Все об исламе

Пятница, 29.03.2024, 16:04

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » RƏCƏB AYI VƏ BİDƏTLƏR
12:39
RƏCƏB AYI VƏ BİDƏTLƏR
Assələmu aleykum və rəhmətullahi və bərəkətuhu!
Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir.
«Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsülman olaraq can verin» (ali İmran, 3:102).
«Ey insanlar! Sizi tək bir nəfisdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadındlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah üzərinizdə nəzarətçidir» (ən-Nisa, 4:1).
«Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, Allah işlərinizi düzəltsin və günahlarınızı bağışlasın. Kim Allaha və Rasuluna itaət edərsə o böyük bir səadətə nail olar» (əl-Əhzab, 70-71).

Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin, sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir. 


Möhtərm müsəlmanlar! Ən brinci təkvalı olmağınıza çağırıram.

Təkvanın mənası Allahdan qorxmaq, Allahın əmrlərini yerinə yetirmək, Alahın qadağan etdiyi məsələlərdən çəkinmək və həmçinin onun peyğəmbərinə Məhəmmədə (s.a.s) tabe olmaqdır. Onun da əmirlərini yerinə yetirmək, çəkindirdikləri məsələlərdən çəkinmək, hamısı təkvanın kamiliyindəndir. Çünkü İslam deyəndə tək Quran yox, həm də Sünnə də nəzərdə tutulmalıdır. Yəni Peyğəmbərin (s.a.s) yolu, onun hədisləri. Yoxsa din kamil olmur. Çünkü Quran dinin Peyğəmbərlə kamilləşdiyini deyir. Allah Sübhənə və Təalənin hikmətləri çoxdur. Allahın hər bir xəlq etdiyi şeydə hikmət var. Bəzilərinin hikmətini bilirik, bəzilərini isə bilmirik. Lakin iman gətiririk ki, bu Allahın hikmətindəndir, çükü Allah heç nəyi hikmətsiz yaratmayıb. Bu ümumən bütün məxluq barədə müsəlmanın mövqeyi olmalıdır. Əgər fikir versək, Allah Sübhənə və Təalə bəzi yerləri bəzi yerlərdən əfzəl edib, bəzi ayları digərlərindən əfzəl edib, həmçinin bəzi günləri də, bəzi gecələri də, hətta bəzi saatları da. Bu da Allahın hikmətidir. Məsələn, Məkkə başqa yerlərdən əfzəldir, həmçinin Ramazan ayı başqa aylardan əfzəldir, həmçinin günlərdə də ərafa günü, cümə günü, həmçinin qədr qecəsi başqa gecələrdən əfzəldir. Hətta saatlarda da. cümə günü elə saat var ki, həmin vaxt dua etsən dua qəbul olar. Baxmayaraq alimlər bu vaxt barəsində ixtilaf etmişlər. Bu da Allah Sübhənə və Təalənin hikmətindəndir. Necə ki, qiyamətin vaxtının bilinməməyi də Allahın hikmətindəndir. Ona görə Allah Təalə heç nəyi boş yerə etməyib. Allah Sübhənə və Təalə ili on iki aya bölüb: 
«Allahın yanında ayların göyləri və yeri yaratdığından bəri Alahın kitibında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi siz də onlarla vuruşun və bilin ki, Allah mütəqilərlədir» (ət-Tövbə, 9:36). 

Allah Sübhənə və Təalə bu ayədə ilin on iki aya bölünməsini xəbər verir və onun dördünü haram adlandırır. Haram, yəni həmin aylarda müharibə etmək olmaz. Bu o məsələlərdəndir ki, cahillik dövründə var idi və şəriət gəlib onu təsdiqlədi. Lakin elə şeylər də var idi ki, İslam gəlib qadağan etdi. Həmin aylarda müsəlmanlar hücum edə bilməzlər. Bildiyiniz kimi, biz də indi Rəcəb ayındayıq. Rəcəb də haram aylardandır. Bu ayda nə etmək lazımdırВ» Brinci ayədə necə buyurulur, həm rəcəbdə, həm zülqadadə, həm zilhəccədə, həm də məhərrəmdə özünə zülm etmək olmaz. Hər cürə zülm haramdır. Həmçinin Allah Sübhənə və Təalə başqa ayədə illəri, günləri yaratmağının hikmətidən bəyan edir. Və buyurur ki: 
«Biz gecə və gündüzü iki əlamət etdik. Gecə əlamətini qaranlıq, gündüz əlamətini isə işıqlıq etdik ki, Rəbbinizdən bir lütüf diləyəsiniz və illərin sayını, vaxtını biləsiniz. Biz hər şeyi müfəssəl izah etdik» (əl-İsra, 17:12). 

