Все об исламе

Четверг, 18.04.2024, 20:36

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » ÖRNƏK İNSAN MODELİ
13:10
ÖRNƏK İNSAN MODELİ
Allah-Təalanın xəlq etdiyi, yaratdığı insanın anadan olduğu vaxtdan başlayaraq təhsil və tərbiyəsinə, onun şəxsiyyətinin formalaşmasına təsir edən xeyli amil mövcuddur. İnsan oğlu, onun dilini, düşüncəsini, dinini, əqidəsini, zehniyyətini, şuurunu, tərbiyəsini, əxlaqi xüsusiyyətlərini, milli və mənəvi dəyərlərini, vərdişlərini və həyatını yönləndirən, istiqamətləndirən bütün fikir, inanc və fəaliyyətini həmişə onun üçün göstərilən nümunələrə əsasən və onlardan aldığı təəssüratlarla formalaşdırır. Qeyd etmək lazımdır ki, şəxsiyyətin bu cür formalaşmasında insanın fitrətində mövcud olan təqlid etməyə (yəni kiməsə bənzəməyə) olan meyllilik ən mühüm amillərdən biridir. Buna görə də ilk öncə insan hər sahədə təqlid edilə bilən örnək və nümunəvi bir şəxsiyyətə möhtacdır. Çünki insan oğlu şəxsiyyətini formalaşdırma prossesində anadan olduğu gündən başlayaraq bir çox şey öyrənir.

İnsanın danışdığı dili və buna bənzər şeyləri öyrənməsi, əksər hallarda böyük bir məsələ, problem olmur. Amma onun dini, əxlaqi və mənəvi aləminin formalaşmasında böyük və ciddi əngəllər, problemlər ortaya çıxır. Çünki ilahi iradənin insana imtahan məqsədilə verdiyi və onu heç vaxt tərk etməyən "nəfs” və "iblis” kimi iki böyük əngəl bir növ fəzilətlərin təqlidi və tətbiqi məsələsində çox vaxt arzuedilməz əks istiqamətə meyillənməsinə səbəb olur. İnsan oğlunun şəxsiyyətinin formalaşmasında bu cür mənfi, əks istiqamətə meyillənmələrin olmaması üçün insanın mənəvi aləmi kamil və üstün şəxsiyyətlər olan peyğəmbərlər, haqq dostları, cəmiyyətdə olan ideal, həyat təcrübəsilə fəzilət qazanmış əxlaqlı, təqvalı, həyalı insanlar tərəfindən formalaşdırılmalı, yönləndirilməlidir.
Əgər bu formalaşdırma müsbət, mənəvi, milli, əxlaqi, etik dəyərlərlə deyil, mənfi dəyərlərlə, cəmiyyətə və şəxsiyyətə zərər verən dünyəvi, şeytani, tağuti və nəfsani dəyərlərlə, halalına haramına diqqət edilmədən, qadın-kişi münsaibətinə fikir verilmədən fəaliyyət göstərən qarmaqarışıq əyləncə məkanları ilə, içkili, xoşagəlməz gur musiqili və fuhuş qoxan bar və diskatekalarla, əxlaqi səviyyəsi aşağı olan, özlərini ideal göstərərək insanları, bir millətin gələcəyi olan gənc nəsli zinaya, qumara, içkiyə, fahişəliyə və bununla bağlı hər cür əxlaqsızlığa sövq edən və özlərinə şou əhli deyən insanların zehniyyətilə, puldan və şəhvətdən başqa heç bir dəyərə sahib olmayan, hər yerini milyonların önündə göstərərək açılıb-saçılıb özünə reyting qazanmaq və özünü reklam etdirmək üçün hər cür əxlaqsızlığa əl atan mütriflərlə, milyonların önündə bir-birinin qeybətlərini edib diri-diri bir-birinin ətini yeyənlərlə, anadan erkək olaraq dünyaya gəlib cinsiyyəti kişi olub daha sonradan saçını qaşını aldırıb gəzişini, yürüyüşünü dəyişdirib özlərini qadın kimi aparan "kişilər”lə, özlərinə