Peyğəmbərlər və İlahi şəxsiyyətlərin duaları - 13 Января 2011 - Блог - Добро пожаловать

Все об исламе

Воскресенье, 26.03.2017, 12:07

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 13 » Peyğəmbərlər və İlahi şəxsiyyətlərin duaları
12:47
Peyğəmbərlər və İlahi şəxsiyyətlərin duaları
Ələddin MƏLİKOV

Həzrəti adəmin tövbə etdiyi dua

Uca Tanrı Qurani kərimdə buyurur:

َتَلَقَّي آدَمُ مِنْ رَبِّهِ کَلِماتٍ فَتابَ عَلَيْهِ

"Adəm Tanrıdan öyrəndiyi kəlmələrlə tövbə etdi”.[1]

İbn Abbas deyir: İslam peyğəmbərindən Adəmin Tanrıdan öyr

əndiyi və onunla tövbə etdiyi kəlmələr barəsində soruşdu, buyurdu: O Tanrıdan istədi:

بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ فاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ اِلّا تُبْتَ عَلَيَّ

Sonra bununla tövbə etdi.[2]

Cəbrayıl(ə)-ın Həzrəti Yəqub (ə) a öyrətdiyi dua

Həzrəti imam Məhəmməd Baqir (ə)- dan rəvayət olubki eləki Həzrəti Yəqub (ə)- ın qəm və qüssəsi artdı, öz əllərini göylərə qaldırıb, dedi:

يا حَسَنَ الصُّحْبَةِ، يا کَرِيمَ (کثيرَ، خ) المَعُونَةِ يا خَيْراً کُلَّهُ اِئْتِني بِرَوْحٍ مِنْکَ وَ فَرَجٍ مِنْ عِنْدِکَ

Sonra Cəbrail (ə) nazil oldu və dedi:”Aya sənə elə bir dua öyrədim ki, Allah-taala onun bərəkətinə, gözlərini və sənin iki oğlunu qaytarsın?” dedi: "bəli!” Cəbrayıl dedi: de:

يا مَنْ لا يَعْلَمُ اَحَدٌ کَيْفَ هُوَ وَ حَيْثُ هُوَ وَ قُدْرَتَهُ اِلّا هُوَ، يا مَنْ سَدَّ الْهَواءَ بِالسَّماءِ وَ کَبَسَ الْاَرْضَ عَلي الْماءِ وَ اخْتارَ لِنَفْسِهِ اَحْسَنَ الاَسُماءِ اِئْتِني بِرَوْحٍ [مِنْکَ] وَ فَرَجٍ مِنْ عِنْدَ کَ

(Həzrəti Yəqub bu duanl oxudu).sonra səhər hələ tam açılmamışdı ki, Yusifin köynəyini gətirib, ona verdilər. Tənrı həm onun gözlərini və həm onun uşaqlarını qaytardı.[3]

Həzrəti Yəqubun uşaqlarının bağışlanması üçün etdiyi dua

Əminul- İslam Təbrəsi «سوف استغفرلكم ربي»[4] ayənin münasibətinə əsasən buyurur: Rəvayət olub ki bu duanı Cəbraıl Həzrəti Yəqub (ə)- a öyrətdi:

يا رَجاءَ الْمُؤْمِنينَ لا تُخَيِّبْ رَجايي وَ يا غَوْثَ الْمُؤْمِنينَ اَغِثْني وَ يا عَوْنَ الْمُؤمِنينَ اَعِنّي وَ يا حَبيبَ التَوّابينَ تُبْ عَلَيَّ وَ اسْتَجِبْ لَهُمْ[5]

Həzrəti Yusif (ə)-ın quyudakı duası

Belə rəvayət olunub ki oHəzrətin quyudqkı duası belədir:

وَ يَعْقُوبَ اِرْحَمْ صِغَرَ سِنِّي وَ ضَعْفَ رُکْبَتِي وَ قِلَّةَ حِيلَتِي يا حَيُّ يا قَيُّومُ يا ذَا الْجَلالِ وَ الْاِکْرامِ[6]

