Bir yerdə ki, Allaha üsyan və tüğyan baş qaldırarsa orada tufan qaçınılmazdır. Hələ o yer Allahı tanıyaraq inkar edənlərin məkanıdırsa... Allahla əlaqə qurduqdan və bu əlaqənin çörəyini yedikdən sonra Ona xəyanət edib arxa çevrilən bir yerdirsə…
Hər yerin tüğyanı fərqli ola biləcəyi kimi, tufanı da fərqli ola bilər. Siyasi tüğyanın tufanı da siyasi olacaq. İctimai tüğyanın tufanı da ictimai olacaq. İqtisadi tüğyanın tufanı da iqtisadi olacaq. Əxlaqi tüğyanın tufanı da əxlaqi olacaq.
Əlbəttə tufanın ola biləcəyi hər yerin Nuhu, Nuhları da olmalıdır. Bir yer ki tüğyanı var Nuhu yoxsa, gün gələr orada tufan qopar, lakin bu dəfə də gəmisi olmaz. O
... Читать дальше »
Həzrəti Nuh, Qurani Kərimdə və Həzrəti Məhəmmədin hədislərində digər peyğəmbərlərlə müqayisədə daha çox məlumat verilən və "ülül-azm" olaraq adlandırılan 5 böyük peyğəmbərdən biridir. Qurani Kərimdə, 28 surədə haqqında məlumat verilmiş və 43 yerdə adı zikr edilmişdir.
Qurani Kərimin tərtib ardıcıllığında ilk dəfə "Ali İmran" surəsinin 33 ayəsində Həzrəti Nuhun adı çəkilir: "Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini öz dövrünün insanları içindən seçərək üstün qıldı.” Ayədə 3 peyğəmbərin və bir də Həzrəti Məryəmin atası İmranın adı birlikdə zikr edilir. "Saflaşdırılaraq seçilmək” mənasındakı "istifa” kəlməsi yaradılış qanu
... Читать дальше »
Həzrəti Hud Həzrəti Nuhdan sonra göndərilən ilk peyğəmbər olduğuna görə [1] , əsasən Hud qissəsi ilə bağlı olan ayələr Nuh qissəsini anladan ayələrdən sonra gəlir. Hər iki qissənin anladıldığı Əhqaf, Hud, Muminun, Şuara, Qəmər, Haqqa surələrində bunun bariz nümunəsini görürük. Hud qövmü Tufandan sonra bütlərə sitayiş edən və eləcə də axirəti inkar edən [Muminun 23,37] ilk qövmdür. İbn Kəsir onlar haqqında "Ad qövmünün 3 bütü vardır: 1. Sada, Səmuda, Həra” deyirdi. Səmud qövmü də Ad qövmünün varisi olaraq anılır və onun da
... Читать дальше »
Həzrəti Lutun adı Qurani-Kərimin 27 yerində keçir. Adının zikr olunduğu surələr: Ənam 6/86; Əraf 7/80-84; Hud 11/70,74-,77-84,89; Hicr 15/58-78; Ənbiya 21/71; Şuara 26/160-175; Nəml 27/54-57; Ənkəbut 29/26, 28-35; Saffat 37/133; Sad 38/13; Qaf 50/13; Qəmər 54/33-39; Tahrim 66/10. Həzrəti Lutun Sodom qövmü ilə olan hekayəsi, bəzi surələrdə daha geniş izah edilmiş, bəzi surələrdə isə sadəcə adı qısaca olaraq zikr edilmişdir.
SOYU Qurani-Kərim Həzrəti Lutun soyu haqqında bizə heç bir məlumat vermir. Bu barədə geniş məlumat Kitabı-Müqəddəsdə yer alır. Kitabı-Müqəddəsdə Həzrəti Lutun Həzrət İbrahimin qardaşı oğlu olduğu barədə məlumatlar bütün təfərrüatı i
... Читать дальше »
İbrahim adı müfəssirlərin çoxunun qənaətinə görə süryanicədən gəlir və ərəbcə "Əbun Rahimun - mərhəmətli ata” mənasını verir. Ancaq ibranicə bir kəlmə olub, ata mənasındakı "ab” ilə camaat mənasındakı "raham”dan törədildiyi və "camaatın atası” mənasını daşıdığı fikri də mövcuddur.[1]
Həzrəti İbrahimin adı Qurani‐Kərimdə 25 surədə, 63 ayədə 69 dəfə zikr olunur. [2] Qurani-Kəri
... Читать дальше »
"Həzrəti Peyğəmbər ilk vəhyi aldığı zaman "küçəyə” deyil "evə” getdi. Çünkü ev "Haradan başlamalı?!” sualının ən doğru cavabı idi. Həzrəti Peyğəmbər də oradan başladı.”
Qurani Kərim bizə ailə modeli olaraq iki nümunə təqdim edir: İbrahimin ailəsi və İmranın ailəsi. Ali İmran surəsinin 33-cü ayəsində "Şübhə yoxdur ki, Allah Adəmi, Nuhu, İbrahim ailəsini, İmran ailəsini seçərək üstün qıldı” deyilir. İmranın ailəsi zövcəsi Hannə, qızı Həzrəti Məryəm və nəvəsi Həzrəti İsadır [Bu barədə daha geniş məlumat Həzrəti İsa bölümündə veriləcək].
İbrahim ailəsi isə; birbaşa birinci zövcəsi Sara, ikinci zövcəsi Həcər və ondan olan ilk oğlu
... Читать дальше »