hacı ünvanı taxıb milyonların qarşısında falçılıq və sehirbazlıqla məşğul olduğunu deyib insanların əqidələrini pozan, onlara hədə-qorxu gələn cadugarlarla, özünə vergi verildiyini iddia edib ekstrasensliklə məşğul olub pul qazanmaq və məşhur olmaqdan başqa əqidə və düşüncəsi olmayan fırıldaqçılarla, ailə münasibətləri kimi həssas məsələləri milyonların gözləri önündə biyarbırcasına həll etməyə çalışan, boşanmaları haqqında proqramlar hazırlayan ailə dəyərlərindən yoxsul olan mənəviyyatsızlarla, etdikləri ədəbsizlik və etikasız davranışları ilə özlərini şou dünyasının ulduzları adlandıraraq şəhvətinə və nəfsinə aldanan milyonların idealı vəziyyətinə keçərək bu milyonları cəhənnəmin bataqlıqlarına sürükləyənlərlə, onlara bu işlərində, yəni bir millətin özünün milli-mənəvi dəyərlərindən uzaqlaşdırma işlərində yardım edənlərin dəyərlərilə yönləndirilərsə bu təqdirdə insan oğlu günümüzdə olduğu kimi qəflət, dəlalət və üsyana sürüklənər. 
Bütün bu mənfiliklərini saydıqlarımız və çox təəssüflər olsun ki, bəzən adları dillər əzbəri olan və bu pislikləri edən, fərdimizi və cəmiyyətimizi, sahib olduğumuz dəyərləri zəhərləmə layihələrində iştirak edən və geniş auditoriyaların rəğbətini qazanan bu insanlar (ki Allah bunlara insaf, mənəviyyat və hidayət versin deyə onlar üçün də dua edirik) heç bir zaman örnək və nümunəvi şəxsiyyət ola bilməzlər. Onları özünə ideal seçən fərdlər və cəmiyyətlər də örnək və nümunəvi fərd və cəmiyyət ola bilməz. 
Bu gün nəfsi şəhvət və mənəvi səfalət içində olan bir qrup insanı örnək seçib onlar kimi olmaq üçün özlərini və əbədi saədətlərini təhlükəyə atanların vəziyyəti insanlığın, bəşəriyyətin, müdhiş israfı və iflasıdır. Bu dəhşətli səhv, aldanış əslində boş qalmış könül taxtının doldurulması üçün onu yalnış, səhv yolda olan insanlara həvalə etməklə ziyana, məhvə sürükləməkdən başqa bir şey deyil. 

Ağlı başında olan hər bir insan həmişə incə ruhlu, zərif və yumşaq ürəkli hidayət rəhbərinə möhtacdır. Bu dünyada az əvvəl qeyd etdiyimiz mənfiliklərə, əbədi fəlakətə düçar olmamaq üçün uca yaradıcımız, Allah subhanəhu və təalanın biz bəndələrinə "usvatun hasənə”, yəni ən gözəl nümunəvi şəxsiyyət kimi təqdim etdiyi aləmin sərvəri, bütün peyğəmbərlərin rəhbəri, Həzrəti Muhamməd Mustafadan (s.a.s) nümunə götürməli, ona sevgi və məhəbbətlə tabe olmalıyıq. Onu könül taxtımızın yeganə sultanı və həyatımızın rəhbəri etməliyik. Allah Təala onu bizə ən gözəl, ən mükəmməl nümunə olaraq "Ləqad kənə ləkum fi Rasulilləhi Usvatun Hsaənə” şəklində örnək götürüləsi və nümunəvi bir şəxsiyyət olaraq təqdim edir. Mömin, müsəlman, Allaha və Rəsuluna, İslama səmimiyyətlə iman gətirən hər bir kəs həyatın hər bir sahəsində Rəsulullaha bənzəməli, onu təqlid etməli, onun yolunda gedənlərlə bərabər olmağa çalışmalıdır. O peyğəmbərə o nümunəvi şəxsiyyətə ki, yaşadığı sadə, səmimi, rəhmət və mərhəmət dolu həyatla bizə nümunə olmuşdur. 
