ƏL-ĞAFUR Ya Ğafur! Ya Ğafur! Sənin qapın heç bağlanarmı günahkarlara?! Peşmanlıqlarımı kimə ərz edərəm yoxsa?!Ancaq sənin bağışlamanla ağ olar üzüm, ancaq sənin əfvinlə təmizlənər qəlbim, ancaq sənin əfvinlə bitər utancım. Ya Rəbbi, hesab günündə üzümü qara çıxarma! Ğafur olan (bağışlayan) ancaq Sənsən, bağışla məni! |
ƏŞ-ŞAKUR Ya Şakur! Sən mənə iman verdin, zəlalətdə buraxmadın, mən isə Sənə şükrümdə həmişə əksik, həmişə yetərsiz qaldım. Şükrünün ləzzətini hər dəm daddır qəlbimə və dilimə! Şükr edə bilmək belə, səndən gələn bir nemətdir, bu neməti hiss etməyi nəsib et mənə! |
ƏL-ALİYY Ya Aliyy! Ən gözəl sifətlər belə səni tərifləməyə yetməz, Sənin lütfünün şöləsidir bütün gözəl sifətlər. Ən gözəl vəsflər belə, Səni vəsf etməyə kifayət deyil, sənin cəmalının kölgəsidir bütün mükəmməl vəsflər. Sən hər cür təsəvvürdən yüksəksən və hər cür xəyaldan alisən. Sifətlərinə xəyallar və fantaziyalar çata bilməz, ucalığını ağıl dərk edə bilməz. Sənin lütfkarlığınla ülviyyət qazanır bütün aləm. Sənin nazil etdiklərinlə mərtəbələr qazanır insanlar, cinlər və mələklər. Acizliyimə uca qüdrətinlə mədət eylə! Fəqirliyimə ülvi yaxınlığınla imdad et! Sənki içimin içində olub bitənləri bilirsən, yaxınına al məni! Sənki ucalardan ucasan, Səndən başqasına boyun əydirmə məni! |
ƏL- KƏBİR Ya Kəbir! Cümlə fikirlər dar gələr sənin kibriyanı anlamağa. Bütün sözlər azlıq edər, sənin böyüklüyünü anlatmağa. Tək Səni böyük bilənlərdən et məni! Böyüklüyünü bilməklə genişlət fikrimi! Kibriyanı anlayacaq ağıl ver mənə, Cəlalını görməklə genişləndir qəlbimi! |
ƏL-HAFİZ Ya Hafiz! Hifzinin xəzinəsində aləm, bir nöqtədən ibarətdir. Hifzinin ayinəsində ay və günəş, sönük bir parıltıdan ibarətdir. Bahar qışa dönər bir gün, səhər axşama çatar. Səhərlər Səndəndir, qoru məni və səhərə qədər saxla məni! Ulduzlar sönər bir gün, dağlar yerindən oynar, göylər Sənindir. Qoru məni, qapına yetişdir! Göylər dağılar bir gün, yer yerindən oynar. Hər yer Sənindir, qoru məni, mənzilə çatdır! Quşlar dağılar, dənizlər qaynar bir gün. Üfüqlər Sənindir, qoru məni! Adım unudulacaq bir gün, səsim boşluqda qalar heç kim eşitməz. Yaxınlıqlar Səndəndir, qoru məni, yaxınlığına götür məni! Dəftərim açılacak bir gün, günahlarım onun çox hissəsini tutacaq. Təqdir Sənindir, qoru məni, əfvini yetişdir! Sözüm bitər bir gün, səssizlik bürüyər məni. Kəlam Sənindir, qoru məni, müjdəni yetişdir! |
ƏL-MUQİT Ya Muqit! Sən hər kəsin hər ehtiyacını hər an görərsən. Sənə əyandır hər cür niyyət və hərəkətim. Sən, sonzuluq istəyini qəlbimə ilham edərsən, Sənə mə'lumdur bütün dualarım və istəklərim. Sən, zəif və acizlari, yetim və yoxsulları qoruyub saxlayırsan. Sənə mə'lumdur acizliyim! Sən, birinci yoxsullara əl tutanı sevərsən, Sənə mə'lumdur yoxsulluğum və əməllərim. Niyyətlərimi gözəlləşdir, ixlaslı olmağı nəsib et mənə! Ömrümü əbədiyyata apar, Cənnətində yerləşdir məni! Yoxsulluğumu mərhəmətinlə qarşıla, başqasına əl açdırma məni! Günahlarımı ğüfranına bəhanə et, üzümü qara etmə mənim! |