Cəbrayılın Həzrəti Yusif (ə)- a öyrətdiyi dua

Seyf ibn Muğeyrə deyir: eşitdim Həzrəti Sadiq (ə) buyururdu: Cəbrayıl zindandan Yusifin yanına gəldi və buyurdu: Ey Yusif! Hər namazdan sonra de:

اَللّهُمَّ اجْعَلْ لي فَرَجَاً وَ مَخْرَجَاً وَ ارْزُقْني مِنْ حَيْثُ اَحْتَسِبْ وَ مِنْ حَيْثُ لا اَحْتَسِب[7]

Həzrəti Hud (ə)- ın duası

İmam Sadiq (ə)- dan nəql olub ki peyğəmbər (s) məscidə daxil olub gördülər ki bir kişi səcdə halında deyir:

ما عَلَيْکَ يا رَبّ لَوْ اَرْضَيْتَ کُلَّ مَنْ لَه قِبَلي تَبِعَةٌ وَ غَفَرْتَ ما بَيْني وَ بَيْنَکَ وَ اَدْخَلْتَنِي الْجَنَّةَ فَاِنَّ مَغْفِرَتَکَ لِلظّالِمينَ وَ اَنَا مِنَ الظالِمينَ

Peyğəmbər (s) ona buyurdu: "başını qaldır, həqiqətən Allah səni qəbul etdi; sonra buyurdu: bu elə bir duadır ki hər mömin bəndə onu Tanrıya oxusa, Allah onu qəbul edər. Bu qardaşım Hudun duasıdır”.[8]

Həzrəti Yunus (ə)- ın duası (Yunisiyyə zikri)

Quranın nəqlinə əsasən Həzrəti Yunus (ə) balığın qarnında Allahı zikr edirdi. Bu mübarək cümləni təkrar edirdi:

لا اِلهَ اِلا اللهُ الحَليمُ الکَريمُ لااِلهَ اِلا اللهُ العَلِيُّ العَظيمُ سُبْحانَ اللهِ رَبِّ السَماواتِ السَّبْعِ وَ رَبِّ الاَرَضينَ السَّبْعِ وَ ما فيهنَّ وَ ما بَيْنَهُنَّ وَ رَبِّ العَرْشِ العَظيمِ وَ سَلامٌ عَلَي المُرْسَلينَ وَ الْحَمْدُللهِ رَبِّ العالَمينَ

Tanrı bu zikrin ardınca buyurur: "sonra onu qəbul edib, qəm- qüssədən qurtardım”.

Həzrəti Musa (ə)- ın duası

Eləki Firon Musa və Haruna onun yanına gəlməyə icazə verdi, o iki nəfər onun yanına gılib onun yanında dayandılar. O vaxtda Həzrəti Musa bu duanı oxudu:

لا اِلهَ اِلا اللهُ الحَليمُ الکَريمُ لااِلهَ اِلا اللهُ العَلِيُّ العَظيمُ سُبْحانَ اللهِ رَبِّ السَماواتِ السَّبْعِ وَ رَبِّ الاَرَضينَ السَّبْعِ وَ ما فيهنَّ وَ ما بَيْنَهُنَّ وَ رَبِّ العَرْشِ العَظيمِ وَ سَلامٌ عَلَي المُرْسَلينَ وَ الْحَمْدُللهِ رَبِّ العالَمينَ

Eləki Musa bu duanı oxudu, ürəyində olan qorxu getdi. Çünki hər kəs qorxduqda, əgər bu duanı oxusa, uca Tanrı onun qorxusunu yox edər. Onun yerinə rahatlıq verər. Qəmini aparar və ölüm anlarını ona asan edər.[10]

Yuşe ibn Nun (ə)- ın duası

Qotbravəndi nəql edibki Həzrəti Rza (ə) buyurdu: bir vərəq tapıldı və onu peyğəmbərin yanına gətirdilər. Peyğəmbər camaatı məscidə çağırdı və hamı gəldi. Peyğəmbər minbərə çıxdı və onu oxudu,: okitab Yuşe ibn Nun, Musanın vəsisindən idi. Və onda yazılmışdı:

Mehriban bağışlayan Allahın adı ilə

Həqiqətən sizin rəbbiniz mehriban və rəhimdir. Agah olun ki Tanrının ən yaxşı bəndələri təqi, nəqi və həqidir. Ən pis bəndəsi o kəsdir ki camaat barmaqları ilə ona işarə edərlər (məşhurlar). Hər kəski istəyir tamam ölçü ilə onun üçün ölçülsün, və Tanrının ona ikram etdiyi tam şəkildə ona verilsin, hər gün desin:

ُبْحانَ اللهِ کَما يَنْبَغي لِلّهِ، وَالْحَمْدُللهِ کَما يَنْبَغي لِلّهِ وَ لا اِلهَ اِلّا اللهُ کَما يَنْبَغي لِلّهِ وَاللهُ اَکْبََرُ کَما يَنْبَغي لِلّهِ وَ لا حَوْلَ وَ لا قُوَّةَ اِلّا بِاللهِ کَما يَنْبَغي لِلّهِ وَ صَلّيَ اللهُ عَلَي مُحَمَّدٍ النَّبِيِّ وَ اَهْلِ بَيْتِهِ وَ جَميعِ المُرْسَلينَ وَ النَّبيينَ حَتّي يَرْضَي اللهُ

Sonra camaat duaya məşğul oldular Peyğəmbər minbərdən aşağı gəldi və bir az səbr etdi. Sonra minbərə gedib buyurdular: Hər kəs ki istəyir savabı çox olsun və üstün olsun hər gün bu zikri desin. Əgər ehtiyacı varsa, bəravürdə olar ; Əgər düşməni varsa, Tanrı onu yerə vurar; Əgər borcu varsa, əda olar; Əgər qəm-qüssəsi varsa bərtərəf olar. Onun bu kəlamı yeddi göyü keçər ta inki lövhü məhvuzda səbt olar.[11]

Borc ödəmək üçün Həzrəti İsanın duası

Həzrəti İsa ibni Məryəm (ə)- ın yanına bir kişi gələrək, borclu olduğundan şikyət etdi. Həzrət buyurdu: Söylə:

اَللّهُمَّ يا فارِجَ الْهَمِّ وَ مُنَفِّسَ الغَمِّ وَ مُذْهِبَ الْاَحْزانِ وَ مُجيبَ دَعْوَةِ المُضْطَرّينَ يا رَحْمنَ الدُنيا وَ الآخِرة وَ رَحيمَهُما اَنْتَ رَحْماني وَ رَحْمنُ کُلِّ شَئٍ فَارْحَمْني رَحْمَةً تُغْنيني بِها عَنْ رَحْمَةِ مَنْ سِواکَ وَ تَقْضي بِها عَنِّي الدَّيْنَ

Əgər yerin zərfiyyəti qədər qızıl ,borcun olsa, böyük Allah onu əda edər.[12]

Həzrəti Danyal (ə)- ın duası

Rəvayət olub ki ,Danyal(ə) təcavüzkar və zülümkar padşahın zamanında yaşayırdı. Bu padşah onu tutub böyük və dərin bir quyuya saldı. Sonra yırtıcı heyvanları hımin quyuya atdı. Amma yırtıcılar Danyala yaxınlaşmadılar. Sonra Tanrı öz Peyömbərlərindən birinə vəhy göndərdiki Danyal üçün təam apar. Soruşdu ey Pərvərdigar!,Danyal haradadır? Xitab oldu: kənddən xaric ol. Orada göyəçin sənin yanına gələr o heyvanın ardınca get ki, səni Danyala aparacaq.