O, Allahın Rəsulu, Allahın elçisiydi, ancaq hər zaman bir sultan, bir kral və bir lider kimi ehtişamlı görünməkdən çəkinərdi. Əshabına belə deyərdi: " Xristianların Məryəm oğlu İsanı mədh edib müqəddəsləşdirdikləri kimi məni mədh edib müqəddəsləşdirməyin. Mən sadəcə Allahın quluyam. Mənə: Allahın qulu və Rəsulu deyin.” 
Bir gün əshabının olduğu bir yerə gedib əsasına söykənərək dayanıb onlara baxdı. Bunu görən dostları onun üçün ayağa qalxdılar. Dedi ki: "Əcəmlərin bir-birlərini ucaltmaq üçün ayağa qalxdıqları kimi ayağa durmayın.” Dostlarının oturduqları yerə çatanda ən yaxın yerə oturardı. Dostlarıyla zarafat edər, aralarına qarışar, onlarla söhbət edər, uşaqlarıyla oynayar, onları qucağına götürüb tumarlayardı. Hür, kölə, cariyə, yoxsul... kim olursa-olsun dəvətini qəbul edərdi. Şəhərin ən ucqar yerlərindəki xəstələri ziyarət edər, üzr istəyənləri bağışlayardı. Bir nəfərlə qarşılaşanda əvvəlcə özü salam verərdi. Dostları ilə əl verib görüşərdi. Namaz qıldığı zaman kimsə yanına gələsi olsa, mütləq namazını sürətləndirər və gələnin ehtiyacını soruşardı. İşini tamamlayandan sonra da yenidən namazına dönərdi. Son dərəcə xoş bir xasiyyəti var idi. Vəhy enmədiyi və ya vəz vermədiyi ya da nitq söyləmədiyi zamanlarda daima gülümsəyərdi. Evində ailəsinin işləri ilə məşğul olardı. Paltarını özü təmizləyər, cırılan yerlərini yamayar, qoyununu özü sağar, ayaqqabısını təmir edər, öz işini özü görərdi. Dəvəsinə özü baxar, xidmətçisilə bərabər yemək yeyərdi. Zəiflərin, dara düşənlərin və yoxsulların ehtiyaclarını həll edərdi. Bir nəfərin möhtac vəziyyətdə olduğunu görəndə, özünü və ailəsini qoyub onu seçər, özünün və ailəsinin ehtiyacını unudardı. Buna görə də sabahı üçün heç nə yığıb saxlamazdı. Belə ki, vəfat etdiyi zaman bir rəvayətə görə, zirehi, ailəsi üçün ərzaq aldığı bir yəhudidə girov olaraq saxlanılırdı. 

...Olduqca təvazökar idi. Çox vəfalıydı. Bir dəfə Həbəşistan Nəcaşini təmsil edən bir heyət gəlmiş, şəxsən özü onlara xidmət etmişdi. Dostları "bu qədər yetər” - demişdilər ona - "ya Rəsulallah”, o da: "Onlar bizim dostlarımıza, Həbəşistana hicrət edən müsəlman qardaşlarımıza yaxşı davrandılar, onlara süfrə açdılar. Qarşılığını vermək istəyirəm" - demişdi. O qədər vəfalı idi ki, xanımı Xədicənin adı keçən hər yerdə onu gözəlliklə anardı. Hətta Aişə belə demişdi: " Xədicəni qısqandığım qədər heç bir qadını qısqanmamışdım. Çünki Peyğəmbər (s.a.v.) həmişə onu xatırlayardı. Bir gün yanına bir qadın gəldi, onu yaxşı qarşıladı və səmimiyyətlə vəziyyətini soruşdu. Qadın oradan ayrılandan sonra: "O qadın Xədicə yaşayanda bizə gəlib gedərdi.” dedi. 
