TÜĞYAN OLAN YERDƏ TUFAN OLAR! - 18 Февраля 2011 - Блог - Добро пожаловать

Все об исламе

Воскресенье, 04.12.2016, 11:12

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » TÜĞYAN OLAN YERDƏ TUFAN OLAR!
13:08
TÜĞYAN OLAN YERDƏ TUFAN OLAR!
Bir yerdə ki, Allaha üsyan və tüğyan baş qaldırarsa orada tufan qaçınılmazdır. Hələ o yer Allahı tanıyaraq inkar edənlərin məkanıdırsa... Allahla əlaqə qurduqdan və bu əlaqənin çörəyini yedikdən sonra Ona xəyanət edib arxa çevrilən bir yerdirsə…

Hər yerin tüğyanı fərqli ola biləcəyi kimi, tufanı da fərqli ola bilər. Siyasi tüğyanın tufanı da siyasi olacaq. İctimai tüğyanın tufanı da ictimai olacaq. İqtisadi tüğyanın tufanı da iqtisadi olacaq. Əxlaqi tüğyanın tufanı da əxlaqi olacaq. 

Əlbəttə tufanın ola biləcəyi hər yerin Nuhu, Nuhları da olmalıdır. 
Bir yer ki tüğyanı var Nuhu yoxsa, gün gələr orada tufan qopar, lakin bu dəfə də gəmisi olmaz. 
O Nuhların vəzifəsi tüğyana qarşı müqavimət göstərmək, tüğyan sahiblərini tufanla qorxudub xəbərdar etmək olmalıdır. Onlara insanlığın ali şəxsiyyətləri olan peyğəmbərlərin mesajlarını daşımalıdırlar. 

Zamanının tüğyanına qarşı Həzrəti Nuhun missiyasını boynuna götürənlər yanğın qülləsində növbə çəkən növbətçi kimi hər zaman oyanıq olmalıdırlar. 
Bəzilərinin yuxusunu qaçırmalı olsalar belə, gördükləri hər yanğını xəbər verməlidirlər. Lazım olduğu yerdə "Yanğın var!" deyə qışqırmağı bacarmalıdırlar. 

Yanğının yatağına qədər irəlilədiyi bir sıra insanlar var. Onlara həyatlarını qurtarmaq üçün yanğını xəbər verənlərə təşəkkür edəcəkləri yerdə onların yanğını xəbər verən qışqırıqlarını boğmağa çalışan, hətta onların növbə çəkdikləri qüllələri ağılsızca yandırıb yaxan… 
Atəşin və şeytanın dostları olan bu islah olmaz tipləri zamanın Nuhları çox yaxşı tanıyarlar. Əgər onlar vəzifələrini min il davam edəcəyi iddiasında olsalar tüğyan döyüşlərinə qarşı, - əlli əskik, - min il də sürsə müqavimət göstərər və israrla xəbərdar etsələr [Quranda Həzrəti Nuhun dəvətinin "əlli il əskiyi ilə 1000 il" olduğunun deyilməsinin hikməti də budur], o zaman Nuhun bu duasını etməyə də haqq qazanarlar: 

"Rəbbim! Bu torpaqlarda Sənə qarşı inadla müqavimət göstərən tək bir kafir buraxma… Əgər Sən onları buraxsan, bu bir həqiqətdir ki, onlar Sənin qullarını azdıracaqlar və onlardan günaha batıb getmiş inkarçılardan başqası doğulmayacaq!" 

Tüğyanın artması tufanın yaxınlığının işarəsidir. Çağının Nuhu olmaq istəyənlərin əsla tərk etməməkləri lazım olan bir vəzifələri vardır: 
Qurunun ortasında gəmi düzəltməyə davam etmək… 

Əlbəttə güləcəklər, lağ edəcəklər… Sizi soysuz kimi görəcəklər. İmkansız bir iş gördüyünüzü söyləyəcəklər. Mismarı çıxmış dünyanın mismarını çaxa bilməyəcəyinizi xatırladacaqlar. "Dünyanın yeganə doğru sözlüsü sənsənmi?" deyəcəklər… 
Nuha da lağ etmişdilər: 
"Nuh gəmini düzəltməyə başladı; lakin qövmünün irəli gələnləri ona söz atmadan onun yanından keçməzdilər; o da onlara "Siz bizimlə lağ edirsinizsə, unutmayın ki, sizin lağ etdiyiniz kimi, biz də sizin [bu halınıza] güləcəyik." deyərdi." [Hud, 38] 

Hər mömin bu tüğyan selinin ortasında qınanmağa və lağ edilməyə fikir vermədən gəmisini düzəltməyə davam edən bir Nuh kimi olmalı deyilmi?

Pulunu banka qoyub faiz pisliyinə bulaşmadığı üçün avam gözüylə baxılan imkanlı möminlər… Ömüründə harama əl uzatmadıqları üçün anlaşılmayanlar… Bal tutduğu halda Allah qorxusuyla barmağını belə yalamayanlar… Kitabına uydurub qazanacaqları halda haram qəpiyə əl uzatmayanlar… Hər kəs dünyanın, arzu, həvəs və kefinin arxasına düşmüşkən elmin və məlumatın arxasında ömrünü sərf edənlər… Hər kəs ‘qəzəl oxuyarkən' kitab qarın doydurar deyən əbləhlərə fikir verməyib kitab oxuyanlar… Sözüm budur ki, dövlətdən dəstək alaraq günah qaleriyasına müştəri olacağı yerdə dövlətin əngəl olduğu savabları tərk etməyənlər… 

Bütün bunlar, lağ edənlərin lağ etmələrinə fikir vermədən quruda gəmi düzəltməyə davam edən Nuhun iman nəslindən deyillərmi? 
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 300 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 104

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w