Oheyvan onu quyunun kənarına gətirdi o Peyğəmbər Danyalı quyuda gördü Təamı onun üçün aşağı göndərdi. Elə ki Danyal gördü qarşısında təam qoyulyb, dedi:

اَلْحَمْدُللهِ الَّذي لا يَنْسَي مَنْ ذَکَرَهْ وَ اَلْحَمْدُللهِ الَّذي لا يَخيبُ مَنْ دَعاهُ وَ الْحَمْدُللهِ الَّذي مَنْ تَوَکّلَ عَلَيْهِ کَفاهُ وَ الْحَمْدُللهِ الَّذي مَنْ وَثَقَ بِهِ لَمْ يَکِلْهُ اِلي غَيْرِهِ وَ الْحَمْدُللهِ الَّذي يُجْزِي بَالْاِحْسانِ اِحسانَاً وَ بِالسَّيِّئآتِ غُفْرانَاً وَ بِالصَّبْرِ نَجاتاً


Həzrəti Xızr (ə)- ın duası

Məhəmməd Hənəfiyyə deyir: Həzrəti əmirıəl möminin (ə) Allahın evinin təvafı əsnasında bir kişini gördülər ki kəbənin pərdəsinə yapışıb və deyir:

يا مِنْ لا يَشْغَلُهُ سَمْعٌ عَنْ سَمْعٍ يا مَنْ لا يْغَلِّطُهُ السّائِلُونَ يا مَنْ لا يُبْرِمُهُ اِلْحاحُ الُمُلِحّينَ اَذِقْني بَرْدَ عَفْوِکَ وَ حَلاوَةَ مَغْفِرَتِکَ

Həzrəti Əmirəl möminin(ə) ona buyudu: bu sənin duandır? O dedi: siz eşitdiniz? Buyurdu: bəli!

O dedi:”bu duanı hər namazdan sonra oxu, Allaha and olsun ! hər bir mömin biunu namazdan sonra oxusa Allah onun günahlarını bağışlayar... .

Əmirəl möminin (ə) buyurdu: ”həqiqətən bu məsələnin elmi mənim yanımdadır və Tanrı əli açıq və kərimdir”. O kişi ki Həzrəti Xızr (ə) idi, dedi: "Ey Əmirəl möminin! And olsun Allaha! Həqiqəti söylədim və hər elm sahibindən yuxarı bilən var”.[14]

Həzrəti Loğman həkimin duası

اَللّهُمَّ ارْحَمِ الفُقَراءَ لِقِلَّةِ صَبْرِهِمْ وَ ارْحَمِ الْاَغْنياءَ لِقِلَّةِ شْکُرِهِمْ وَ ارْحَمِ الْجَميعَ لِطُولِ غَفْلَتِهِم[15]

[3] - Qotboddin ravəndi, Dəəvat, səh 52 və 53

[4]- Yusif, 98

[5] - Məcməul- bəyan, cild 3, səh 263

[6] - Səfinətul- bihar, cild 1, dua babı, səh 458

[7] - Kafi, Koleyni, cild 2, səh 549

[8] - Kəfəminin Misbahı, səh 298

[9] - Ənbiya, 87

[10] - Bəharul- Ənvar, cild 13, səh 144

[11] - Təqdirə layiqdirki biz "Paklar sülaləsi” kitabında mərhum Ayətullah seyyid Əliəkbər Ayətullahi Cəhrominin şərhi halını 74-cü səhifədə yazmışıq: "O çox vaxtlarda namazın qunutunda bu şərafətli zikri oxuyrdular. (həmin zikrki burada gətirdik və Həzrəti Yuşeyə mənsub idi) Təəssüflər olsun ki uşaqlıq vaxtı idi və zehnimə gəlmirdi ondan soruşum ki, bu şərafətli zikr onun öz inşasıdır yoxsa məsur zikirlərdəndir”.

Amma o kitabın çapından bir müddət sonra Ravəndinin ,Dəəvat kitabının mütaliəsi əsnasında bu şərafətli duanı gördüm. Mərhum Ravəndi onu kitabın 47 və 48- ci səhifələrində nəql edibdir.

[12] - Əlmüctəna minəd- duael müctəba, seyyid ibn Tavus, səh 39

[13] - İddətud- dai, ibn fəhd hilli, səh 83

[14] - Şeyx Mofidin əmalisi, səh 92

[15] - Hədiyyətul Əqran, səh 127 Məcmueyi Vərramdan nəql, səh 501
Категория: Дуа | Просмотров: 523 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 104

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w