Все об исламе

Пятница, 19.04.2024, 06:40

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 13 » PEYĞƏMBƏRLƏRİN NAMAZI
13:32
PEYĞƏMBƏRLƏRİN NAMAZI
Dinin sütunu, ruhun qidası, əməllərin ən üstünü!


QEYD: Bu yazını yazan 3_Rengli_HeyaT nikli istifadəçimizin Doğmaca qardaşıdı. Allah razı olsun belə oğullardan və belə oğullar yetişdirən ailələrdən.


Bismillahir-Rahmanir-Rəhim! Əl-həmdu lillahi Rabbil-aləmin! Namaz, insanları dünya və Axirət səadətinə aparan yol və ya onların bu yolda ən gözəl bələdçisidir. Namaz İslamın rükunu, nəfsi tərbiyə edib saflaşdıran, mənəviyyatın qidası və bəndələrin ibadi vəzifəsidir. Belə ki, bəndə namaz qılmaqla, Allahu-Təalaya həmd-səna edir, Onun qüdrət və əzəməti önündə kiçilərək, özünün bəndəlik vəzifəsiniz yerinə yetirir. Beləliklə də, nicat tapıb hidayət və kamala yetir. Hədisdə buyurulduğu kimi, müsəlman ümmətinə vacib buyurulan, (onların) əməllərindən göylərə aparılan birinci növbədə namazdır. Onlardan soruşulan ilk sual da, beş vaxtda qılınan namazlardandır. Əbəs deyil ki, firuid-dinin ilki olan bu əməl, hədislərdə "əməllərin ən fəzilətlisi”, "dinin sütunu”, "möminin meracı” və s. kimi təqdim edilmişdir.

