Все об исламе

Воскресенье, 29.12.2024, 17:40

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Февраль » 18 » LOĞMAN (a.s.)
13:13
LOĞMAN (a.s.)
Bir nəbi (peyğəmbər) və ya vəli (saleh bir qul) olduğu barədə ixtilaf vardır. Ancaq əksər alimlərə görə hikmət sahibi bir şəxsiyyətdir. 
Qurani Kərimdə "Loğman” (a.s.) adı iki yerdə- Loğman surəsinin 31/12,13- cü ayələrində zikr olunur. Bu söz həmçinin Məkkədə nazil olmuş bir surənin adıdır. Bu surənin nazil olmasının səbəbi qureyşlilərin Rasulullahdan (s.a.v.) Loğman (a.s.) haqqında soruşmaları idi. 
Loğmanın adı zikr olunan iki ayənin mənası belədir; 
Həqiqətən, Loğmana: "Allaha şükür et!" (deyə) hikmət verdik. Kim (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükürünə möhtac deyildir, (özlüyündə) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!) 

(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)"(Loğman 31/12-13)

Sonrakı ayələrdə Loğmanın (a.s.) adı zikr olunmasa da , ayələr onun oğluna etdiyi nəsihətərlə davam etməkdədir. 

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! 

Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!" (Loğman 31/14-15)

Allahu təala bu ayələrdə ata-anaya yaxşılığı, Yaradana, o cümlədən ata-anaya təşəkkür etməyi əmr etməklə yanaşı, əgər ata-ana öz övladlarını kor-koranə Allaha şərik qoşdurmağa cəhd göstərərlərsə, onlara itaət etməmələrini, dünya işlərində onlarla yaxşı davranıb, saleh kimsələrin yoluna tabe olmalarını əmr edir. Loğmanın (a.s.) nəsihətləri növbəti ayələrdə belə davam edir:

(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır! 

Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! 
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! 


Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir! (Loğman 31/16-19) 

Loğman surəsinin bu ayələrindən də göründüyü kimi, bu şəxs həkim (hikmət sahibi) bir şəxsdir. Belə bir hikmətin verildiyi kəsə düşən vəzifə bu hikmətə görə Allaha şükr etməkdir. Əslində Allahu təala şükr də daxil olmaqla heç bir şeyə möhtac deyil. Şükrə məhz insanın ehtiyacı var. Çünkü Allah şükrün əvəzində nemətləri artıracağını vəd edir. 

(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər (Mənə) şükr etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!" (Ibrahim 14/7) 

Loğman (a.s.) üç dəfə "oğlum” deyə xitab edərək oğluna nəsihət etmişdir. Birinci nəshətində Allaha şərik qoşmamasını nəsihət edir. Çünkü şirk Allahın haqqını başqasına vermək, qulların və bütün varlıqların Yaradanına olan bu haqsızlıqla onların da haqlarını tapdalamaqdadır. İnsan Yaradandan başqasına ibadət və dua edərək yönəlməklə alçalır. Loğmanın (a.s.) "oğlum” xitabıyla başlayan ikinci nəsihətində Allahu təalanın xardal dənəsi qədər olsa belə edilən bütün yaxşılıq və pislikləri gördüyünü və bildiyini, onların axirətdə haqq-hesabının çəkiləcəyini bildirir. Allahu təala başqa bir ayədə də bunu bildirməkdədir.

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). 
Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). 

Loğman (a.s.) həmçinin oğluna xitabən üçüncü öyüd-nəsihətində namazını qılmasını, yaxşılığı əmr edib pis işləri tərk etməsini, başına gələnlərə səbr etməsini, insanlara qarşı lovğalığı, qürrələnməsini, gəzişində və danışığında bunlara fikir verməsini tövsiyə edir. 

Loğman (a.s.) haqqında hədislərdə də bəzi məlumatlar mövcuddur. Ənam surəsinin 82- ci ayəsi - (İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!) - nazil olduqda səhabələr "ya Rasulallah bizdən hansımız nəfsimizə zülm etmirki .....?” dediklərində Rasulullah (s.a.v.) "bu ayədəki zülm sizin başa düşdüyünüz zülm deyil o zülm şirk deməkdir. Loğmanın oğluna nəsihət edərkən ("Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)" dediyini eşitmədinizmi ?” (sahihi-buxari) cavabını vermişdir. 

