Все об исламе

Воскресенье, 29.12.2024, 17:58

Приветствую Вас Гость | RSS | Главная | Блог | Регистрация | Вход

Главная » 2011 » Январь » 19 » Kumeyl duası
18:47
Kumeyl duası

Bağışlayan  rəhmli Allahın adı ilə!

 

İlahi! Rəhminə görə Sənə üz tuturam. Axı Sənin rəhmin hər şeyi əhatə edir.

Gücünə görə Sənə üz tuturam. Axı Sənin gücünün qarşısında hər şey sarsılmışdır, hər şey xar olmuşdur, hər şey zəlil olmuşdur.

Əzəmətinə görə Sənə üz tuturam. Axı əzəmətinlə hər şeyə qalib gəldin.

Şöhrətinə görə Sənə üz tuturam. Axı Sənin şöhrətin qarşısında heç bir şey dura bilməz.

Böyüklüyünə görə Sənə üz tuturam. Axı Sənin böyüklüyün hər yeri bürümüşdür.

Hökmranlığına görə Sənə üz tuturam. Axı Sənin hökmranlığın hər şeydən üstündür.

Hər şey fani olduqdan sonra baqi olan surətinə üz tuturam.

Hər şeyin əsasında olan adlarına üz tuturam. Mən Sənin nuruna üz tuturam. Axı Sənin surətinin nuru hər şeyi işıqlandırdı.

Ey Nur!

Ey eybi olmayan müqəddəs!

Ey ilkinlərin ilkini!

Ey sonuncuların sonuncusu!

İlahi! Bağışla günahlarımı. O günahlar ada ləkə gətirir.

İlahi! Bağışla günahlarımı! O günahlar bədbəxtlik, əzab-əziyyət gətirir.

İlahi! Bağışla günahlarımı. O günahlar nemətləri dəyişdirir.

İlahi! Bağışla günahlarımı. O günahlar duanın qarşısını alır.

İlahi! Bağışla günahlarımı. O günahlar bəla gətirir.

İlahi! Bağışla etdiyim hər günahı, buraxdığım hər səhvi.

İlahi! Səni yada salmaqla Sənə yaxınlaşıram, Səndən özümə şəfaət istəyirəm. Səxavətini diləyirəm ki, məni özünə tərəf gətirəsən, Sənə şükr etməyi mənə bəxş edəsən, Səni yada salmaq üçün məni ilhama gətirəsən.

İlahi! Sənə itaətkar, zəlil, qorxaq bəndə kimi yalvarıram ki, məni bağışlayıb mənə rəhm edəsən, mənim üçün ayırdığın qismətə məni razı və qane edəsən, hər yerdə məni təvazökar eləyəsən.

İlahi! Ehtiyac içində olan, çətin vaxtlarında öz diləyilə Sənə pənah gətirən və Sənə böyük ümid bəsləyən bir şəxs kimi yalvarıram. İlahi! Hökmdarlığın əzəmətlidir, yerin ucadır, tədbirin gizlindir, fərmanın aşkardır, gücün qalibdir, qüdrətin özünü göstərir, Sənin hökmündən qaçmaq mümkün deyil.

İlahi! Səndən başqa günahlarımı bağışlayan, yaramaz işlərimin üstünə pərdə çəkən bir kəs, pis əməlimi yaxşı hərəkətlə əvəz edən bir şey tapmıram. Səndən başqa ilahi yoxdur. Sitayiş yalnız Sənə məxsusdur. Mən özümü zəlil etdim, nadanlığım üzündən özümü cürətli sandım. Arxayın oldum ki, Sən məni əvvəldən yad edib xatırlamsan. Buna görə mən xatircəm oldum.

İlahi! Ey mənim Mövlam, neçə çirkin işlərin üstünü örtmüsən? Neçə ağır bəladan məni uzaqlaşdırmısan? Neçə büdrəmədən məni qorumusan? Neçə xoşagəlməz əməldən məni uzaqlaşdırmısan? Layiq olmadığım neçə gözəl tərifləri mənim adıma yazmısan?

İlahi! Bəlalarım böyükdür, pis cəhətlərim çoxdur, əməllərim nöqsanlıdır, dəmir qandallar məni buxovladı, sonsuz arzularım məni yaxşı işlərdən saxlayıb həbs etdi, dünya azdırıcı görünüşü ilə, nəfsim isə öz cinayəti və xəyanətilə məni aldatdı.

Ey mənim Ağam! Şərəfinə and içib Səndən xahiş edirəm ki, pis əməlim və rəftarım duamın Sənə çatmasının qarşısını almasın, gizli sirlərimə bələd olduğun üçün məni rüsvay etməyəsən, xəlvətdə etdiyim pis hərəkətimə və davranışıma, həddi aşmağım, cahilliyim, şəhvətimin çoxluğu və qəflətdə olmağım davam etdiyinə görə məni cəzalandırmağa tələsməyəsən.

