Zühur Əlamətləri - 19 Января 2011 - Блог - Добро пожаловать

Все об исламе

Воскресенье, 04.12.2016, 11:11

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 19 » Zühur Əlamətləri
12:51
Zühur Əlamətləri
http://s61.radikal.ru/i173/1006/05/e63be334c5d2.jpg


 

 

 

 

 

 






İmam Mehdi(ə.f)-nin Zühur Əlamətlərin Bilmək

   İstəyirsinizsə Allahın İznilə Davamına Keçin 



Zühur Əlamətləri

 

Abdullah İbn Abbasdan nəql olunub vida həccindən sonra İslam peyğəmbəri(s.ə.a.s) Kəbə evinin qapısının haqlqasından tutaraq buyurdu: Axır zamanda baş verən hadisələrdən xəbər verməyimi istəyirsinizmi? Dedik: Bəli. Ya Rəsulallah.

  Buyurdu: O zamanın əlamətləri belədir. İnsanlar namazı yüngül sayarlar, nəfslərinin tabeçiliyində olarlar. Batil qərarlara daha meyilli olarlar. Pullulara çox hörmət olunar. İnsanlar dini dünya malına satarlar. Belə zamanda mömin insanlar daha çox əzabda olarlar!!

  Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq? Buyurdu: Bəli. O zaman münkər məruf qəlibində(pis və yaramaz əməllər gözəllik paltarında), məruf münkər qəlibində görünər. Yalançı təsdiqlənər, düz danışan təhqir olunar!!

  Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq?

  Buyurdu: Bəli. O zaman yalançılıq mütləq bacarıq kimi, din yolunda zəkat vermək xəsarət kimi alınar. İnsanlar ata və analarına cəfa edərlər!!

    Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq?

    Buyurdu: Bəli. O zaman kiçiyə rəhm olunmaz, böyüyə də hörmət edilməz. İnsanlar üzdən insan kimidirlər, lakin ürəkləri şeytan yuvasıdır. Kişilər bəzənib qadın paltarı geyər və qadınlar əksinə. Kişilər kişilərə daha meyilli olarlar, habelə qadınlar...!!

 

   Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq?

   Buyurdu: Bəli. O zaman məscidlər bəzədilər, Quranları zinətləndirərlər, minarələri daha da uca düzəldərlər. Lakin namaz qılmaqdan və Quran oxumaqdan xəbər olmaz. İnsanların ürəkləri bir-birinə kinli olar.

    Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq?

    Buyurdu: Bəli. O zaman sələm daha da aşkarlanar. Sələm puluna din donu geydirilər. Habelə rüşvət ümumi şəkildə hörmət kimi alınar. İnsanların dünyası ucaldıqca dinləri alçalar!!

Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq?

   Buyurdu: Bəli. O zaman dövlətlilər gəzmək üçün, imkanlılar ticarət üçün, yoxsullar riyakarlıq üçün həcc ziyarətinə gedərlər. Quranı gözəl səslə yalnız pul qazanmaq üçün oxuyarlar!!

Salman soruşdu: Ey Allahın peyğəmbəri, bu işlər olacaq?

    Buyurdu: Bəli. O zaman zinakarlıq, habelə zinadan əmələ gələn daha da çoxalar. Maddi və dünyəvi işlər axirət işlərindən daha üstün tutular. Dindən quru addan savayı əsər-əlamət qalmaz və... ¹

 

¹ ” Mehdi əleyhissəlam Allah Təalanın cəmalının cilvəsi ”. Müəllif: Həzrət Ayətullah Seyyid Məhəmməd Sadiq Şirazi.

Категория: Дуа | Просмотров: 375 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 104

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w