Все об исламе

Четверг, 25.04.2024, 04:02

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 13 » İnsanlara neçə mələk nəzarət edir?
13:46
İnsanlara neçə mələk nəzarət edir?


1. Hər insana iki mələk nəzarət edir, yoxsa həmin iki mələk bütün insanlara nəzarət edir?

- Hər insana iki mələk nəzarət edir. Onlar nəzarət etdikləri şəxslərin yaxşı və pis əməllərini əməl dəftərlərinə yazırlar. "Qaf" surəsi, ayə 17-də bu məsələyə işarə olunur.

2.Cinsi yaxınlıqda olduqdan sonra qüsl ala bilmədikdə nə etməliyəm?

- Qeyd etdiyiniz şəraitdə qılacağınız ilk namaz üçün qüsl əvəzi, sonrakı namazlar üçün isə dəstəmaz əvəzi təyəmmüm etməli və təyəmmümlə namaz qılmalısınız.

3. Dəstəmaz almadan Quran oxumaq olar?

- Bəli, dəstəmaz almadan Quran oxumaq olar. Bir şərtlə ki, Quranın yazılarına toxunmayasınız. Vacib olmasa da, yaxşı olar ki, Quran oxumazdan əvvəl imkan daxilində dəstəmaz alınsın.

4. Spirtli içkilər olan evdə namaz qılmaq olar? İmkansızlıq üzündən belə şəraitdə qıldığımız namazlar batil olur?

- Xeyr, qıldığınız namazlar batil deyil, İnşaallah. Lakin şərab olan yerlərdə namaz qılmaq məkruhdur (bəyənilmir).

5. Bəzən işimizin çox olması ilə əlaqədar olaraq cümə namazlarını camaatla birlikdə məscidlərdə qıla bilmirik. İş yerində fərdi və ya cəm halda 3-4 nəfərlə birlikdə qıla bilərik?

- Xeyr, cümə namazları camaatla birlikdə mərkəzi məscidlərdə qılınmalı və həmin məscidlər arasındaki məsafə heç olmasa, 6 km olmalıdır. Və cümə namazında iştirak edən şəxslərin sayı ən azı beş nəfər olmalıdır.

6. Diş çəkdirdikdən sonra bir müddət qan gəlir, həm də çəkilən dişin dibində laxtalanmış qan qalır. Yaranın sağalmasını gözləməli, yoxsa qüsl almalıyıq?

- Xeyr, qeyd etdiyiniz hal üçün qüsl almağa ehtiyac yoxdur. Əgər qan ağız suyuna qarışıb itirsə, bu halda onu udmaq olar. Yox, əgər ağız suyuna qarışıb itəcək qədər az olmazsa onu udmaq yaramaz, tüpürməklə xaric etmək lazımdır. Diş dibinin bir müddət yara kimi qalması isə heç nəyə mane olmur.

7. Bəzi dindar qadınlar başlarını bağlasalar da, diqqəti cəlb edəcək qədər dar və qısa paltarlar geyinirlər. Bilmək istərdim bu, günah deyil?

- İslamda qadının hicab bağlamasında əsas məqsəd tək başını bağlaması deyil. Hər müsəlman qadın başını bağlamaqla yanaşı, geyiminə də diqqət yetirməlidir. Yəni elə geyinməlidir ki, başqalarının diqqətini cəlb etməsin. Cəlb edəcəyi təqdir də heç şübhəsiz ki, günah etmiş olur.

8. İmam Zamanın (ə) adı çəkildiyi zaman ayağa qalxmaq vacibdir?

- Xeyr, vacib deyil, bu iş sadəcə olaraq İmama hörmət və ehtiram məqsədilə yerinə yetirilir.

9. Qurani-Kərimdə pirlər və onların ziyarət olunmasına dair ayə var?

- Xeyr, Quranda bu məzmunda heç bir ayə yoxdur. Övliyaların ziyarəti Peyğəmbər (s.ə.s) və Məsum imamların (ə) tövsiyələrinə əsasən yerinə yetirilir.

10. Dəstəmaz alarkən baş və ayaqlara neçə dəfə məsh çəkmək lazımdır?

- Dəstəmaz alarkən baş və ayaqların hər birinə yalnız bir dəfə məsh çəkmək lazımdır.

11. Qüsl almağın qaydası necədir? Vacib və müstəhəb qüsllər arasında fərq var?

- Qüsl almazdan əvvəl niyyət edilir. Yəni deyilir: Məsələn, "Cənabət qüslü alıram vacib qürbətən iləllah". Bunu doğma dilimizdə də demək olar: Allaha yaxınlaşmaq üçün vacib olan cənabət qüsulu alıram.
Niyyəti dilə gətirmək də olar, ürəkdən keçirmək də. Bundan sonra boyunla baş birlikdə yuyulur. Daha sonra bədənin sağ, sonra isə sol tərəfi yuyulur. Vacib və müstəhəb qüsllərin arasında niyyətlərdən başqa heç bir fərq yoxdur.

12. Bəzi tarix və hədis kitablarında Peyğəmbər, Məsum imamaların və səhabələrin adlarından sonra (ə), (s.ə.s), (r.ə) və (ə.c) kimi hərflərə rast gəlirik. Onların mənalarını izah etməyinizi xahiş edirəm.

- Onların hər birinin öz mənası vardır. (S.ə.s) - səlləllahu ələyhi və alihi və səlləm (Allahın ona və ailəsinə salam və salavatı olsun). Bu hərflər Peyğəmbərin adından sonra qoyulur.
(ə) - ələyhissəlam (Allahın ona salamı olsun). Bu hərf Məsum imamların adlarından sonra qoyulur.
(r.ə) - rəziyəllahu ənhu (Allah ondan razı olsun). Bu hərf səhabələrin və bəzi əməlisaleh şəxslərin adlarından sonra qoyulur.
(ə.f) - əccələllahı fərəcəh (Allah onun zühurunu tezləşdirsin). Bu hərflər İmam Zamanın adından sonra qoyulur.

13. Qəza namazları necə və hansı niyyətlə qılınmalıdır?.

- Qəza namazları ardıcıl şəkildə "qəza namazı" niyyəti ilə qılınır. Məsələn, deyilir: "Zöhr namazının qəzasını qılıram qürbətən iləllah". Hər bir vacib gündəlik namazdan sonra onun qəzasının qıla bilərsiniz.

14. Eşitdiyimə görə, uzaq, yəni 60 km-dən uzaq məsafəyə getdikdə namaz qılınmır. Bu düzgündür?

- Xeyr, bu barədə eşitdiyiniz düz deyil, Namazı hər yerdə qılmaq vacibdir. Sadəcə olalraq, getdiyiniz yer 24 km uzaqdıqda olduqda və orada on gündən az qaldıqda 4 rükətlik gündəlik vacib namazları 2 rükət qılmalasınız.
Категория: Все об Исламе | Просмотров: 1145 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w