İlahi! Şöhrətinin xatirinə həmişə mənə qarşı rəhmli ol, bütün işlərimdə mənimlə mehriban ol.

Ey Allahım, ey Rəbbim! Səndən başqa kimim var ki, ziyanlarımı ləğv etməyi və işimə göz qoymağı ondan istəyim?

Ey Allahım, ey Mövlam! Sən mənim üçün hökm verdin, mən isə bu hökmlə nəfsimin əsiri olmaq yolunu tutdum, özümü düşmənimin vəsvəsəsindən qorumadım. O da məni istədiyi kimi aldatdı. Qəzavü-qədər bu işdə ona kömək etdi. Və mənimlə baş verən hadisələrlə Sənin qoyduğun bir sıra sərhədləri aşdım, bir sıra işlərinə qarşı çıxdım. Bütün bu hallarda Sənə şükr etməliyəm.

Sənin hökmünlə mənim başıma gələnlər üçün heç bir dəlilim yoxdur. Sənin hökmün və bəlaların mənim boynuma qoyulub.

Ey Allahım! Təqsirim olduğu üçün və nəfsimə çox ziyan vurduğuma görə Sənin dərgahına gəlmişəm ki, peşiman, qəlbi qırılmış, günahlarının bağışlanmasını tələb edən, günahdan qayıdan, günahlarını boynuna alan, təsdiq və etiraf edən bir insan kimi Səndən üzr istəyəm. Törətdiyim işlərdən yaxa qurtarmağa nə bir pənahım var, nə sığınmağa bir yerim. Üzrümü qəbul etməkdən və məni geniş mərhəmətinin altına almağından başqa bir çıxış yolu yoxdur.

İlahi! Üzrümü qəbul et! Düşdüyüm çətin vəziyyətə görə rəhm et! Məni günahlarımın dolaşıq düyünlərindən xilas et!

Ey Rəbbim! Bədənimin zəifliyinə, dərimin incəliyinə, sümüyümün nazikliyinə görə mənə rəhmin gəlsin.

Ey məni yaradan, məni unutmayıb tərbiyə edən, mənə yaxşılıq edib məni qidalandıran! Başlanğıcda olan mərhəmətin xatirinə, mənə etdiyin keçmiş yaxşılığın xatirinə bağışla məni!

Ey mənim Allahım, ey mənim Ağam, ey mənim Rəbbim! Görəsən, Sənin cəhənnəm odunda əzab çəkməliyəmmi? Axı Sənin birliyini qəbul etmişəm. Axı Sənin mərifət nurun qəlbimi bu vəhdətlə tam bürüdükdən sonra dilimdə həmişə Sənin zikrin olmuşdur. Axı, könlüm sənə olan məhəbbətinə görə Sənin birliyinə inanmışdır.

Axı günahlarımı etiraf edib Sənin böyüklüyünə acizanə dua edirəm. Bu, Sənin məqamından uzaqdır. Çünki Sən özünün tərbiyə etdiyin bir kəsi zay etməkdən, özünə yaxınlaşdırdığın bir şəxsi özündən uzaqlaşdırmaqdan, yaxud pənah gətirən bir nəfəri azıdırmaqdan, yaxud özünün qoruduğun və rəhm etdiyin bir adamı bəlaya salmaqdan daha kəramətlisən. Kaş, bunu biləydim.

Ey mənim Ağam, Allahım, Mövlam! Sənin əzəmətinə səcdə edən surətləri, sədaqətlə Sənin birliyindən danışan və Səni tərifləyib şükr edən dilləri, Sənin ilahiliyini həqiqətini tanıyan könülləri, Səni tərifləyib şükr edən dilləri, Səni elmlə dərk etmək istəyərək Səndən qorxan ürəkləri, günahlarını boynuna alıb Səndən bağışlanmalarını istəyən və Sənə ibadət olunan yerlərə can atan bədənin üzvlərini cəhənnəm odunda yandıracaqsanmı? Sənin haqqında güman belə deyildir. Sənin fəzilətin barədə bizə belə xəbər çatmayıb.

Ey kərəm sahibi, ey Rəbbim! Sən özün bilirsən ki, onların nəticələrinə və onlardan doğan xoşagəlməyən şeylərə dözməkdə zəifəm. Düzdür, bu bəlalar və xoşagəlməy       ən şeylər çox çəkmir, az qalır və qısa müddətlidir. Bəs mən axirətin bəlalarına və onun böyük əzablarına necə dözəcəyəm? Axı onlar elə bəlalardır ki, müddəti uzundur, çox davam edir və get-gedə yüngülləşən deyil. Çünki bu, yalnız Sənin qəzəbindən, intiqamından və acığından gəlir. Bu, elə bir əzabdır ki, ona nə göylər, nə də yer dözər.

