Все об исламе

Вторник, 16.04.2024, 18:56

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » YUSİF SURƏSİNDƏN İBRƏTLƏR-2
13:11
YUSİF SURƏSİNDƏN İBRƏTLƏR-2
Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Salavat və salam aləmlərə rəhmət olaraq göndərilmiş peyğəmbərimiz Məhəmmədə, ailəsinə və onun bütün əshabələrinə olsun.

Yusif surəsinin əvvəlindəki Quranın şənini yüksəldən ayə barəsində söhbət açdıq. Həmin surədə Allah buyurur: "(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.” (Yusif, 3)

Həmçinin imam İbn Kəsirin Qurani Kərim haqqında dediyi dəyərli sözləri qeyd etdik.

Yusifin əleyhissalamın hekayəsi ilə bizə çatdırılan bir qadağanı xatırlamağımıza söz verdik. Bu, müsəlman əxlaqına zidd olan həsəddir. Məhz həsəd insanın nemətlərdən məhrum olmasına gətirib çıxarır. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurur: "Həqiqətən, od ağacı yandırıb məhv etdiyi kimi həsəd də yaxşı əməlləri yandırar.”

Allah təala Yusifin qardaşları ilə bağlı olan bu hekayəsində belə deyir: "Bir zaman Yusif atasına demişdir: "Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər". (Atası Yə’qub) dedi: "Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. (Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yaqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” (Yusif, 3–5)

İmam ibn Kəsir bu ayənin təfsirində belə deyir: "Allah təala deyir ki, Ya Məhəmməd! Bir zaman Yusifin öz atasına, yəni Yaquba dediyi həmin hekayəni sən də öz qövmünə danış.” İbn Ömər, Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət edir: Şərəfli Yusif şərəfli Yaqubun şərəfli İshaq isə şərəfli İbrahimin oğludur.” (əl-Musnəd, 2/96)

Buxari, Əbu Hüreyrəyənin delə dediyini rəvayət edir: Allah Elçisindən (ona Allahın salavatı və salamı olsun) soruşdular: Hansı insan daha şərəflidir? O isə: "Allah qatında insanların ən şərəflisi daha çox təqvalı (Allah qorxusu) olanıdır.” – dedi. Onlar isə belə dedilər: Biz səndən bu haqda soruşmuruq. Bunun qarşılığında O dedi: "İnsanların ən şərəflisi Allahın dostunun oğlu, Allahın elçisinin oğlu, Allahın elçisinin oğlu, Allahın elçisi Yusifdir. Onlar: Biz səndən heç bunu da soruşmuruq – dedilər. Peyğəmbər: Siz ərəblərin qədim adət ənənələrini deyirsiniz? Onlar: bəli – dedilər. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə bundan sonra dedi: Sizin cahillikdə xeyirli olan kimsəniz İslamda da dərindən biliyə malik olanınızdır.” (əl-Buxari, "Kitab ət-Təfsir” 4689)

Dini dərindən bilmək insana İslamdan sonra bəxş olunan ən böyük nemətlərdəndir. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: "Allah xeyir dilədiyi kəsi dində (İslamda) fəqih (dini dərindən bilən) edər.”

Yusifin əlehissalamın qardaşları ilə olan hekayəsinə qayıdaq.

İbn Kəsir ibn Abbasdan Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir:"Peyğəmbərlərin yuxusu həqiqətdir.”

Daha sonra isə İbn Kəsir sözlərinə belə davam edir: "Təfsirçilər bu yuxunun ifadə etdiyi mənalar barədə çox danışmışlar. İbn Abbas, əd–Dahhək, Qatədə, Süfyan əs-Sovri və Abdurrəhman ibn Zeyd ibn Əsləm rəvayət etmişdir ki, on bir ulduz onun qardaşlarıdır. Çünki onlar da on bir nəfər idi. Günəş və ayla isə Yusif əleyhissalamın ata və anası nəzərdə tutulur.”

Bu (on bir ulduzun və günəş və ayın Yusifə əleyhissalama səcdə etməsi) hadisəsi qırx, bəzilərinin dediyinə görə isə səksən ildən sonra öz izahını tapmışdır. Belə ki, Yusif ata–anasını öz taxtına qaldırmış, qardaşları isə Yusifin qarşısında dayanmışdı: "Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.” (Yusif, 100)

Bu səcdənin hansı keyfiyyətdə olmasından asılı olmayaraq, onun şəriətin tələb etdiyi səcdə kimi olmadığı daha düzgün rəydir. Çünki salamlaşmaq kiməsə baş əymək və səcdə etməkdən deyil, salam verib bir-birinin əlini sıxmaqdan ibarətdir.