Yaxşılıqları gözəlliklə anmaq imandandır, deyərdi. Ruhunun incəliyi və qəlbinin şəfqəti o həddə idi ki, namaz qıldığı zaman nəvələrinin, qızlarının övladlarının belinə çıxıb oynamaqlarına səsini çıxartmazdı. Hətta qızı Zeynəbin qızı Umamə çiynində olduğu halda namaz qılmış, səcdə etdiyi zaman onu çiynindən endirmiş, səcdədən qalxarkən təkrar çiyninə götürmüşdü. Onun yaxşılıq və mərhəməti təkcə insanlarla məhdudlaşmırdı. Bu duyğuları heyvanlara qarşı da bəslədi. Şəxsən ayağa durar, içəri girmək üçün qapıya sürtünən pişiyi içəri salardı. Xəstə xoruzun müalicəsiylə məşğul olardı. Köynəyiylə atını sığallayardı. Bir gün möminlərin anası Hz. Aişə anamız inadkar bir dəvəyə minmiş və onu biraz yormuşdu. Hz. Muhamməd (s.a.v.) ona: " Heyvanla şəfqətlə rəftar et!” demişdi. Beləliklə onun mərhəməti, yetişdiyi hər kəsi bürümüşdü. Kölgəsinə sığınma ehtiyacı duyan hər kəsi bağrına basmışdı. Onun şəfqət və mərhəməti zəiflikdən, düşkünlükdən qaynaqlanan bir mərhəmət deyildir. Başa qalxmaq və lovğalıq göstərmə xüsusiyyətli də deyildir. Bir gün bir nəfər ona belə bir sual vermişdi: "İslamda nəyi etmək daha xeyirlidir?” Buyurdu ki: ”Yemək yedir, tanıdığın, tanımadığın hər kəsə salam ver.” 
Mədinədəki ilk nitqində isə bunları söyləyirdi: "Bir şəxs cəhənnəm atəşindən qorunmaq üçün yarım xurmanı belə verməyə gücü çatsa, onu versin. Bunu tapmayan xeyirli bir söz desin. Çünkü hər yaxşılığa on misli qarşılıq verilir.” İkinci xütbəsində isə belə buyururdu: "Allaha ibadət edin. Ona heç nəyi şərik qoşmayın. Ondan lazım olduğu kimi qorxub çəkinin. Allaha qarşı doğru və əməli söz söyləyin. Bir-birinizi Allahın ruhuyla sevin. Allah, əhdlərini tapdalayanlara qəzəblənər." Əshabına buna bənzəyən ifadələr deyir, xalqa məsciddə belə xitab edirdi. 
