Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.
Ya Ğafur! Ya Ğafur! Sənin qapın heç bağlanarmı günahkarlara?! Peşmanlıqlarımı kimə ərz edərəm yoxsa?!Ancaq sənin bağışlamanla ağ olar üzüm, ancaq sənin əfvinlə təmizlənər qəlbim, ancaq sənin əfvinlə bitər utancım. Ya Rəbbi, hesab günündə üzümü qara çıxarma! Ğafur olan (bağışlayan) ancaq Sənsən, bağışla məni!
Ya Əhəd! Varlığımın ayinəsidir sifətim, ondan oxunur əhədiyyətin (təkliyin), sifətimin tək olması Sənin əsərindir.