ƏL-HASİB Ya Hasib! Əməllərim hesaba gəlməz, arzularımın sayı-hesabı olmaz, dəftərimdən xətalarımı çıxart ki, hesabım asand olsun! Ehtiyaclarımın ən kiçiyinə, xəyallarımın heç birinə əlim yetişməz, qəlbimin sızıntılarını topla ki, hesaba gələn bir duam olsun! |
ƏL-CƏLİL Ya Cəlil! Sənin cəlalın zatındandır, başqasına möhtac deyil! Sənin ucalığın kəmalındandır, səbəb möhtac deyil! Sənin kəmalın da Səndəndir, görülməyə möhtac deyil! |
ƏL-KƏRİM Ya Kərim! Kərəminlə gözəl et hər halımı! Kərəminlə sevindir qəlbimi! Sənki ən çox zəiflərə və acizlərə ikram edənsən! Sənki səbəbsiz və hesabsız kərəm edənsən! Sənki bir ovuc toxumda bir baxçanın ağacını saxlarsan! Cənnətinə al və heç bitməyən ikramına yetişdir məni, kərəm et bu acizə, az savabı çox et! |
ƏR-RAQİB Ya Raqib! Ömrümün hər anında Səni anmağı dilərəm, lakin halım imkan vermir, unuduram. Qəlbimə zikrini yerləşdir, oyandır məni! Ölüm anımı səni anaraq yaşamaq istərəm, lakin vəziyyətim macal verməz, susaram. Dualarımı qatına yetişdir! Hesab günü Səni razı etməyi arzu edirəm, lakin savabım yetməz, qorxuram. Əməllərimi xeyirli et, yaxşı insanlarla xatıra məni! |
ƏL-MUCİB Ya Mucib! Elan etməyə və göstərməyə ehtiyac yoxdur, halım Sənə əyandır. Söz deməyə gərək yoxdur, səssizliyim Sənə bəyandır. |
ƏL-VASİ Ya Vasi! Varlıq Sənsiz dar olar. |
ƏL-HAKİİM Ya Hakiim! Sən hər yaratdığına məna və dəyər verənsən, sonsuz hikmətinə aşiq et qəlbimi! |
ƏL-VADUD Ya Vadud! Sən sevdiyin və sevdirdiyin üçün baxar üzlər üzlərə. Sən sevdiyin və sevdirdiyin üçün günəş doğar hər gün. Sən sevdiyin və sevdirdiyin üçün baharın gələr hər yerə. Sən sevdiyin və sevdirdiyin üçün kəlamın gəzər dillərdə. |
ƏL-MƏCİİD Ya Məcid! Mənə ağla və xəyala gəlməz gözəlliklər bəxş etmisən, bu, yaxınlığının ülviyyətinə əngəl olmaz. Mənə məndən də yaxın olduğunu bildirmisən, bu, ülviyyətinin yaxınlığına əngəl olmaz. |
ƏL-BAİS Ya Bais! Zərrələrimi bir-bir topla onlar dağıldığında, həyat ver onlara yenidən, ən sevdiklərinin yanına çatdır məni! |
ƏŞ-ŞƏHİİD Ya Şəhiid! Səni görür kimi yaşamaq ən gözəl haldır. Sənin görən olduğunu görmək ən gözəl təcəllidir. |
ƏL-HAQQ Ya Haqq! Quluna haqq olan ancaq Sənə yönəlməkdir, qibləndən azdırma məni! Quluna haqq olan ancaq sənə dua etməkdir, məhrum etmə məni! Ancaq Səndən diləmək quluna haqqdır, sahibsiz buraxma məni! Ancaq sənə güvənmək quluna haqqdır, çarəsiz buraxma məni! Ancaq Sənə çatdıran yollar quluna haqqdır, yoldan çıxarma məni! Quluna haqq olan, hər şeydən çox Səni sevməkdir, yetim buraxma məni! Haqqımdakı hökmün haqqdır ya Rəbbi, haqqıma görə deyil öz lütfünə görə ver mənə! |
ƏL-VAKİL Ya Vəkil! Acizəm və Səndən şəfaət diləyirəm, qüdrətinə sığınıram! Fəqirəm və Sənə yönəlirəm, rəhmətini sığınacağım et! |
ƏL-QAVİYY Ya Qaviyy! Acizliyimi bilib dərgahına gəldim! |
ƏL-MƏTİN - Ya Mətin! Dəmir, əmrinlə parçalanar Sənin. Nəfsimin əlinə buraxma məni! Dağlar Sənə boyun əyər, şeytanın aldatmacalarına buraxma məni! Dənizlər əmrinlə parçalanar, səbəblərin arasında buraxma məni! |
