guruldayan Qasımov xırıldayaraq yere yıxılıb. Hekimler elac ede bilmeyenden sonra Ağanın yanına aparıblar. Ağanın işaresi ile bacısı bir tike çöreyi seyidin yemeyine batıraraq Mir Beşire verib. Heyacandan titreyen sedr tikeni yeyenden sonra sakitleşib ve sesi açılıb. Amma Stalin Ağanı bütün belalardan qoruyub. O boyda rehber Mir Mövsüm Ağaya çox inanırmış". Daha bir hadise ise Ağa haqqında yazılmış xatirelerdedir: "Seyidin evine gelerek eşyaları siyahıya alınıb. Baxmayaraq ki, bütün nezirlerden vergi ödenilirmiş. Sovetlerin fikrince, Ağa insanlara hökumete deyil, Allaha tabe olmağı tebliğ edib. Emlakı "ZİS-5" markalı maşına yükleyibler. Lakin maşının motoru qefilden sönüb. Temir işleri aparılsa da, maşın yola düşmeyib. Eşyalar geri qaytarılmayanadek heç kim maşını sürmeye cesaret etmeyib". "1943-cü ilde Ağanın yanına üç rus gelib ve müselmanlığı qebul edib. Melum olub ki, bütün ekipaj mehv olub. Lakin Ağaya nezir demiş bu üç neferden başqa. Sürüne-sürüne seyidin hüzuruna gelen ruslar sağ qaldıqları üçün Ağaya nezir getiribler". Uşaqlıqdan dili tutulmuş yeddi yaşlı oğlanın Ağanın yanında dili açılıb ve hemin uşaq dünyasını deyişenenedek her heftenin cüme günü Mir Mövsüm Ağanın ziyaretine gelib. Ağanın şefa veren möcüzeleri yüzlerle olub. 115 ilden artıqdır davam eden nur yeqin ki, hele neçe esrler ziyaretgahı terk etmeyecek. 1883-cü ilde dünyaya gelen Seyid Mir Talib Ağanın oğlu Seyideli fiziki cehetden zeif olsa da, hele kiçik yaşlarından hem aile üzvleri, hem de qohumları onda qeyri-adilik hiss edirdiler. O, hamıdan ferqlenirdi. Yaşına uyğun olmayan bacarıqların Seyidelide müşahide edilmesi aile üzvlerini teeccüblendirirdi. O, başı ağrıyan adama elini çeken kimi, hemin şexsin bütün ağrıları keçirmiş. Seyidelinin ceddinin gücüne, qüdretine göre ona Mir Mövsüm Ağa deye müraciet edirdiler. Mir Mövsüm Ağa ne danışe, ne de geze bilirdi. Amma qohumları bunun eksini deyerek onun her iki qabiliyyetinin olduğunu erz edirler. Lakin Ağanın dediklerini yalnız ezizleri başa düşdüyünden el içerisinde bele şayieler gezir. Ağanın bacısı nevesi 10 il onunla bir evde yaşayan Hacı Rüfet Mahmudovun bildirdiyine göre, Ağa tehsil ala bilmemişdi, yazıb- oxumağı da bacarmırdı. "Qurani-Kerim"i ve duaları da öyrenmemişdi. Bununla bele, o, üzünü göye tutar, ellerini bacardığı qeder qaldıraraq gücle eşidilecek sesle deyerdi: "Allah, sene qurban olum". O, heqiqeten de Tanrı terefinden seçilen ve sevilen insanlardan idi. Qapısına gelen ve ondan kömek dileyenleri heç vaxt ümidsiz qaytarmırdı. Ağanın adına deyilen nezirleri de, özünün ehtiyacı olduğu qeder saxlayar, qalanlarını ise yoxsullara paylayardı. Mir Mövsüm Ağanın sağlığında olduğu kimi, vefat etdikden sonra da min bir dilekle onun ocağına üz tutanların ardı-arası kesilmir. Onun gücüne, qüdretine inam, üreklerinde tutduqları her bir niyyetin yerine yetmesi o ocağa penah getirenlerin sayını günden-güne artırır. Milletinden, dininden asılı olmayaraq, Ağanın ceddine inanan her kes onun ruhunu eziz tutur. Bele şexslerden biri de meşhur ressam Nikolay Safranovdur. 