Все об исламе

Воскресенье, 29.12.2024, 17:19

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 19 » İmam Sadiqin (ə) həyatı
13:16
İmam Sadiqin (ə) həyatı
 İmam Sadiqin (ə) həyatı 


O həzrətin (ə) təvəllüdü, vəfatı, ömrü və dəfn olunduğu yer

İmam Cəfəfr Sadiq (ə) hicrətin 80-ci ili rəbiül-əvvəl ayının 17-si cümə günü və ya rəcəb ayının əvvəli bazar ertəsi günü dünyaya gəldi. Şeyx Müfid, Kuleyni və Şəhidin nəzərinə əsasən, o həzrət (ə) hicrətin 83-cü ili dünyaya gəlib. Amma İbn Təlhə birinci rəvayəti daha səhih bilir və İbn Xişab da bu barədə deyir: Ziranın bizə nəql etdiyinə əsasən,ilk rəvayət, yəni hicrətin 80-ci ili daha səhihdir. 
O həzrətin vəfatı isə, Şəvval ayının bir bazar ertəsi günü, "Cənnat əl-xulud” kitabının müəllifinin yazdığına görə şəvvalın 25-i və digər rəvayətə əsasən isə, Rəcəb ayının 15-i hicrətin 148-ci ili baş verib. Bu hesaba əsasən, o həzrətin ömrü, 68 yaxud 65 ildir ki, bunun da 12 yaxud 15 ili babası İmam Zeynəl-abidin ilə, 19 ili atası ilə və 34 ilini atasından sonra yaşamışdır. Bu müddət o həzrətin xilafət və imamət müddəti sayılır. Habelə bu müddət, Hişam ibn Əbdülməlik, Vəlid ibn Yəzid ibn Əbdülməlik, Naqis ləqəbli Yəzid ibn Vəlid ibn Əbdülməlik, İbrahim ibn Vəlid ibn Əbdülməlik və Mərvan ibn Məhəmmədin padşahlığı dövrünə təsadüf edir. 
İmam Sadiq (ə) Mənsur Əbbasinin padşahlığından 10 il keçdikdən sonra baş verdi. O həzrət (ə), Bəqi qəbristanlığında, atası İmam Baqirin (ə), babası İmam Səccadın (ə) və əmisi İmam Həsənin (ə) yanında dəfn edildi.

İmam Sadiqin (ə) anası 
İmam Sadiqin (ə) anasının künyəsi Ümmü Fərvədir. Bəzi alimlər isə o xanımın künyəsini Ümmül-qasim yazıblar. Onun adını isə, Qəribə yaxud Fatimə deyiblər. 
Şeyx Kuleyni "Kafi” kitabında Əbdül-ə`ladan belə nəql edir: Bir gün Ümmü-fərvənin Kəbə evini təvaf etdiyini gördüm. O elə bir paltar geyinmişdi ki, tanınmırdı. Sonra sol əlini Həcərül-əsvədə sürtdü. Gözlənilmədən təfav edən bir kişi ona üz tutaraq dedi: 
-Ey Allahın bəndəsi, sünnəni səhv etdin! 
Ümmü-fərvə dedi: 
-Biz sizin elminizə möhtac deyilik!

İmam Sadiqin (ə) künyəsi 
O həzrətin künyəsi Əbu Əbdillah idi. Bu künyə, o həzrətin(ə) digər künyələrindən daha məşhur və tanınmışdır. Muhəmməd ibn Təlhə deyir: "Bəziləri onun künyəsini Əbu İsmail bilmişlər”. İbn Şəhr Aşub Mənaqib kitabında yazıb: "O həzrətin (ə) künyələri Əbu Əbdillah və Əbu İsmail olmuşdur. Onun şəxsi künyəsi isə Əbu Musa olmuşdur”.

İmam Sadiqin (ə) ləqəbləri 
O həzrətin (ə) bir neçə ləqəbi var idi ki, onların daha məşhuru Sadiq, Sabir, Fazil, Tahir idi. Ona Sadiq (ə) deyilməsinin səbəbi, Həzrətin (ə) bəyan və danışıqda düz danışan olması idi.

