Все об исламе

Пятница, 29.03.2024, 15:46

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » PEYĞƏMBƏRİMİZ (S.A.S) NƏYİ DİNLƏYƏRDİ?
13:19
PEYĞƏMBƏRİMİZ (S.A.S) NƏYİ DİNLƏYƏRDİ?
Peyğəmbərimiz başqası Quran oxuyarkən dinləməyi xoşlayardı.
O (s.a.s) başqasının tilavətindən təsirləndiyi üçün, səhabələrindən Quran oxumağı xahiş edərdi və özü oturub dinləyərdi. 
Bir gün Rəsulallah ibn Məsuddan Quran oxumağı tələb edir. İbn Məsud da təəccüblənir. Peyğəmbər (s.a.s) isə Ona (r.a) başqasından dinləməyi xoşladığını anladır. İbn Məsud Nisa surəsindən oxumağa başlayır. 
Qurani Kərim Peyğəmbərə (s.a.s) vəhy olunub və məhz Ona (s.a.s) nazil olsa da, O (s.a.s) həmişə Quranı dinləməyi xoşlayardı.
Bir gün də Rəslullah (s.a.s) məscidin yanından keçərkək Əbi Musa əl-Əşarinin Quran oxuduğunu görür, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah (s.a.s) Ona (r.a) deyir: "Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...” Əbi Musa da : "Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl (avazlı, təcvidli) edərdim.”
Budur Rəsulullahın dinlədikləri.

Müsəlman qardaşım və bacım! Əsəblərini və hisslərini Rəbbinin kitabını dinləməklə sakitləşdir. Gözəl avazla, təcvidlə və təmiz oxuyan bir qarinin tilavətinə qulaq as, qoy Rəbbinin kəlamını oxusun, sən isə sakitcə bu kəlamı dinlə. Bununla həm Rəbbinin rizasını qazan, həm nəfsinin hiddətini azalt, həm də qəlbin salamtlıq və rahatlıq hiss etsin.
Necə ki, Rəsulullah (s.a.s) Qurani Kərim dinləyərdi. Onun əməli sənin üçün nümunə olsun. Gündəlik bir necə dəqiqə ayır, yaxud səhərdən gecə yatana qədər olan müddət ərzində bir vaxt ayır, qısa da olsa, Quran dinlə. İstər kasetdən, istər CD-dən, istər evdə, istər maşında, istər kompütəerdə və s. Onsuz da həyatın sıxıntısı, dünya problemləri və başqalarının təzyiqi hər gün səni kifayət qədər incidir. Rəbbinin kitabından, kəlamından daha münasib rahatlıq və sükunət tapa bilərsənmi?
"Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (rahat olar)” (ər-Rad, 28)
Tanınmış müsəlman yazıçılarından biri, bir dəfə Avropada səfərdə olur. Gəmidə olarkən həmin gəmiyə Yuqoslaviyalı bir qadın da minir. Titonun zülmündən baş götürüb qaçmış birinə bənzəyirdi. Həmin günü də Cümə olduğundan bu yazıçı gəmidə olan müsəlmanları bir yerə yığır, xütbə verir və namazı qıldırır. Kommunist olan Yuqoslaviyalı bu qadın kənardan onları süzür. İmam namazda ƏLA və ĞAŞİYƏ surələrini oxuyur. Namazdan sonra qadın o yazıçıya yaxınlaşıb nə oxuduğunu soruşur. Yazıçı Allahın kitabından oxuduğunu bildirir. Qadın təəccüblənmiş halda qalır. 

"(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.” (əl-İsra, 88) 
Quranın həqiqətən qəlbə və ruha təsiri var. Quran həqiqətən insanın daxilinə işləyir. Keçmişimiz, Rəsulullahın davamçıları, səhabələr və tabenlər Qurani Kərimin mənasına dəhşətlənirdilər: 
"Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır).” (əl-Həşr, 59)

"Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər).”(ər-Rəd, 31)

"(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?! ” (əl-Mursələt, 50)

24 saat insan təşviş və həyəcan içində yaşayır. 360 dərəcəli təzyiqdən qısa bir müddət ayrılıb Rəbbinin kəlamını dinləsə, nəfsini, qəlbini və ruhunu bu qüvvənin təsirinə buraxsa, dincələr, beyni rahatlanar və əsəbləri soyuyar.
Biz Rəbbimizin kəlamını dinləməklə dincəlmiriksə və qəlbən fərəhlənmiriksə, bundan üstün nə ola bilər ki, bizi rahatlasın?! Qəribədir ki, bir çox insanlar rahatlığın, dincliyin və xoşbəxtliyin açarı msiqi olduğunu iddia edirlər. Bu münasibətlə kitablar yazır, elmi yığıncaqlar keçirir, musiqinin möhtəşəm təsirindən danışırlar. Kimlər də həyatlarının ən dəyərli və ən xoşbəxt anlarının musiqi olduğunu deyir. Qərb yazıçılarından xoşbəxtliyin və həyəcanı dəf etməyin yolunu musiqidə görurlər. 

Rəsulallah (s.a.s) rahatlandmaq və dincəlmək istəyərkən müxtəlif cür nəğmələrə və yaxud müğənnilərə deyil, Qurana qulaq asardı. Allahın kəlamını dinləməklə rahatlıq tapa bilməyən və müsiqiylə bunu əvəz edən müsəlman necə buna səbəblər axtara bilər?! 
"Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz).” (Fussilət, 42) 

Quranı dinləməyimiz, bununla həzz almağımız və rahatlanmağımız imana Muhəmməddə (s.a.s) tabe olmağımıza dəlalətdir. 

Quranla deyil, məhz musiqiylə rahatlıq tapmağımız isə cahilliyimizdən və səfeyliyimizdəndir.
"İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman, 6
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 777 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w