Bu ayədə Allah Təalə gecənin, gündüzün hikmətinindən danışır. Deyir ki, o Allahın varlığına, qüdrətinə və s. böyük ayətdir, yəni əlamətdir. Ayların getməyi ağılllılar üçün ibrətdir. Ağıllı adam ayın getməyi ilə fayda götürər. Məsələn: Çox insanlar yatırlar, fikir vermirlər В«Bu ay keçdi, o birisi ay gəldi.»«, lakin insan gərək ibrət götürə, vaxt getdikcə azalır. Gün getdi. Artıq o gün gəlməyəcək. İstəsəndə gətirməyə gətirə bilməyəcəksən. İnsan bilməlidir ki, nə qədər gün gedir, o qədər qəbrə yaxınlaşır. Ağıllı adam fikirləşər və deyər: «Mən gedirəm, mən öləcəm, əməllərim düzdür? Mən tövbə etmişəm? Əməlisalehəm?» Baxım əlimlə, gözümlə, qulağımla, ayağımla, diləmlə nə edirəm və s. Ağıllı adam gərək ibrət götürə və tövbə edə. Lakin o adam ki, qəflət yuxusunda yatıb, o buna fikir verməz. Günah eləyər və davam edər. Bu ayların getməyində də ibrət, həmçinin insanın Allaha yaxınlaşması və şeytandandan uzaqlaşmasıdır. Çünkü Allah Sübhənə və Təalə bizə şeytana tabe olmağı qadağan edib. Məsələn, Allah Sübhənə və Təalə Yasin surəsinin 62-ci ayəsində buyurur: 
«Şeytan nə qədər insanı zəlalətə aparıb. Məgər siz dərk etmirsizmi ona tabe olursuz» 


Möhtərəm müsəlmanlar! 

İnsan əgər bunlara iman etməsə, tabe olmasa, çəkindirdyi əməllərdən çəkinməsə, bəs kimə tabe olacaqВ» Ona görə Allah Sübhənə və Təalə buyurur:
«Bunlar Allahın ayələridir. Biz onları sənə bildirdik. Bəs onlar Allahın kəlamına və ayələrinə inanmadıqda sonra hansı kalamına inanırlar?» (əl-Casiyə, 45:6). 