Yaqub əleyhissalam Yusifdən bu yuxunu eşidərkən, onu qardaşlarına danışdığı halda onlarda həsəd yaranacağından ehtiyat edərək bu yuxunu onlara danışmasına icazə vermədi. Allah təala Yaqubun dedikləri haqqında belə deyir: "(Atası Yaqub) dedi: "Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.” (Yusif, 5)

Həmin yuxunun yozumu qardaşlarının Yusifi aldatması, daha sonra isə onların Yusifə hörmət və ehtiram əlaməti olaraq səcdəyə qapılıb təzim etmələri idi. Yaqub əleyhissalam Yusif əleyhissalamın bu yuxunu qardaşlarına danışarsa, onların Yusifə həsəd aparacaqlarından və ona zülm edərək Yusifə qarşı həsədə düçar olacaqlarından ehtiyat edirdi. Buna görə də Yusifə belə dedi: "Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar.” (Yusif, 5) Yəni onlar hiylə qurub səni həlak edərlər.

Sonra Yaqub əleyhissalam oğluna şeytanın insana açıq–aydın düşmən olduğunu, yəni əsas düşmənçiliyini Adəm övladları ilə apardığını bildirir. Uca Allah buyurur: (İblis) dedi: "Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükr edən görməyəcəksən! (əl-Əraf, 16, 17)

Başqa bir ayədə buyurulur: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam.Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Sad, 82,83)

Şeytan Yusifin qardaşlarının özlərinə hiylə qurub onları Yusifə qarşı çıxartdı.

Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) yuxu barəsində belə demişdir: "Biriniz xoşa gələn bir yuxu görsəniz onu danışın. Əgər xoşa gəlməyən bir yuxu görərsinizsə, başqa bir tərəfinə çevrilib üç dəfə sol çiyin üstə dil ucu tüpürün. Onun şərindən Allaha sığının və bu yuxu barədə heç kəsə danışmayın.” (əl-Musnəd)

Deməli, xoşa gəlməz bir yuxu görən insan, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) göstərişinə və tövsiyəsinə əsasən həmin yuxunu heç kəsə danışmamalıdır. Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) istiqamətləndirdiyi kimi hərəkət edən insana belə bir yuxu zərər verməz.

Allah təala buyurur: "Qardaşları onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): "Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!" - deyə vəhy etdik.” (Yusif, 15)

Əl–Hafiz ibn Kəsir həmin ayənin təfsirində deyir: "Qardaşlar öz atalarına bu barədə müraciət etdikdən sonra Yusifi özləri ilə apardılar və sözü bir yerə qoyub onu dərin bir quyuya atdılar. Onlar Yusifi dərin bir quyuya atmaqla onu yüksəltdilər. Yusifi atasının yanından götürərkən ona yaxşılıq etdiklərini, könlünün açılmasını və sevindirmək istədiklərini bildirərək dedilər: Sabah onu bizimlə göndər, qoy könlü açılsın, oynayıb əylənsin. Deyilənə görə, Yaqub əleyhissalam Yusifi əleyhissalamı onlarla birlikdə göndərərkən onu bağrına basmış, öpərək dua etmişdir.

Daha sonra isə Əs–Sədanın belə dediyi rəvayət edilir: Burada Yusifin qardaşlarının ona yaxşılıq etməsindən söhbət gedə bilməz, əslində onlar Yusifə əziyyət vermək, onu atasının gözündən uzaqlaşdırmaq və ondan ayrı salmaq istəyirdilər. İlk əvvəl ona sözlə əziyyət verərək təhqir etmiş, daha sonra isə vurmuşdular. Bundan sonra onu qərara aldıqları quyunun yanına gətirib iplə bağlayaraq oraya atmışdılar. Yusif hansından kömək istədisə, onu vurub təhqir etmişdilər. Quyunun kənarlarından tutduqda isə, onu əllərindən vurmuşdular. Onun kəndirini tam yarıdan kəsdikdən sonra o, suya düşmüşdü. Bir müddət çapaladıqdan sonra quyunun ortasındakı qaya parçasının üzərinə qalxmışdı”. 

