Günlərin biri Allah-Təala mələklərdən irinə yerə enməyi və burada ən qiymətli şeyi Ona gətirməyi əmr edir.Mələk yerə enir, bir neçə il yer üzərində dolanır, nəhayət, döyüş meydanında vətənini xilas edərkən ağır yaralanmış və can verməkdə olan bir cavan görür. Mələk onun bədənindən axan son qətlə qanı görürüb özü ilə Cənnətə aparır. Allah-Təala onu görüb deyir: -Gətirdiyin şey doğurdan da qiymətlidir. Canını vətən uğrunda fəda edən cavanınson qətlə qanı mənim üçün son dərəcə əzizdir. Amma gərək yer üzünə qayıdıb yenə də axtarışda olasan və ən qiymətli şeyi mənim üçün gətirəsən Mələk yer üzərinə qayıdır, yenə axtarışa başlayır. İllər boyu şəhərləri, çölləri,səhraları dolaşır. Günlərin biri şəhər xəstəxanaların birində yolxucu xəstələrə qulluq edən və özüdə ağır xəstəliyə tutulan şəfqət bacısı görür. Şəfqət bacısı son nəfəsini alıarkən mələk onu götürüb özü ilə Cənnətə gətirir və onu Allah-təalaya təqdim edərək deyir: -İlahi! Yer üzündə ən qiymətli şey canı bahasına ağır xəstələrə qulluq edən şəfqət bacısını gördüm və onu Sənin yanına gətirdim. Allah-Təala onu görüb deyir; -Doğurdan da həyatını başqalarına fəda edən insanların son nəfəsi Mənim üçün çoc dəyərlidir, amma sən qayıdıb yenidən axtarışda olmalısan. Mələk yenidən yer üzərinə qayıdır, uzun illər axtarışda olur. Günlərin biri meşədəmeşəbəyini öldürmək və ailəsinə təcaviz etmək istəyən əlisilahlı bir şəxs görür. O, meşəbəyinin daxmasına yaxınlaşıb atından düşür və pencərədən içəri baxır. Görür ki, meşəbəyinin həyat yoldaşı korpəsinə yatmazdan əvvəl axşam duasını öyrədir. Qadının oxuduğu dualar onun qəlbini titrədir. Bir anda ğzünün üçaqlığı və bir vaxtlar anasının ona həmin duanı öyrətdiyi yadına düşür. Gözləri yaşla dolur və elə oradaca görəcəyi işindən peşman olub tövbə edir. Mələk tövbəkar şəxsin göz yaşından bir damlasını götürüb özü ilə Cənnətə aparır və Allaha təqdim edir: -Gətirdiyin bir damla göz yaşı dünyanın ən qiymətli şeyidir. Tövbə edib günahdan əl çəkən şəxslər Allahın sevimli bəndələrindən biri olar və Cənnətin qapıları onların üzərinə açıq olar.