Ey mənim Ağam! Bəs mən nə edim? Axı mən Sənin zəif, zəlil, həqir, yazıq və müti bir bəndənəm.

Ey mənim Allahım, Rəbbim, Ağam, Mövlam! Giriftar olduğum hansı işlərdən Sənə şikayət edim? Hansı bəlanın əzabı və şiddətindən, ya hansı bəlanın uzun çəkməyindən və müddətindən şivən qoparıb ağlayım? Məni düşmənlərimin əzabına giriftar etsən, məni bəla əhlinə qatsan, məni dostlarından və övliyalarından ayırsan, necə olar?

Ey mənim Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, əzablarına dözdüm. Bəs Səndən ayrılmağıma necə dözüm, necə?

Ey Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, Sənin cəhənnəm odunun yandırıcı hərarətinə dözdüm. Bəs Sənin bağışlamaq kəramətinə necə göz yumub dözüm? Ya cəhənnəm odu içində necə yaşayım? Böyüklüyünün xatirinə bağışlamağını istəyirəm.

Ey mənim Ağam və Mövlam! Sədaqətlə and içirəm ki, əgər orada məni danışmağa qoysan, Sənə üz tutub şivən qoparmaq istəyən cəhənnəm əhli arasında mütləq şivən qoparıb bərkdən qışqıracağam. Fəryad ilə nalə edənlər kimi Sənin dərgahına boylanıb hər an nalə edəcəyəm. Harada olsan Səni çağıracağam.

Ey iman gətirənlərin dostu, ey ariflərin arzularının sonu!

Ey çarəsizlərin fəryadına çatan!

Ey doğru danışanların ürək dostu!

Ey aləmlərin Allahı!

Ey mənim Allahım! Görəsən müxalifətinə görə cəhənnəmdə həbs edilən və günahlarına görə oradakı əzabın acısını dadan bir müsəlman bəndəsinin səsini mərhəmətinin sayəsində eşidəcəksənmi? Bu bəndə özünün günahlarına və cinayətlərinə görə cəhənnəm təbəqələri arasında həbs edilmişdir. O, Sənin mərhəmətinə ümid bağlayaraq qışqırıb yalvarır, tovhid əhlinin dililə səni çağırır, Sənin böyüklük dərgahına əl uzadır.

Ey mənim Mövlam! O, bu əzab içərisində necə qalar? Axı o, Sənin keçmiş mehribanlığını görmək istəyir. Yaxud cəhənnəm odunda necə əzab çəkər? Axı o, Sənin fəzilətinə və rəhminə ümid bəsləyir. Yaxud cəhənnəm odunun alovlu dilləri onu necə yandırar? Axı, Sən onun səsini eşidir və yerini bilirsən. Yaxud cəhənnəm odunun qığılcımı onu necə bürüyəcək? Axı Sən onun zəifliyini bilirsən. Yaxud o, cəhənnəmin təbəqələrində çarəsiz şəkildə necə qalsın? Axı Sən onun sədaqətini bilirsən. Yaxud alovun dilləri onu necə qışqırtmağa məcbur etsin? Axı o, «Aman, ya Rəbb!» - deyə Səni çağırır. Yaxud necə olsun ki, cəhənnəmdən azad olmağı üçün Sənin fəzilətini istəyən bir kəsi orada qoyub tərk edirsən?

Heyhat, Sənin haqqında güman belə deyil, Sənin fəzilətin belə tanınmayıb. Bu, inamlı tovhid əhli ilə yaxşılıq və lütflə etdiyin rəftara oxşamır.

Mən qəti şəkildə inanıram ki, həqiqəti inkar edənlərə əzab vermək hökmünü verməsəydin və əbədi düşmənlərinin üstündə hökmranlıq etsəydin, mütləq cəhənnəm odunun hamısını söndürüb sərinliyə və salamatlığa çevirərdin. Onda cəhənnəm heç kəsin yeri və məskəni olmazdı.

Lakin Sənin adların müqəddəsdir və and içmisən ki, oranı bütün cinlərdən və insanlardan olan kafirlərlə doldurasan, inadlı düşmənlərini cəhənnəmdə həmişəlik saxlayasan. Sən ki, böyük və qüdrətlisən, əvvəldən ənamınla və kəramətinlə buyurmusan: «İman gətirən adam günahkar adam kimidirmi? Əlbəttə, bərabər deyil».