Hz. Muhamməd (s.a.s) həyat qarşısında ən güclü olmağın ən ideal nümunəsidir. O dərəcədə güclü idi ki, sahib olduğu hər şeyi bir başqasına verməkdən çəkinməzdi. Hətta biri onun haqqında belə demişdir: "Muhamməd (s.a.s) yoxsul olmaqdan qorxmayan bir şəxs kimi malını paylayır.” Həyatda heç bir şeyin onun üzərində hegemonluğu olmasın, hər şey üzərində özü hegemon olsun deyə maddəni əhatə etmək, onun sirrini kəşf etmək və həqiqətini ortaya çıxarmaq arzusuna baxmayaraq, maddə ilə arasında məsafə qoyurdu, zahidcə bir davranış göstərirdi. O, o dərəcədə bir zühdü şüar etmişdi ki, üzərində yatdığı döşək içi liflə doldurulmuş bir parça idi. Heç bir zaman tam olaraq qarnını doyurmamışdı. İki gün ard-arda arpa çörəyi yediyi gizli deyildir. Qavut (undan hazırlanmış yemək) ən əsas yeməyi idi. Digər günlərin yeməyi də Xurma idi. Tirit onun və ailəsinin çox tez-tez yeyə bilmədikləri bir yemək idi. Peyğəmbər dəfələrlə aclıq çəkmişdi. Hətta mədəsinin qurultusunu aradan qaldırmaq üçün qarnının üzərinə daş bağladığı vaxtlar da olurdu. Yemək barəsində bilinən hərəkəti budur. Amma bu onun bəzən gözəl yeməklər yeməsinə mane olmazdı. Qoyun ətinin bud qismini, balqabaq, bal və halvanı sevdiyi də bilinir. Yemək mövzusunda necə bir zühdü əsas alırdısa, geyim barəsində də eyni davranışı sərgiləyirdi. Bir gün bir qadın Həzrəti Peyğəmbərə (s.a.s) ehtiyacı olan bir geyim vermişdi. Bu anda biri bir ölü üçün kəfən olaraq bu geyimi istədi və Peyğəmbər (s.a.s) bu paltarı o saat həmin insana verdi. Bilinən geyimləri bir köynək və bir rida idi. Bunlar da yundan, kətandan ya da pambıqdan idilər. Lakin bəzən yer və zaman vacib etdiyində Yəmən parçasından tikilmə paltarlar geyindiyi vaxt da olardı. Geyindiyi ayaqqabılar son dərəcə sadə idi. Necaşi ona məst hədiyyə edənə qədər ayağına məst geyinməmişdi. 
Onun zühdü, dünya qarşısındakı bu uzaq məsafəli vəziyyəti nemətlərə arxasını dönüb tərki-dünya etmək deyildi. Bunlar dinin məcbur qaydaları da deyildir. Çünki Qurani-Kərimdə belə buyurulmuşdur: "Sizə verdiyimiz gözəl ruzilərdən yeyin.” (Bəqərə2/57). Allahın sənə verdiyi bu sərvət içində axirət yurdunu axtar, dünyadan da nəsibini unutma. Allah sənə necə yaxşılıq etdisə sən də elə yaxşılıq et.” (Əl-Qəsas 28/77). Bir hədisdə Hz. Muhamməd (s.a.s) belə buyurmuşdur: "Əbədiyyən yaşayacaqmış kimi dünyan üçün işlə və sabah öləcəkmiş kimi axirətin üçün işlə.” Lakin Hz. Muhamməd (s.a.s) insanlar üçün həyat qarşısında güclü bir nümunə yaratmaq istəyirdi. Nəfsin yol tapa bilmədiyi, heç bir əşyanın, heç bir malın, heç bir iqtidarın ya da Allahdan başqasına hegemonluq tanınan heç bir şeyin sahibinin hakimiyyəti altına ala bilmədiyi bir güc…
Ali b. Əbu Talib (r.a.) bir gün Rəsulullahdan sünnətini soruşur və Rəsulullah ona bu cavabı verirdi: "Mərifət sərmayəmdir. Ağıl dinimin əslidir. Sevgi mənim təməlimdir. Həsrət (qüssə) miniyimdir. Allahı zikr etmə yoldaşımdır. Etibar xəzinəmdir. Qəm-qüssə dostumdur. Elm silahımdır. Səbr qalxanımdır. Məmnun olmaq qənimətimdir. Yoxsulluq fəxrimdir. Zühd peşəmdir. Qəti inanç gücümdür. Doğruluq şəfaətçimdir. İtaət soyumdur. Cihad əxlaqımdır. Namaz gözümün nurudur.”
Budur fərd və cəmiyyət üçün yeganə nümunəvi şəxsiyyət, budur kamil, örnək insan və peyğəmbər. Budur ideal şəxsiyyətin vardığı zirvə nöqtə. Digərlərilə müqayisə edin. Seçim sizdə. Cənnət də qarşınızdadır, cəhənnəm də. Xoşbəxtlik, səadət də qarşınızdadır, bədbəxtlik də.
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 841 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w