Allahu-Təalanın varlığına, bir olub şərikinin olmamasına, Həzrət Muhəmmədin (sallallahu əleyhi və əlihi və səlləm) haqq olaraq göndərilməsinə (yəni, Allahın elçisi olduğuna) inanıb müsəlman olduqdan sonra, növbəti mərhələ başlayır ki, bu mərhələ Allahın vacib (və müstəhəb) buyurduğu əməllərə müti olub, ibadət etməkdən ibarətdir. Həmin ibadət ki, bizim yaradılış qayəmiz olub, Qurani-Kərimin «Zariyat» surəsində də, bu mətləbə işarə edilmişdir. Allah-Təala buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat surəsi, ayə 56) Deməli, Allahın insanları və cinləri yaratmaqda məqsədi onların bir olan Allaha ibadət etməsidir. Allaha ibadət etməyin nə olduğuna gəldikdə isə, İmam Sadiq əleyhis-salam buyurmuşdur ki; "Allaha ibadət və itaət etmək yer üzündə Ona xidmət etməkdir. Allaha xidmət etməkdə heç bir şey, namazla bərabər sayıla bilməz.” («Namaz hədis güzgüsündə», səh. 6) Bir başqa ayədə Allah-Təala buyurur: «Mən, həqiqətən Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!» (Taha surəsi, ayə 14) Ayəyə diqqət etdikdə görürük ki, Allah "Mənə ibadət et” buyurduqdan sonra, namaz qılmağı əmr etmişdir. Namazın əhəmiyyəti və məqamı bu dərəcədədir ki, hətta, biz, İslam rəhbərlərinin (məsumların) həyatı haqqında qələmə alınmış kitabları mütaliə etdikdə, O həzrətlərin (ə) namaza verdikləri yüksək dəyərin, həmçinin namazın dirçəlməsi (yəni, bərpası) uğrunda apardıqları mübarizələrin şahidi olur, özlərini bu yolda fəda etdiklərini görürük. Həzrət Əlinin (əleyhis-salam) Siffeyn döyüşündə zöhr namazını tərk etməməsi, qatili tərəfindən səcdədə ikən şəhadətə yetməsi, Seyyiduş-Şuhəda İmam Huseynin (əleyhis-salam) Aşura günü Kərbəla çölündə döyüş zamanı (camaatla birgə) zöhr namazını əda etməsi, namazın vacib və əhəmiyyətli olduğunu göstərir. Necə ki, İmam Hüseyn (ə)-ın "Varis” ziyarətini oxuyarkən deyirik: "Əşhədu ənnəkə qəd əqəmtəs-salətə” Yəni, "şahidlik edirəm ki, sən namazı uca tutdun” Əlbəttə ki, namazın üstünlüyünü bəyan edən ayə və hədislər bununla bitmir, irəlidə bu barədə ətraflı danışacağıq.
Namazın vacib və üstünlüyü haqqında bunu da bilmək lazımdır ki, bu əməl, təkcə İslam Peyğəmbəri Həzrət Muhəmmədin (sallallahu əleyhi və əlihi və səlləm) dövründə və təkcə O həzrətin ümmətinə vacib edilməmişdir. Qurani-Kərimə, eləcə də, bəzi hədislərə nəzər saldıqda görürük ki, əvvəlki dinlərdə də, namaz qılmaq xüsusi əhəmiyyət daşımış, diqqət mərkəzində olmuşdur. Deməli, İslamdan öncəki Peyğəmbərlərə və (onların) ardıcıllarına belə, Allah-Təala namaz qılmağı vacib buyurmuşdur. «Ənbiya» surəsinin 73-cü ayəsində peyğəmbərlərin (ə) namazı haqqında belə buyurulur: «Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik.» Ayədən məlum olur ki, Allah-Təala, rəhbər qərar verdiyi seçilmiş kimsələrə, namaz qılmağı vəhy etmişdir . Şəhham adlı ravi İmam Sadiqdən (ə) nəql edir ki, (həzrət) buyurdu: «Namaz Allah yanında əməllərin ən istəkli və sevimlisidir. Bütün peyğəmbərlər (ə) ömürlərinin sonunda namazı düzgün və yaxşı qılmağı öz ümmətlərinə sifariş ediblər.» («Namazın mənəvi həyatı», səh. 68) Həmçinin, O həzrət buyurur: «Allahın yanında ən sevimli əməl namazdır və o, İlahi peyğəmbərlərin (ə) sonuncu vəsiyyətidir.» («Namaz hədis güzgüsündə», səh. 6) Peyğəmbəri-Əkrəm (s) buyurur: «Namaz dinin şəriət qanunlarındandır, Allahın razılığı ondadır və o, peyğəmbərlərin yollarındandır.» («Namaz hədis güzgüsündə», səh. 7) Hətta, ilk insan, "Bəşəriyyətin atası” Həzrət Adəm (ə) da, namaz qılmışdır ki, bu barədə diqqətinizi «Namazın mənəvi həyatı» adlı kitabın 31-ci səhifəsindəki hədisə yönəltmək istəyirəm. Hüseyn ibni Əbil-Əla İmam Sadiqdən (ə) rəvayə t edib ki, O həzrət belə buyurub: «Adəm əleyhis-salam Cənnətdən çıxıb, yer üzünə qədəm qoyan vaxt onun rəngi başdan ayağa kimi, dəyişilərək qara xal rəngində oldu. Bu zaman Adəm əleyhis-salam qəmgin olaraq çox ağladı. Bir müddətdən sonra Cəbrail onun yanına gəlib O həzrətdən soruşdu: Ey Adəm! Nə üçün ağlayırsan? Adəm əleyhis-salam buyurdu: Bədənimin belə bir vəziyyətdə olmasına ağlayıram. Cəbrail dedi: Ey Adəm, indi birinci namazın vaxtıdır. Adəm əleyhis-salam Cəbrailin sözünə əməl etmək məqsədi ilə ayağa qalxıb beş vaxtda vacib olan gündəlik namazlardan birini qıldı. Bu anda o xal rəngində olan qaraltı onun baş hissəsindən boynuna qədər silinib təmizləndi. Sonra Cəbrail başqa vaxt gəlib dedi: Ey Adəm, artıq ikinci namazın vaxtı yetişmişdir, dur o namazı da, yerinə yetir. Yenə də, Adəm əleyhis-salam Onun sözünə əməl edərək ayağa qalxıb ikinci namazı da, yeri nə yetirdi. Bu dəfə isə boynundan çiyninə qədər olan qaraltı silinib təmizləndi. Beləliklə, Cəbrail hər namazın vaxtında gəlib onun qılınmasını Adəmdən (ə) istədi. Adəm əleyhis-salam da, Onun dediyini yerinə yetirərək beş namazın hamısını öz vaxtında qıldı. Elə bununla da, həzrət Adəmin (ə) bədənində olan xal rəngində olan qaraltı tamamilə aradan getdi. Ulu babamız Adəm əleyhis-salam bədəninin əvvəlki halətinə qayıtdığını gördükdə həddən artıq sevindi və bunun müqabilində Allah-Təalaya həmd və səna etdi. Cəbrail, Adəmin (ə) Allaha həmd və səna etdiyini görərkən dedi: Ey Adəm! Sənin övladlarının (səndən sonra xəlq olunan tamam insanların) məsəli sənin məsəlin kimidir. Belə ki, sən bu beş namazı qılmaqla bədənində olan qara rəngi təmizlədiyin kimi, sənin övladlarından da hər kimsə bu namazları vaxtı-vaxtında və bütün şərtlərinə riyaət etməklə yerinə yetirsə, onun da günahları bağışlanaraq təmizlənər.» Deməli, Adəm peyğəmbərin dövründə belə, namaz olmuş və Həzrətin (ə) özü, şəxsən bu işi icra etmişdir. Həmçinin bunu da bildik ki, (Cəbrail mələyin də buyurduğu kimi) Adəm peyğəmbərin övladlarından hər kim namazlarını öz vaxtında və bütün şərtlərinə riyaət etməklə qılsa, günahları bağışlanaraq təmizlənəcəkdir. Adəm peyğəmbərdən sonrakı peyğəmbərlərin də, namaz qılması, Qurani-Kərimdə xüsusi olaraq zikr edilmişdir. «İbrahim» surəsində Həzrət İbrahimin (ə) Rəbbi ilə münacatını oxuyuruq: «Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim.» (İbrahim surəsi, ayə 37) Həmçinin, O həzrət, Allaha dua edərək buyurur: «Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et.» (İbrahim surəsi, ayə 40) Qurani-Kərim, Həzrət İsmail (ə) peyğəmbərin öz ümmətinə namaz qılıb zəkat vermələrini əmr etməsini də, xüsusilə zikr etmişdir. «Məryəm» surəsində oxuyuruq: «(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmailin əməli Allah dərgahında bəyənilmişdi)» (Məryəm surəsi, ayə 54, 55) Həzrət Loğman əleyhis-salam oğluna vəsiyyət edərək buyurur: «Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!» (Loğman surəsi, ayə 17) Həzrət Musa və qardaşı Haruna (əleyhiməs-salam) da, namaz əmr olunmuşdur. Allah-Təala Qurani-Kərimdə buyurur: «Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və möminləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik.» (Yunis surəsi, ayə 87) Bir başqa ayə, «Məryəm» surəsinin 30, 31-ci ayələridir ki, Həzrət İsa (ə)-ın beşikdə ikən dilə gəlib, kitab əhli ilə danışmasından bəhs edir. «(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.» Həmçinin, oğlu Yəhyanın (ə) dünyaya gələcəyi xəbəri də, həzrət Zəkəriyya (ə)-a mehrabda namaz qılarkən (müjdə) verilmişdir. «(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir".» (Ali-İmran surəsi, ayə 39) Həzrət Şueyb (ə)-a qövmü istehza edərək deyirdi: «Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir?» (Hud surəsi, ayə 87) Bəli, görəsən hansı səbəbdən Allahın bəyənib ümmət içindən seçdiyi məsum elçilər belə, namaz qılmaqla vəzifələndirilib, aləmlərin Rəbbinə şükür-həmd etdikləri təqdirdə, min bir günaha mürtəkib olan biz (insanlardan bəzilərimiz) bu məsuliyyətdən boyun qaçırırıq? Halbuki bağışlanmağımızdan ötrü, bizim daha çox ibadət edib, namaz qılmağa ehtiyacımız

Категория: Намаз | Просмотров: 728 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w