İmam Sadiqin (ə) üzüyünün yazısı 
O həzrətin (ə) üzüyünün yazısı "الله ولیی و عصمتی من خلقه” olmuşdur. Mənası; "Allah mənim Vəlim və məni öz xalqından qoruyandır”. Həzrətin (ə) üzüyünün yazısı barədə başqa rəvayətlər də nəql edilmişdir. Misal üçün; "ما شاءالله لا قوة الا بالله، استغفر الله، الله خالق کل شی، انت ثقتی فاعصمنی من خلقک، یا ثقتی قنی شر جمیع خلقک، اللهم انت ثقتی فقنی شر خلقک، انت ثقتی فاعصمنی من الناس، الله عونی وعصمتی من الناس، ربی عصمتی من خلقه” Mənası; "Allahın istədiyi. Allahdan başqa qüvvə yoxdur. Allahdan əfv diləyirəm. Allah bütün varlığın yaradıcısıdır. Sən mənim sığınacağımsan, məni Öz məxluqatından qoru. Ey mənim sığınacağım! Məni bütün məxluqatının şərrindən qoru! Allahım sən mənim sığınacağımsan, məni yaratdıqlarının şərrindən qoru. Allahım sən mənim sığınacağımsan, məni insanlardan qoru. Allah insanlar qarşısındı köməkçim və məni qoruyandır. Rəbbim öz xalqından məni qoruyandır”. Rəvayətə görə, İmam Musa Kazim (ə) İmam Sadiqin (ə) üzüyünü yeddi, digər bir rəvayətə görə isə, yütmiş dinara aldı.

İmam Sadiqin (ə) övladları 
Həzrətin (ə) 10 övladı olmuşdur. 7 oğul və 3 qız. Bəzi alimlər Həzrətin (ə) 11 övladı olduğunu yazmışlar ki, 7 oğul, 4 qız. Həzrətin (ə) övladlarının adları belədir: İsmail Ə`rəc (onu İsmail Əmin də adlandırmışlar), Əbdullah, Ummu fərvə. Bu xanım, Zeyd ibn Əli (ə) ilə qiyam etmiş əmisi oğlu ilə evlənmişdi. Şeyx Müfid İmamın (ə) bu övladlarının anası haqqında yazıb: Onların anası Fatimə, Hüseyn ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu-talibin (ə) qızı olmuşdur. Əbdüləziz ibn Əxzər Cənabəzi yazır: Onların anası Fatimə, Hüseyn Əsrəmibn Həsən ibn Əli ibn Əbu-talibin (ə) qızı olmuşdur. 
O İmamın (ə) digər övladları bunlardır: İmam Musa Kazim, Məhəmməd Dibac, İshaq və Fatimə Kubra. Bu övladların anası Həmidə Bərbəriyyə adlı kəniz olmuşdur. Əbdüləziz ibn Əxzər Cənabəzi yazır: O, Məhəmməd ibn İbrahim ibn Məhəmməd ibn Əli ibn Əbdullah ibn Əbbasa ərə getmiş və onun da evində vəfat etmişdir. 
O həzrətin (ə) qalan övladları isə bunlardır: Əbbas, Əli Ərizi, Əsma və Fatimə Suğra. Bunların da anaları kəniz olmuşdur. 
İmamın (ə) 10 övladı olmasını qeyd edənlər Fatimə Kübranın adını çəkməyiblər. Amma İmamın (ə) 11 övladı olmasını qeyd edənlər Fatimə Kübranın adını da o İmamın (ə) övladları arasında çəkmişlər. 
İbn Şəhr Aşubun "Mənaqib” kitabında yazdığına əsasən, Ümmə Fərvə və Əsma bir şəxsdir. O yazır: "Əsma Ümmü Fərvə Zeyd ibn Əlinin (ə) qoşununda qiyama qalxmış əmisi oğlu ilə evləndi”. Bu nəzəiyyənin səhih olması şübhəlidir. Çünki, Ümmü Fərvə künyədir, ad deyil. Buna əsasən, əgər Fatimə Kübranı İmamın (ə) övladı kimi qəbul etsək, Ümmü Fərvə və Əsmanı bir şəxs hesab etsək, İmamın (ə) 10 övladı olacaqdır.
Категория: Имам(ы) | Просмотров: 1102 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w