2002-ci ilde Nikolay Safranov Moskvadan Ağanın qardaşı ve bacısı uşaqlarına zeng edir. Ağanın ceddine xoş sözleri deyerek, onlara minnetdarlığını bildirir. Ağanın qohumları bu telefon zenginin neye borclu olduğunu öyrenmek isteyende Nikolay Safranov başına gelen ehvalatı danışır. Deyir ki, çox dehşetli maşın qezasına düşüb. Qeza zamanı ölenler ve ağır yaralananlar olub. Amma Safranov bu facieden sağ-salamat qurtulub. Möcüzeye sebeb ise Mir Mövsüm Ağanın gücü olub. Qeza zamanı Nikolay Safranovun cibinde Ağanın şekli olub ve ressamın bildirdiyi kimi: "Meni müqeddes insanın eksi xilas edib". Mir Mövsüm Ağa uşaqları çox sever ve hemişe onlara gülümseyerdi. Uşaqlara olan sevginin ne derecede böyük olmasını bir jurnalistin evinde baş veren hadise de sübut edir. Hadise baş veren gün ev sahibi Bakıda yox, rayonda olur. Evde onun heyat yoldaşı ve uşaqları qalır. Gece hamının şirin yuxuda iken elektrik qızdırıcısında boşluq olduğundan qısaqapanma baş verir, ev yanmağa başlayır. Tüstü iyine yuxudan ayılan ana görür ki, döşemedeki xalça, linolium yansa da, alov öz-özüne sönüb. en qeribesi ise yanğın uşaqlar yatan otaqda olub. Orada divardan asılan bir neçe şekil içerisinde olan Mir Mövsüm Ağanın qebrinin şeklinde tesvir itir, heç ne görünmür. Amma şekil qıpqırmızı olur. Heç kes bunu anlaya bilmir. Ertesi gün evde olanlar axşam saatlarında şekilde deyişiklikler müşahide edirler. Şekil evvelki veziyyetine dönür. Bu hadiseni qonşu qadın bele izah edir: "Qurban olduğumun ruhu görüb ki, uşaqlar yanacaq, odu özüne çekib. Şeklin qırmızı olması da buna delalet edir". Mir Mövsüm Ağanın ceddinin, gücünün böyüklüyüne nümune kimi diger hadiseni de misal göstermek olar. Böyük Veten müharibesi illerinde bir bakılının idare etdiyi teyyare düşmen terefinden vurulur ve yere doğru yuvarlanır. Teyyareçi ölümle üz-üze dayandığını görüb Ağanın adını, ruhunu kömeye çağırır, ondan imdad dileyir. Teyyare yere deyib parçalansa da, teyyareçi sağ qalır ve müharibeni xeta-balasız başa vurur. Hemin şexs Bakıya qayıdır. Ölümle penceleşdiyi bir vaxtda Mir Mövsüm Ağanın adına dediyi neziri getirib onun ocağına verir. Aradan neçe iller keçir. İş ele getirir ki, teyyareçinin oğlu da teyyareçiliyi özüne peşe seçir. Taleyinin qeribeliyinden atasının başına gelen hadise eynile tekrarlanır. Teyyareçi rehmetlik atasının dediklerini xatırlayıb Mir Mövsüm Ağanın ruhunu çağıraraq onu xilas etmesini dileyir. Neticede teyyare heyeti sağ qalır. Hospitala yerleşdirilen zererçeken iki pilot yüngül xesaretler alır. Hemkarının "teyyare yere düşende sen kimin adını çekirdin" sualına cavabda "Mir Mövsüm Ağanın ceddine qurban olum" deyerek ona her şeyi başa salır. Bu hadiseni texminen 15 il önce Mir Mövsüm Ağanın ziyaretgahına Moskvadan gelen teyyareçi oğlanın anası axundlara danışıb. Deyirler, ALLAH yalnız onu çağıranların sesini eşidir. Mirmövsüm Ağa da Tanrının insanlara kömek üçün gönderdiyi şexsiyyetlerdendir. Sağlığında cismi, haqq dünyasına qovuşandan sonra ise ruhu insanların dadına çatır. İnam möcüzeler yaradır ve her çetin meqamda o, en sonda ölür. İnanın ve bu dünyada inamla da yaşayın. Qoy Mirmövsüm Ağanın ceddi hamıya kömek olsun.
Категория: Mir Mövsüm Ağa | Просмотров: 997 | Добавил: drakula | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1  
agziviza geleni yazib doldurmuyun bura Allahdan gorxun.Hansi delile esasen etagani imam Elinin neslinden oldugunu yazirsiz?

Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 104

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w