Əgər insan Allahın kitabına inanmayandan sonra nəyə inanacaq. Ağıllı insan gərək fikirləşməlidir. Həmçinin insan vaxtın dəyişməyi ilə bilər ki, öləcək. Ölümü yaddan çıxarmaq olmaz. Lakin çoxsu ölümü yaddan çıxardıb. Elə bil ölməyəcəklər. Günah edən adam elə bilir ölməyəcək, sorğu-sual olmayacaq. Elə bil ki, bu dünyaya elə-belə gəlib. Lakin o insan xəta edir. İnsan gərək ölümü yaddan çıxartmasın. Möhtərəm müsülmanlar! Bu haram aylarda zülm etməkdən başqa həmçinin bidət də etmək olmaz. Bidət, yəni nə Allahın, nə də Rasulunun (s.a.s) demədiyi əməl. Bu dini məsələlərə aiddir. Məsələn biri gəlib deyir ki, bunu belə edin. Lakin biz deyirik olmaz. Çünkü bu bidətdir, bunu nəAllah, nə də Rəsulu (s.a.s) deyib, nə də icazə verib. Bu ayda Rəcəbdə çoxlu bidətlər eşidirik. Bu haqda nə Allah, nə Rəsulu (s.a.s) deyib, nə də səhabələr nə isə edib. Bilmək lazımdır ki, İslam dini kamil dindir. Allah Sübhənə və Təalə buyurur: «Bu gün sənin dinin kamil oldu» (əl-Maidə, 5:3). Peyğəmbərin (s.a.s) vaxtında artıq din kamil idi. Bidət edən adam bu ayəyə müxalif çıxır. Elə çıxır ki, ayə səhv imiş. Həmçinin bu Peyğəmbəri (s.a.s) ittiham etməkdir. Çünkü Allah peyğəmbərə hər şeyi çatdırmağı buyurub. Onun da vəzifəsi hər şeyi çatdırmaq idi. Bidət edən adam elə göstərir ki, Peyğəmbər (s.a.s) hər şeyi çatdırmayıb. Bidət qorxulu şeydir. İmam Şafi rəhmətullah buyurur ki, «Mən razıyam qiyamət günü Allahın qarşısına günahla çıxam, lakin bidət ilə çıxmayım». Ona görə möhtərəm müsəlmanlar! Rəcəb ayında, nə də qeyri aylarda bidətə yol vermək olmaz. İnsan nə var onunla kifayətlənməlidir. Bidət etməklə insan şəriətdə olan əməlləri də korlayır. Rəvayət olunur ki, Rəcəb ayı gələndə Rasulullah (s.a.s) dua edərdi: «Allahım, bizə Rəcəbdə və Şabanda bərəkət ver və bizi Ramazana çatdır». Bu sabitdir, yəni səhih hədisdir. Amma qaldı ki, Rəcəb ayındakı ibadətlər hansı ki, şəriət bu haqda heç nə deməyib, məsələn görürsən Rəcəb ayında xüsusi namazlar (cümə günləri, rəğaib və s.) xüsusiləşdirirlər. Belə şeylər şəriətdə yoxdur. Bunlar sonradan gələnlərdir. Və ya Rəcəb ayında xüsusi günləri oruc tutmaq. Belə şey yoxdur. Yəni səhih dəlil (hədis) yoxdur. Həmçinin deyirlər ki, bu ayda isra, merac olub. Hələ gün də təyin ediblər. Çox maraqlıdır gün qalsın, hətda ay qalsın bir qırağa hələ isranın ili dəqiq təyin olunmayıb. Tutaq ki, o da bilindi, ancaq bilməklə şəriət o günə nə isə qeyd etməyə xüsusiləşdirəməyib. Buna dəlil yoxdur. Ona görə şəriətlə getmək lazımdır. Müsəlman əgər baxsa kifayət qədər ibadət var. Məsələn, təhəccüd namazı var, vitir var, hər ayın 1-ci 4-cü günləri oruc var, hər müsəlman ayının 13, 14, 15-i oruc var, duha namazı var, işraq var, sünnətlər var və s. İnsan bunları etsə bu onun üçün kifayətdir. İnşallahВ» Ən mühümü müsəlman olmaqdır. Müsəlman odur ki, tam təslim olan. Artıq şeyləri götürməyə. Allah Təalə buyurur necə olmaq lazımdır: 
«De ki: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!» (əl-Ənam, 6:162).

Allah Sübhənə və Təalə bizi belə müsəlmanlardan etsin. Amin! Və Rəcəb ayında artıq şeylər etməməyi çalışmaq lazımdır. Peyğəmbər (s.a.s) bu ayda nə oruc xüsusiləşdirib, nə də başqa ibadət. O (s.a.s) buyurur ki, ən çox Ramazan ayından sonra Şaban ayında oruc tutardı. Əgər müsəlmanlar artıq şeyləri qoysa qırağa, onda müsəlmanlar qüvvətlənəcəq, birləşəcəklər və Allah Sübhənə və Təalə onlara kömək edəcək. İnşallah. Həmçinin möhtərəm müsəlmanlar dünyada olan müəyyən məsələlərə toxunaq. Məsələn 11 sentyabr. Düzdür adam istəməz ki, belə hadisələr olsun. Lakin bunun şərhi düzgün getmir. Guya ki, bunu edən müsəlmanlardır, İslam belədir, Quran belə deyir və s. Düzdür hələ sübut olmayıb onu kim edib. Çünkü inanmaq olmur ki, kimsə oturub dağda və orardan bina dağıtsın. İkinci də tutaq ki, hansısa müsəlman edib. Lazım deyil onu bütün müsəlmanlara yozmaq və demək ki, İslam dini budur. Bu düzgün deyil, İslam dini rəhmət dinidir. Bu xətadır. İslam terrorun əleyhinədir. Düzdür nəsə olub. Amma təkcə orada olmayıb. Ermənilər 20 min azərbaycanlını qırıb. Onu heç elə qeyd etmədilər. Və ya başqa yerlərdə, Bosna-Hersaqda və s.-də o qədər müsəlmanlar öldülər. Onu qeyd edən yoxdur. Bu cür münasibət də düzgün deyil. İnsanlar hamsı birdir. Əgər olunursa gərək hamı üçün eyni olsun.

Allah Sübhənə və Təalə bizi eşidib faydallananlardan etsin. Amin!
Allah Sübhənə və Təalə müsəlmanlara komək olsun. Amin!
Allah Sübhənə və Təalə ölkəmizi və müsəlman ölkələrini xətadan və bəladan qorusun. Amin!
Категория: Мусульманские праздники и памятные даты | Просмотров: 684 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w