Loğman (a.s.) belə deyərdi: "oğlum, elmi alimlərə qarşı lovğalanmaq, səfehlərlə münaqişə etmək və məclislərdə riya üçün öyrənmə!” (Əhməd b.Hənbəl). Həmçinin başqa bir hədisdə "Loğman həkim (hikmət sahibi olan Loğman ) oğluna bu tövsiyyələri etdi: oğlum alimlərin yanında otur. Dizlərinlə onlara çox yaxınlaş. Çünkü Allah göydən yağdırdığı yağışla ölü torpağı diriltdiyi kimi, qəlbləri də hikmət nuruyla dirildir. (muvatta, elm 1)” buyrulmuşdur. Digər bir hədisdə "Loğman həkim belə deyərdi: " şübhəsiz Allah bir şeyi əmanət aldığında onu qoruyar” (Əhməd b. Hənbəl). Bu hədislərin də həmçinin Loğman surəsində olduğu kimi zülm, hikmət, elm kimi məsələlərlə əlaqədar olduğu başa düşülür. 

Loğmaın kim olması barədə müxtəlif rəylər mövcuddur. Tarixçi İbni İshaqa görə, Loğmanın nəsəbi – Loğman b. Baur b. Nahor b. Tarix (yaxud Azər) olmaqla dördüncü babada İbrahimin (a.s.) atası Azərə gedib çıxır. Digər bir tarixçiVaqidi isə Loğmanın israiloğullarına aid Eyle ve Medyen tərəflərində yaşayan, elə Eylədə də ölən bir şəxs olduğunu rəvayət edir. Tabiindən (səhabədən sonra gələn nəsl) İkrimə Buxaridə etdiyi rəvayətdə: "Loğman bir nəbi (peyğəmbər)dir. Lakin onun hikmət sahibi bir şəxs olduğu haqda alimlər arasında ittifaq vardır. Həmçinin tabiindən Muqatil onun Eyyubun (a.s.) bacısının oğlu və yaxud xalasının oğlu olduğunu söyləyir. Muqatil onun uzun müddət yaşayaraq Davudun (a.s.) dövrünə qədər yaşadığı, və ondan elm aldığını da nəql edir.

Loğman islamdan öncəki ərəblər arasında çox bəhs edilən bir şəxsiyyət idi . Ancaq onun adı yəhudi və xristianların müqəddəs kitablarında zikr olunmur. Onun Ad qəbiləsidən və ya Həbəşistandan olan bir qul olduğuda rəvayət edilir. (S.G.F. Brandon, A Dictionary of Comparative Religion, London 1970, s. 414).
Sələbi isə "araisul- məcalis” kitabında onun kim olması barəsindəki bütün rəvayətləri sadaladıqdan sonra tabiin alimlərindən Mücahidin onun uzun dodaqlı zənci bir qul olduğu barəsindəki rəvayətini də bunlara əlavə edir. 

Bu fikri dəstəkləmək üçün " Sudandan çıxmış üç xeyirli kəs; Bilal (r.a.)( Həbəşistan ilə Sudan arasında, indiki Eritriya ərazisi), Ömərin (r.a.) köləsi Muhəcca və Loğman (a.s.) (Sudanın Misirə yaxın tarixi Nubiya Ərazisindən )” rəvayətini nəql edir. 
Qədim ərəb adətlərində cahiliyyə dövrünün (islamdan əvvəlki dövr) insanları bi şəxsi "Luqmanul -muammar” (uzun ömürlü) Loğman adlandırırdılar. Əbu Xatim əs-Sicistaninin "kitabul-muammarin” adlı kitabında Loğman (a.s.) Xıdırdan (a.s.) sonra ən uzun yaşayan ikinci şəxsiyyət kimi qeyd olunur. Onun bəzi rəvayətlərdə yeddi qartal ömrü (560 il), bəzilərində isə min il yaşadığı söylənilir. Cahiliyyə şifahi ədabiyatındakı bir çox əfsanələrdə bir qəhrəman kimi ona istinad olunur. Cahiliyyə şairlərindən Nabiğanın şerlərində də onun adına rastlanır. 

Loğman (a.s.) Qurani kərimdə zikr olunduqdan sonra ərəb dilində yazılan zərbi-məsəl kitablarndan Qasasul- ənbiya (peyğəmbərlər qissəlləri- hekayələri) kitablarına qədər bir çox əsərdə yer tutur. O cümlədən bu şəxsiyyət Azərbaycan ədəbiyyatında – istər şifahi ədəbiyyatda, istərsə də yazılı ədəbiyyatda - geniş yer tutur. 

Xalq arasında Loğman (a.s.) daha çox bitkilərlə müalicə edən əfsanəvi hikmət sahibi bir şəxs kimi göstərilir.
Категория: PEYĞƏMBƏRLƏR ( Istoriya) | Просмотров: 943 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Февраль 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0

Block title

w