ƏL-VALİY Ya Valiy! Sənə təvəkkül etdim, vəkilim Sənsən! Sənə iman etdim, sahibim Sənsən! Sənə sığındım, sirdaşım Sənsən! Sənə güvəndim, valim Sənsən! Sənə bağlandım, dostum Sənsən! Sənə tutunuram bütün varlığımla, kimsənin məni yerə yıxmasına izin vermə! |
ƏL-HAMİİD Ya Hamiid! Hamiid Sənsən, həmd Sənədir! Dillər Sənə həmd etməklə dadlanar! Hər nəfəs Sənə minnətlə verilir və alınır. Minnət altında əzdirmə məni! |
ƏL-MUHSİİ Ya Muhsii! Hədsiz acizlik və zəiflik içindəyəm, düşmanlarım çox, incidənlərim isə saysızdır! Sənə şükürlərim yetərsiz, arzularım hesabsızdır. Fitrətimin diliylə yalvarıram Sənə, dualar edirəm! İstəyənlərin və istənənlərin sayını bilən ancaq Sənsən, qəlbimə yoldaş et mərhəmətini! |
ƏL-MUBDİİ Ya Mubdii! Sənki hər şeyi misilsiz, ilkin Yaradansan. Yaratdığını hər an yeniləyən və yenidən yaradacaq olansan. Savabımın yoxluğunu rəhmətinə vəsilə et, ağrılarımi lütfünə səbəb et, günahımı əfvinə bəhanə qıl! |
ƏL-MUİİD Ya Muiid! Cəsədlərin qəfəsindən çıxan kimi ruhlar Sənə üz tutar. Səndə son tapar sonluqlar. |
ƏL-MUHYİİ Ya Muhyii! Çürüyüb toz olmuş sümükləri yalnız Sən çağırarsan. Ölmüşlərə və unudulmuşlara yalnız Sən həyat verərsən. Ölümümü əbədi irəliyişimə başlanğıc et! |
ƏL-MUMİT Ya Mumit! Ölüm uzaq deyil bədəndən, bilirəmki ölüm də Səndəndir. Faniyəm, fani olanı istəməm. Acizəm, aciz olanı istəməm. Ruhumu Rəhmana təslim etdim mən. Ölümüm son deyil, başlanğıcdır bilirəm. Sonsuzluğa başlanğıcımı iman üzrə et ya Rəbbi! |
ƏL-HAYY Ya Hayy! Hər diri Səndən alır diriliyini və həyatını. Ölüm belə Sənin ihya etmənlə diridir. Ölümümü əbədi həyata bəhanə et! |
ƏL-QAYYUM Ya Qayyum! Yoxluğa düşürmə qəlbimi, yanımda tut sevdiklərimi! Unuduşlara gömmə üzümü! Nəzərində tut gözəlliyimi! |
ƏL-VACİD Ya Vacid! Varlığını anlatmağa var sözü yetməz, varlar Səninlə vardır. Varlığını anlamağa varlığım yetməz, varlıq Sənə şükr edər. Varlığının öncəsi yoxdur Sənin, öncələr Səninlə vardır. Varlığına son yoxdur Sənin, sonralar Səninlə vardır. Varlığına bəhanə yoxdur Sənin, hər an Səninlə vardır. Məni mənsiz buraxma, məni Sənsiz buraxma! |
ƏL-MAACİD Ya Macid! İzzət sahiblərinin nə izzəti varsa, hamısı Sənə aiddir! Öyünənlərin bütün gözəllikləri Sənə aiddir.Yaxşıların bütün yaxşılıqları Sənə aiddir. Savab sahiblərinin bütün savabları Sənə aiddir. Sənin verdiklərinə qarşılıq deyil ibadətim, ola da bilməz əsla. Ancaq verdiklərin üçündür, Cənnətinə al məni! |
ƏL-VAAHİD Ya Vahid! Qəlbim hər şeyə bağlanar, ayrılığın ardından ağlıyar. Sənki təksən, başqalarına qosdurub yorma məni! Ruhum hər gələnə sevdalıdır, gedənlərin gedişiylə yaralanır. Sənki təksən, Çoxluqda buraxıb ağalatma məni! Qayğılarım min cür, qorxularım dağlar qədər. Sənki təksən, Yoxluğa düşürüb unutma məni! Sözüm kimsəyə keçməz, qüvvətim qıl qədər. Sənki təksən, Boynu bükük, çarəsiz buraxma məni! Bircə Səni tək tanıyıram, qapına gəldim, başqalarına buraxma məni! |
|
|