Все об исламе

Суббота, 20.04.2024, 02:58

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Həzrəti Adəmin qissəsi Qurani-Kərimdə əsasən 7 surədə və 25 ayədə [Əl-Bəqərə, Əraf, İsra, Kəhf, Taha, Hicr, Sad] zikr olunur. Bir çox yerdə isə Adəmoğulları deyə insanlığın hamısına müraciət edilir. 

İslam müfəssirlərinin əksəriyyətinin qənaətinə görə Həzrəti Adəm ilk insan olduğu kimi, həm də ilk peyğəmbərdir. Həzrəti Adəmin eləcə də insanlığın atası olmasını bütün səmavi dinlər təsdiqləyirlər. Yəni bu barədə qaynaqlarda heç bir ixtilafa rast gəlinmir. Doğrudur bəzi xristian qaynaqları Adəmin günahına görə bütün insanlığı məsul görür və Həzrəti İsanın çarmıxa çəkilməsini onun insanlığı bu günahdan xilas etmək üçün etdiyi qənaətindədirlər. Lakin Qurani-Kərim bu fikri tə ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 754 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti İdrisin adı Qurani-Kərimdə yalnız iki surədə keçir. Ənbiya və Məryəm surələrində.

"İsmayılı, İdrisi və Zülkifi də xatırla. Onların hər üçü səbrli idilər.” [Ənbiya 85]

"Bu kitabda İdrisi də xatırla! Əlbəttə o da doğruluq və dürüstlük abidəsi bir peyğəmbərdir. Və Biz ona da uca bir mövqə bəxş etmişdik.” [Məryəm 56, 57]

İdris peyğəmbərin nə zaman və harada yaşadığı məlum deyil. İbn Məsud, İbn Abbas, Mücahid və Dahhaq İdrisin Saffat surəsi 123-də adı zikir olunan İlyas peyğəmbərin başqa bir adı olduğu fikrini irəli sürmüşdülər. Müfəssirlərin çoxu isə bu fikri dəstəkləmirlər və Məryəm surəsi 58-ci ayədə "Adəmin nəslindən” deyilməsi, Həzrə ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 880 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Bir yerdə ki, Allaha üsyan və tüğyan baş qaldırarsa orada tufan qaçınılmazdır. Hələ o yer Allahı tanıyaraq inkar edənlərin məkanıdırsa... Allahla əlaqə qurduqdan və bu əlaqənin çörəyini yedikdən sonra Ona xəyanət edib arxa çevrilən bir yerdirsə…

Hər yerin tüğyanı fərqli ola biləcəyi kimi, tufanı da fərqli ola bilər. Siyasi tüğyanın tufanı da siyasi olacaq. İctimai tüğyanın tufanı da ictimai olacaq. İqtisadi tüğyanın tufanı da iqtisadi olacaq. Əxlaqi tüğyanın tufanı da əxlaqi olacaq. 

Əlbəttə tufanın ola biləcəyi hər yerin Nuhu, Nuhları da olmalıdır. 
Bir yer ki tüğyanı var Nuhu yoxsa, gün gələr orada tufan qopar, lakin bu dəfə də gəmisi olmaz. 
O ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 746 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti Nuh, Qurani Kərimdə və Həzrəti Məhəmmədin hədislərində digər peyğəmbərlərlə müqayisədə daha çox məlumat verilən və "ülül-azm" olaraq adlandırılan 5 böyük peyğəmbərdən biridir. Qurani Kərimdə, 28 surədə haqqında məlumat verilmiş və 43 yerdə adı zikr edilmişdir.