İlahi, mənim Ağam! Sənə üz tutub malik olduğun qüdrətinə qətiyyətlə amiranə və qələbə ilə icra etdiyin hökmünə and verirəm ki,  etdiyim bütün pis işləri, yol verdiyim günahları, gizlində etdiyim hər bir nadanlığı, mənə sübutunu buyurduğun və bədənimin üzvləri üçün şahid təyin etdiyin əziz mələklərin yazdığı bütün pis işləri bu gecə, bu saat bağışlayasan. Tərəfimdən edilən hər bir şeyi qeyd edən şahidlərlə yanaşı, Sən özün də onların arxasından nəzərlərindən gizli qalan şeyləri görmək üçün mənə nəzarət etmisən.

Sən mərhəmətinlə onları gizli saxladın və fəzilətinlə onların üstünə pərdə çəkdin. Nazil etdiyin hər bir xeyirdən, ya üstün bildiyin yaxşılıqdan, ya yaydığın xeyirxahlıqdan, ya verdiyin ruzidən, ya bağışladığın günahdan, ya örtdüyün səhvlərdən mənim payımı artıq etməyini diləyirəm.

Ya Rəbb, ya Rəbb, ya Rəbb, İlahi, ey Ağam, Mövlam, ey mənim sahibim, ey ixtiyarım əlində olan, ey mənim yoxsulluğumdan və ehtiyaclarımdan xəbərdar olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb! Haqqının, müqəddəsliyinin, əzəmətli keyfiyyətlərinin və adlarının xatirinə Sənə üz tutub yalvarıram ki, gecəli-gündüzlü vaxtım Səni yada salmaqla keçsin, xidmətinə qovuşum, əməllərim dərgahında qəbul olsun. Yalvarıram ki, bütün işlərim və sözlərim yalnız bir söz olsun, vücudum daim Sənin xidmətində olsun.

Ey mənim Ağam, ey arxalandığım və dərgahına əhvalımdan şikayət etdiyim!

Ya Rəbb, ya Rəbb, ya Rəbb! Sənə xidmət etmək üçün bədənimin üzvlərinə güc ver, bədənimi bərkit, Sənin qorxun qarşısında mənə çalışmaq səyi bəxş et və xidmətinə çatmaq üçün mənə dəyanət ver. Qoy yarış meydanlarında Sənə tərəf tez gələ bilim, Sənə doğru can atanlar arasında tələsim, Sənin həvəsində olanlar sırasında şövqlə Sənə yaxın düşüm, sadiq adamlar kimi Sənə yaxınlaşım, möhkəm inamlı şəxslər kimi Səndən qorxum, imanlı insanlarla birgə Sənin dərgahının astanasında dayanım.

İlahi, pisliyimi istəyən hər kəsin pisliyini istə, məni aldananı Sən də kələyə düçar et. Səndən ayrılan bir pay kimi məni özünün ən yaxşı bəndələrindən birinə, yeri Sənə yaxın olan kəsə və Sənin dərgahında yüksək məqamına görə seçilmiş şəxsə çevir.

Həqiqətən, Sənin fəzilətin olmadan buna çatmaq olmaz. Böyüklüyün xatirinə mənə mərhəmət göstər, şöhrətinlə vurğun et, xoş cavabınla mənə minnət qoy, səhvimdən keç, yoldan büdrəyib çıxmağımı bağışla.

Axı bəndələrinə Sənə ibadət etmək hökmü vermisən, Sənə dua etməyi onlara buyurmusan, onların duasına cavab verməyə zəmanət vermisən. Ona görə ya Rəbb, üzümü Sənə tutmuşam.

Ya Rəbb! Əlimi Sənə tərəf uzatmışam. Səni böyüklüyünə and verirəm ki, duama cavab ver, məni arzuma çatdır, fəzilətindən ümidimi kəsmə, məni cin və insanlardan olan düşmənlərimin şərindən saxla.

Ey tez razılıq verən Allah! Duadan başqa əlində başqa bir şeyi olmayanı bağışla. Axı Sən istədiyini edə bilirsən.

Ey adı dərman olan, zikr edilib xatırlanması şəfa olan, itaətində durmaq zənginlik olan Allah! Sərmayəsi ümid, silahı ağlamaq olan kəsə rəhm et!

Ey nemətləri bol olan, ey çətinlikləri dəf edən, ey zülmətdən qorxan ürəklərin nuru, ey heç kəsdən heç nə öyrənməmiş alim! Muhəmmədə və Muhəmmədin nəslinə salam göndər. Mənimlə özünə yaraşan tərzdə rəftar et. Allah Peyğəmbərini və onun nəslindən olan xoşbəxt imamları bəyəndi və çox alqışladı.

 

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkətuh!

Категория: Дуа | Просмотров: 708 | Добавил: drakula | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:

Форма входа

Календарь

«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Мызыки

Video

20yanvar 1990

Наш опрос

Оцените мой сайт
Всего ответов: 109

Clock

Поиск

Статистика


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

w