Allah buyurur: "Biz (Yusifə): "Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!" - deyə vəhy etdik.” (Yusif, 15) Uca Allah öz lütfünü, mərhəmətini, qayıdış verəcəyini, çətinlikdə asanlıq bəxş edəcəyini bildirərək, Yusifin belə bir çətin anında onu sakitləşdirirdi. Həmin vəhyin mənası belə idi: Düşdüyün vəziyyətə görə heç də üzülmə. Bundan sonra sənə gözəl bir çıxış yolu nəsib olacaq, Allah sənə onların üzərində müvəffəqiyyət qazandıracaq, səni ucaldacaq, məqamını yüksəldəcək və sən onların sənə etdikləri bu əməl barəsində onlara xəbər verəcəksən. 

Qatədə isə belə buyurur: "Onlar Allahın sənə vəhy etdiyi barədə heç nə bilmirlər.”

İbn Abbas deyir: "Onların sənin barəndə etdiklərini onlara xəbər verəcəksən. Səni yaxşı tanımır və sənin kim olduğunun (peyğəmbərliyinin) fərqinə varmırdılar.”

Həsəd çətin müalicə olunan xəstəlikdir. O istər din, istərsə də dünya nemətlərinin həsəd aparan şəxsdən çəkilməsinə səbəb olur.

Allah belə buyurur: "Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?” (ən-Nisə, 54) Beləliklə də Yusifin qardaşları Allahın ona Öz peyğəmbərlik payından bəxş etdiyi nemətlərə görə ona həsəd aparırdılar. Allah Yaqubun oğlu Yusifə dediklərini bizlərə xəbər verərək buyurur:"(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yaqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” (Yusif, 6)

Yəni Allah səni seçdiyi kimi ulduzları, günəşi və ayı sənə səcdə etməyə rəva bilmişdir. "Rəbbin səni (başqalarından) seçib üstün tutacaq...” Belə ki, Allah səni seçəcək və səni Öz peyğəmbərləri cərgəsinə qoşacaq.

"Sənə yuxu yozmağı öyrədəcək...” Mücahid və digərləri bunun elə yuxu yozumu olduğunu da deyirlər."Sənə öz nemətlərini tamamlayıb verəcək...” Belə ki, səni peyğəmbər göndərmək və sənə vəhy nazil etməklə. Daha sonra isə: "Bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi...” Bunlar Xəlil və İshaqdır. "Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” Allah peyğəmbərliyi kimə və hara göndərəcəyini yaxşı bilir: "Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir.” (Əl-Ənam, 124) Müsəlman olan bir kəs öz müsəlman qardaşından Allahın Öz qullarından birinə nemət olaraq bəxş etdiyi din, istərsə də mal–dövlət və sağlamlıq nemətinin çəkilib getməsini arzulayırsa, bu, Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) öz ümmətini çəkindirmiş olduğu və onların bununla öz dinlərinə zərər vuracaqlarını bildirdiyi həsəddən sayılar. 

Əbu Davudun əbu Hüreyrədən rəvayət etdiyi hədisdə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurur: "Sizlərin həsəd aparmağınızdan ehtiyat edirəm. "Həqiqətən, od odunu yandırıb məhv etdiyi kimi həsəd də yaxşı əməlləri yandırıb məhv edər.” Rəvayətçi odun və yaş ağac sözləri arasında tərəddüd edir.

Möhtərəm oxucu! Gözəl, səbirli, təqvalı, mərd, rəhimli, ağıllı, müdrik və sairə xüsusiyyətləri ilə yadda qalan Yusif əleyhissalamın bu hekayətini oxuduqdan sonra biz, Yaqub əleyhissalamın timsalında valideynlərimizə olan hörmətimizi, balaca Yusifə zülm səhnəsi ilə uşaqlara qayğı və sevgimizi daha da artırmalıyıq. Biz Yusifin hekayəsindən bağışlamağı, çətinliklərə səbir etməyi, həsədin qardaşı belə düşmən kimi qələmə verən bir günah olduğunu, peyğəmbərin belə zinaya dəvət edildiyini lakin imanları sayəsində bu günahdan uzaqlaşdıqlarını və digər nəsihətləri öyrəndikdən sonra onlara riayət etməliyik. Allah bizə kömək olsun. 
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 808 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w