Qurani Kərimin tərtib ardıcıllığında ilk dəfə "Ali İmran" surəsinin 33 ayəsində Həzrəti Nuhun adı çəkilir: "Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini öz dövrünün insanları içindən seçərək üstün qıldı.” Ayədə 3 peyğəmbərin və bir də Həzrəti Məryəmin atası İmranın adı birlikdə zikr edilir. "Saflaşdırılaraq seçilmək” mənasındakı "istifa” kəlməsi yaradılış qanu ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 1089 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti Hud Həzrəti Nuhdan sonra göndərilən ilk peyğəmbər olduğuna görə [1, əsasən Hud qissəsi ilə bağlı olan ayələr Nuh qissəsini anladan ayələrdən sonra gəlir. Hər iki qissənin anladıldığı Əhqaf, Hud, Muminun, Şuara, Qəmər, Haqqa surələrində bunun bariz nümunəsini görürük. 
Hud qövmü Tufandan sonra bütlərə sitayiş edən və eləcə də axirəti inkar edən [Muminun 23,37] ilk qövmdür. İbn Kəsir onlar haqqında "Ad qövmünün 3 bütü vardır: 1. Sada, Səmuda, Həra” deyirdi. Səmud qövmü də Ad qövmünün varisi olaraq anılır və onun da ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 763 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

Həzrəti Lutun adı Qurani-Kərimin 27 yerində keçir. Adının zikr olunduğu surələr: Ənam 6/86; Əraf 7/80-84; Hud 11/70,74-,77-84,89; Hicr 15/58-78; Ənbiya 21/71; Şuara 26/160-175; Nəml 27/54-57; Ənkəbut 29/26, 28-35; Saffat 37/133; Sad 38/13; Qaf 50/13; Qəmər 54/33-39; Tahrim 66/10. 
Həzrəti Lutun Sodom qövmü ilə olan hekayəsi, bəzi surələrdə daha geniş izah edilmiş, bəzi surələrdə isə sadəcə adı qısaca olaraq zikr edilmişdir. 

SOYU
Qurani-Kərim Həzrəti Lutun soyu haqqında bizə heç bir məlumat vermir. Bu barədə geniş məlumat Kitabı-Müqəddəsdə yer alır. Kitabı-Müqəddəsdə Həzrəti Lutun Həzrət İbrahimin qardaşı oğlu olduğu barədə məlumatlar bütün təfərrüatı i ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 768 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

İbrahim adı müfəssirlərin çoxunun qənaətinə görə süryanicədən gəlir və ərəbcə "Əbun Rahimun - mərhəmətli ata” mənasını verir. Ancaq ibranicə bir kəlmə olub, ata mənasındakı "ab” ilə camaat mənasındakı "raham”dan törədildiyi və "camaatın atası” mənasını daşıdığı fikri də mövcuddur.[1]

Həzrəti İbrahimin adı Qurani‐Kərimdə 25 surədə, 63 ayədə 69 dəfə zikr olunur. [2] Qurani-Kəri ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 913 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

"Həzrəti Peyğəmbər ilk vəhyi aldığı zaman "küçəyə” deyil "evə” getdi. Çünkü ev "Haradan başlamalı?!” sualının ən doğru cavabı idi. Həzrəti Peyğəmbər də oradan başladı.”

Qurani Kərim bizə ailə modeli olaraq iki nümunə təqdim edir: İbrahimin ailəsi və İmranın ailəsi. Ali İmran surəsinin 33-cü ayəsində "Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini seçərək üstün qıldı” deyilir. İmranın ailəsi zövcəsi Hannə, qızı Həzrəti Məryəm və nəvəsi Həzrəti İsadır [Bu barədə daha geniş məlumat Həzrəti İsa bölümündə veriləcək]. 

İbrahim ailəsi isə; birbaşa birinci zövcəsi Sara, ikinci zövcəsi Həcər və ondan olan ilk oğlu ... Читать дальше »
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 926 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

ALLAH
Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.
Категория: ALLAHIN GÖZƏL ADLARI | Просмотров: 1018 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

ƏL-ĞAFUR
Ya Ğafur! Ya Ğafur! Sənin qapın heç bağlanarmı günahkarlara?! Peşmanlıqlarımı kimə ərz edərəm yoxsa?!Ancaq sənin bağışlamanla ağ olar üzüm, ancaq sənin əfvinlə təmizlənər qəlbim, ancaq sənin əfvinlə bitər utancım. Ya Rəbbi, hesab günündə üzümü qara çıxarma! Ğafur olan (bağışlayan) ancaq Sənsən, bağışla məni!
Категория: ALLAHIN GÖZƏL ADLARI | Просмотров: 903 | Добавил: drakula | Дата: 18.02.2011 | Комментарии (0)

« 1 2 3 4 ... 13 14 »

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w